Icma.az
close
up
RU
Sosial bağlılığın sağlamlığa hansı təsirləri var?

Sosial bağlılığın sağlamlığa hansı təsirləri var?

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Sosial varlıq olan insanın sosial əlaqəyə olan ehtiyacı mənəvi və emosional rifahında mühüm rol oynayır. Bu bağlar insanı cəmiyyətdə hiss etdirir və həyatına məna verir.

Sosial bağlılıq - insanın cəmiyyətə, insanlara və sosial qruplara qarşı hiss etdiyi emosional və psixoloji bağlılığı ifadə edir. Bu anlayış, fərdin ailəsinə, dostlarına, iş yoldaşlarına, icmasına və ümumiyyətlə cəmiyyətə qarşı hiss etdiyi məsuliyyət, aidiyyət və qarşılıqlı münasibət qurma ehtiyacı ilə bağlıdır.

Sosial bağlılığın insan sağlamlığına təsiri danılmazdır. İnsan istər fiziki, istərsə də psixoloji yöndən təsirə məruz qalır.

Həkim-terapevt Günay Lətifova Bakıvaxtı.az-a sosial bağlılığın fiziki sağlamlığa təsirlərindən danışıb, Onun sözlərinə görə, bu gün istər gənclərin, istər yaşlıların sosiallaşması onların fiziki sağlamlığı üçün çox müsbət təsirdir:

“Sosial bağların olmaması insanları çox zaman fiziki olaraq məhdudlaşdırır. Bu da onların evə qapanmasına gətirib çıxarır. Fiziki passivlik piylənmə, qan təzyiqi, şəkər, halsızlıq kimi nəticələr doğurur. Bu təsirlər hər kəs tərəfindən gözlə görülən olur".

Terapevt qeyd edib ki, hazırda təəssüf ki, insanlar sosial mediada paylaşılanlara həkim rəyindən daha çox inanırlar:

"Lakin sosial bağlanma pozğunluğu, yaxud sosial fobiya yaşayan insanlar həkim rəyi ilə irəliləsələr həm daha sağlam olarlar, həm də bir müddətdən sonra bu mövzuda heç həkimə ehtiyacları qalmaz”.

Mövzunun psixoloji təsirini Bakıvaxtı.az-a açıqlayan psixoloq Nabat Mirzəyeva isə bildirib ki, sosial bağlılığı güclü olan insanlar digərlərinə nisbətdə depresiyadan uzaq, özünəinamlı olurlar:

“Sosial bağlılığın təsirləri hər kəsdə fərqlidir. Bu insanın həyat hekayəsindən, aldığı travmalardan, böyüdüyü mühitdən çox asılıdır.

Sosial bağlılığı olan insanlar introvert, ekstrovert ola bilirlər. İntrovert insanlara az insanla qurduğu dərin bağlar kifayət edir. Ekstrovert insanlar isə daha çox əlaqə qurmaq tərəfdarıdırlar".

Psixoloqun sözlərinə görə, sosial bağlılığın müsbət tərəfləri sözsüz ki gözlə görülən olur:

"Mənfi tərəflər isə, hansı ki, depressiya, özünə qapanma halları və s. varsa, bunlar həkim rəyi ilə müəyyənləşir. Sosial bağlanma hər yaş qrupundan olan insanlara təsir etsə də, sözsüz ki, ən dərin təsirlər uşaqlıq və yeniyetməlik zamanları özünü göstərir".

Müsahibimiz sonda qeyd edib ki, istənilən yaş dövründəki insanlar öz psixoloji sağlamlıqlarını qorumalıdırlar və bu səbəbdən sosial bağları qorumaq tövsiyə olunur.

Alidə Məmmədova

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Bakıvaxtı.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 20 May 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri