Icma.az
close
up
RU
SOS: Bitki yağlarında TƏHLÜKƏLİ maddələr Adlar, ölkələr...

SOS: Bitki yağlarında TƏHLÜKƏLİ maddələr Adlar, ölkələr...

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən müxtəlif ölkələrdən idxal olunan bitki və palma yağlarının təhlükəsizlik göstəriciləri üzrə gücləndirilmiş nəzarət tədbirlər çərçivəsində bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkar edilib.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilib ki, laborator müayinələr nəticəsində təqdim olunan yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi– 3-MCPD (3-monoxlorpropan1,2-diol ) aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. O cümlədən, bir sıra ölkələrin müəyyən istehsalçılarına məxsus bitki yağı məhsullarının ölkə ərazisinə idxalına məhdudiyyətlər tətbiq edilib. AQTA bitki və palma yağlarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərini məhsulların təhlükəsizlik göstəricilərinə və idxal zamanı müəyyən edilmiş qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırıb.

Bəs yağların və ölkələrin adları niyə açıqlanmır?

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynovun sözlərinə görə, istehlakçıya zərərli malların adı, satıldığı şəbəkələr, yığışdırıldıqdan və ya geri çağırıldıqdan sonra onların ictimai məhvetmə kimi faktlar təqdim olunmalıdır. “Nömrəsi, malın adı və hansı ölkədə istehsal olunduğu kimi məlumatların açıqlanması vacibdir. Çünki uzun illərdir Qida Təhlükəsizsəliyi Agentliyi "oxun atıb, yayını gizlətmək" prinsipi ilə işləyir. İllərdir yalnız su və ya şəkər kimi məhsullar haqqında çox qısa, ümumi açıqlamalar görmüşük. İstehlakçılar bu cür qeyri-müəyyən məlumatlardan sonra mənə zəng edib soruşurlar, amma mən də cavab verə bilmirəm. İki il AQTA yanında İctimai Şuranın üzvü olsam da, qurumun istehlakçıyönümlü siyasət yürütməsinə nail ola bilmədim. Onların "mətbəxi”ndə nə baş verdiyi, kollegiyada hansı qərarların qəbul edildiyi barədə İctimai Şuranın üzvü kimi belə məlumat ala bilmirdim. Məhz bu səbəbdən İctimai Şuradakı fəaliyyətimdən tamamilə imtina etdim”,- deyə E.Hüseynov qeyd edib.

Ekspert əlavə edib ki, AQTA istehlakçılar üçün zəruri olan şəffaf məlumatları təqdim etməlidir: “Təəssüf ki, bu yoxdur və bu, agentliyin nöqsanlı cəhətidir. Bizdə dövlət qurumları yaradılanda ayaqları cəmiyyətdən üzülür, özlərini toxunulmaz hiss edirlər. AQTA elə bir mühit yaratmalıdır ki, bütün istehlakçılar onun könüllüsünə çevrilsin. Təəssüf ki, agentlik hələ ki bunu etməyə qadir deyil və ya etmək istəmir”.

Qeyd etmək yerinə düşər ki, AQTA 2026-cı ilin əvvəlində Qida Təhlükəsizliyi Reyestri yaradıb. Və bildirir ki, məqsəd əhalini vaxtında təhlükəli məhsullar barədə məlumatlandırmaq, şəffaflığı gücləndirməkdir. Daha vacibi isə budur ki, AQTA-nın “təhlükəli hesab edilən qida məhsullarının açıq reyestri” üzrə qaydalarında məhsulun adı, təhlükəli hesab edilməsinə əsas verən hal və qadağan olunmuş inqrediyentin adı kimi məlumatların açıqlanması nəzərdə tutulur.
AQTA özü də əvvəlki açıqlamalarında məhsulun adı, istehsalçısı, idxalçısı, mənşə ölkəsi, əmtəə nişanı, istehsal tarixi, aşkarlanan uyğunsuzluq və görülən tədbirləri ictimaiyyətə təqdim edib. Bu məsələdə isə vəziyyət bir az fərqlidir: AQTA-dan deyilir ki, insan sağlamlığı üçün təhlükə yarada bilən 3-MCPD aşkarlanıb və bəzi istehsalçılara məhdudiyyət qoyulub, amma hansı məhsulların, hansı ölkələrin və hansı istehsalçıların nəzərdə tutulduğu açıqlanmır. Bu, istehlakçı baxımından problem yaradır. Çünki vətəndaş “hansı yağdan istifadə etməməliyəm?” sualının cavabını bilmir. Üstəlik, AQTA özü istehlakçılara məhsulun adını və istehsalçı müəssisənin adını etiketdən yoxlamağı tövsiyə edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Avqust 2026 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri