Icma.az
close
up
RU
Sənubər İsgəndərli: Səhnəyə çıxanda özümdən soruşdum ki, bu kişi məndən nə istəyir?

Sənubər İsgəndərli: Səhnəyə çıxanda özümdən soruşdum ki, bu kişi məndən nə istəyir?

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Azərbaycanın ən öndə olan rejissorları ilə işləmişəm. Artıq 39 ildir, səhnədəyəm. Hər rejissordan nələrsə öyrənmişəm, hər rejissorun mənim taleyimdə bir qatqısı, bir imzası var. Ona görə də istər Hüseynağa Atakişiyev, istər Vaqif İbrahimoğlu, istər Bəhram Osmanov, Ramiz Həsənoğlu, Bəxtiyar Xanızadə... yəni hansını deyim? O qədər belə gözəl adlar var ki... Hətta ən son işlədiyim gənc rejissor Ərşad Ələkbərov belə mənə nələrsə qatıb, ondan nələrisə öyrənmişəm. Çünki gənclərdən də öyrənəcəyimiz çox şey var. Onların kreativ düşüncələri, yeni baxışları insana rəngarənglik qatır".

Bunu Oxu.Az-a videomüsahibəsində səhnəmizin ən sevilən aktrisalarından biri, Əməkdar artist Sənubər İsgəndərli deyib.

Sənubər xanım əslən bakılıdır. Atası Maştağa, anası isə Şağan kəndindəndir. O, uşaqlıqdan aktrisa olmaq barədə düşünməsə də, təsadüflər onu bu sənətə gətirib çıxarıb. Hələ institutu bitirməmiş bir neçə filmdə və tamaşada çəkilən Sənubər İsgəndərli artıq tanınmağa başlayır və bundan sonra ali təhsil almağa qərar verir.

Sənubər İsgəndərli: "Səhnəyə çıxanda özümdən soruşdum ki, bu kişi məndən nə istəyir?"

Sənubər xanımla olan videomüsahibədən kiçik bir hissəni təqdim edirik:

- Sənubər xanım, niyə məhz aktrisa?

- Hə... bu sualı əvvəllər özüm də özümə verirdim ki, nə oldu, mən birdən-birə aktrisa olmaq qərarına gəldim? Mən bunu dəfələrlə qeyd etmişəm, elə bil ki, görünməyən bir əl, bütün təsadüflər elə alındı ki, düzdür, əslində, təsadüf yoxdur, zərurət imiş, mən istəmədən, düşünmədən aktrisa oldum. Düzdür, uşaqlıqda bütün qız uşaqları xəyalında oxuyan, oynayan olur, biz də hind filmləri ilə böyüyən nəsilik, amma heç vaxt ağlımdan keçməyib ki, böyüyəndə aktrisa olum. Düşünürdüm başqa-başqa peşələr, amma bunu yox...

Birinci kursda birinci, ya ikinci dərs idi, dedilər ki, Lütfi Məmmədbəylinin (rejissor, Xalq artisti - red.) bir dərnəyi var, qızlar oraya gedirlər, mənim də boş saatım idi, dedim, gedim görüm neyləyirsiniz orada? Lütfi müəllim məni görən kimi dedi, çıx səhnəyə.

Təəccübləndim ki, nə səhnə? Mənim səhnədə nə işim var? (gülür) Bir də gördüm, ssenari verdi ki, istəyirəm səni televiziya tamaşasına çəkim.

Əvvəl buna çox etinasız, daha çox zarafatyana yanaşdım ki, bu kişi məndən nə istəyir? (gülür) Yəni ailəm vardı, uşağım körpə idi. Heç düşünmürdüm. Çox isrardan sonra dedim, görüm nə alınır da... (gülür)

O zaman da bilirsiniz də, bir dəfə efirə çıxdın, hamı tanıyırdı və o tamaşa gedəndən sonra, N.Həsənzadənin "Kimin sualı var?" tamaşası, düşündüm ki, a, məni tanıyırlar. (gülür) Elə xoşuma gəldi. Sonra ikinci təklif, üçüncü təklif, bir də gördüm, aktrisayam.

- İlk dəfə o obrazı oynadınız. Evdəkilərin reaksiyası necə oldu?

- Evdə mən heç deməmişdim, heç bilmirdilər də... Atam sənətə çox qiymət verən insan idi. Baxma ki, "Sovetski" məhəlləsində böyümüşdü, oranın da özünün yazılmamış qanunları var idi. Amma bir şey də var idi ki, artıq qız ailə qurdusa, səndən çıxdısa, çox qarışmırdı. Onu bilirəm ki, birinci atam gəldi bizə. Qayıtdı gülə-gülə ki, dünən sən orada neyləyirdin? Yoldaşım da qayıtdı ki, nə olub ki? (gülür) Beləcə, evdə də dedim. Düzdür, onlar da çox ciddi qəbul etmədilər, amma sonralar... (gülümsəyir)

- Atanızın xasiyyəti tünd idi?

- Çox tünd idi, hə.

- Sizcə, ailəli olmasaydınız, həmin ərəfədə...

- Yox!

- İcazə verməzdi?

- Yox, yox, mümkünatı yox idi.

- Aktrisa oldunuz və yavaş-yavaş səhnə sizi özünə çəkdi. Heç oldumu ki, düşündünüz, bəlkə, ixtisasımı dəyişim?

