“SOS” MMC əməkdaşları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər FOTOLAR+ VİDEO
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
10 may müasir Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.
Bu münasibətlə peşəkar mühafizə xidməti “Security Operation Services” ("SOS") MMC-nin rəhbər heyəti və kollektivi Fəxri Xiyabana gələrək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
"SOS" əməkdaşları Ulu Öndərin əziz xatirəsinə dərin hörmət əlaməti olaraq məzarı önünə əklil və gül dəstələri qoyublar. Tədbir iştirakçıları Heydər Əliyevin ölkə qarşısındakı tarixi xidmətlərini bir daha xatırladaraq, onun müəyyən etdiyi siyasi kursun bu gün də Azərbaycanın uğurlu inkişafına xidmət etdiyini vurğulayıblar.
"Security Operation Services" MMC-nin rəhbəri Anar Məmmədov bildirib ki, ümummilli liderin dövlət quruculuğu, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi və ictimai sabitliyin təmin olunması istiqamətində atdığı addımlar bu gün də öz aktuallığını qoruyur. O, şirkət olaraq, fəaliyyətlərini və strateji yanaşmalarını məhz Heydər Əliyevin qoyduğu əsaslar üzərində qurmağa çalışdıqlarını qeyd edib.
Ziyarət zamanı kollektiv Zərifə xanım Əliyevanın da məzarını ziyarət edib, görkəmli alim və nüfuzlu ziyalının xatirəsini dərin ehtiramla yad ediblər.
Şirkətin əməkdaşları bu cür anım tədbirlərinin gənc nəslə vətənpərvərlik ruhunun aşılanması baxımından mühüm rol oynadığını bildiriblər.
"AzPolitika.info"
















Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 10 May 2025 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