- Lap ilk mərhələlərdə olurdu. Çünki çox düşünürdüm ki, tutaq ki, indi bir tamaşa çəkildi, kimlərinsə xoşuna gəldi, ikincisi birdən alınmaz. O qədər də səriştəm yoxdur, nə olacaq, necə olacaq? Çünki mən həmişə çalışıram ki, hansısa işi görəcəyəmsə, o iş mükəmməl olsun. Yarımçıq söhbət mənə görə deyil. Necə ki mən müğənniliyi atdım. Düşündüm ki, ehtiyac yoxdur. Teatr, kino sahəsində daha mükəmməl, daha rahat, daha özgüvənli hiss etdim özümü. O üzdən ilk ərəfələrdə çox olurdu belə düşüncələrim ki, bəlkə, lazım deyil? Amma o qədər təkliflər var idi ki. 1980-ci illərin sonu filmlər var idi, çəkilirdi və çox təkliflər gəlirdi. Onu da düşünürdüm ki, təklif gəlirsə, demək, nəsə var məndə, nəsə hiss edirlər.

- İnstituta 1990-cı ildə qəbul olmusunuz?

- Yox, bitirmişəm 1990-cı ildə.

- Bildiyim qədər diplom xətrinə bitirmisiniz.

- Diplom xətrinə daxil olmuşdum, (gülür) amma bitirəndə artıq iki filmdə, iki televiziya tamaşasında çəkilmişdim, Akademik Dram Teatrında işləyirdim, sonra 1989-cu ildə Gənclər Teatrında işlədim. Yəni artıq mənim rollarım var idi.

- Maraqlıdır, siz qərar verdiniz ki, diplom almaq lazımdır. Diplom sizə nə üçün lazım idi?

- O dönəm bir az başqa cür idi. Daha çox düşünürdük ki, diplom mütləqdir, olmalıdır. Düzdür, bu məsələ bu gün də aktualdır - ali savad olmalıdır. Düşünürdüm ki, ailəmi qurdum, alınmadı əvvəl... Ailə öz yerində, amma diplom lazımdır, karyera qurmaq lazımdır. Yəni nələrsə etməliyəm. Mənə elə gəlir ki, hər qadın öz ayaqları üstündə durmalıdır. Bunu həmişə düşünürdüm.

- Sənubər xanım, sizə həmişə deyilən bir kompliment var - gözəl xanımsınız. Cavanlıqda da çox gözəl xanım olmusunuz. Səhnə də intriqaları sevən bir yerdir. Mənim söhbət etdiyim bütün aktrisaların yolundan belə bir xətt keçib, belə bir xatirələri var ki, kimsə onlarla heç düz gəlməyib, kimsə onları sevməyib. Sizi bu tərəfdən incidən nə isə olubmu ki, yorulmusunuz onlarla mübarizə aparmaqdan?

- Əlbəttə. Yorulduğum da olub, mübarizə apardığım da olub... amma sonralar bir an da olsa sənəti atmaq barədə düşüncəm olmayıb. Bayaq dediyim kimi, yeni başlayanda olmuşdu belə fikrilərim. Amma sonralar, bu dediyiniz çətinliklərlə rastlaşanda, heç düşünmürdüm ki, yoruldum, kənara çəkilim və s. Heç belə düşüncələrim olmadı, doğrusu. Mən bunu çox gözəl qəbul etdim. Bayaq dediyim kimi, Lütfi Məmmədbəyli ki məni ilk dəfə çəkmişdi, onun mənə ilk sözü də bu olmuşdu ki, istedadın varsa, sənin yolunu kəsmək istəyənlər olacaq, sənə mane olmaq istəyənlər olacaq, amma sən buna sevin. Ona görə mən o ilk maneələri görəndə hətta sevindim. Dedim ki, hə, deməli, nəsə var. (gülür)

- Sizin dünyada, yəni teatr-kino aləmində, bu intriqalar gənc, gözəl, istedadlı bir insana qarşı, əsasən, yaşlı nəsil tərəfindən olur, yoxsa öz yaşıdları tərəfindən?

- Müxtəlif cür olub, hər yaş kateqoriyasından. Ən çox elə mənimlə yaşıd olan aktrisalar tərəfindən, deyərdim. Amma bir söz deyim də, Əzizə xanım, inanın ki, mən onun dərinliyinə getmirdim. Heç vaxt heç kəsi tutub deməmişəm ki, sən niyə bunu elədin, sən niyə bunu dedin? Çünki həmişə mənə elə gəlir ki, belə olmaq daha da güc verir adama. (gülür)

- Sənubər xanım, sizcə, məşhur olmaqla tanınmış olmaq arasında bir fərq var?

- (düşünür) Məşhur olmaqla sənətkarlıq arasında fərq var. Məşhur olmaq hazırda ümumiyyətlə heç nədir. Gözümüzün qarşısında nə qədər misal var. Sabun köpüyü kimi bir günə məşhur olub, sonra yoxa çıxırlar. Amma sənətkar olub imzanı atmaq, bu sənətdə qalmaq, bax bunun böyük fərqi var. Çünki buna böyük əmək sərf edirsən, bu, böyük zəhmətdir və istedaddır.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Yanvar 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri