Icma.az
close
up
RU
“Sosial dialoq institutları üçün özünüqiymətləndirmə metodologiyası”na dair seminar keçirilir

“Sosial dialoq institutları üçün özünüqiymətləndirmə metodologiyası”na dair seminar keçirilir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 15 may, AZƏRTAC

Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə BƏT-in “Sosial dialoq institutları üçün özünüqiymətləndirmə metodologiyası”na dair seminar keçirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və BƏT-in nümayəndələri iştirak edir.

Seminarın açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov, BƏT-in Sosial dialoq, əmək münasibətləri və əməyin idarəolunması bölməsinin nümayəndəsi İqor Zemlyanskiy və sosial dialoq və əməyin idarə olunması üzrə baş mütəxəssisi Rainer Pritzer, AHİK sədrinin birinci müavini İlyas Əliyev və ASK-nın vitse-prezidenti Vüqar Zeynalov çıxış ediblər.

Çıxışlarda BƏT-in 59 Konvensiya və 1 Protokolunu ratifikasiya edən Azərbaycanın MDB ölkələri arasında ən çox BƏT-in standartlarını qəbul etmiş ölkələrdən olduğu vurğulanıb. Hökumət, AHİK və ASK-nın təmsil olunduğu Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın gücləndirilmiş sosial dialoqa əsaslanan fəaliyyətindən bəhs olunub.

Sosial dialoqun iştirakçılarının (hökumət, ASK, AHİK) birgə qərarı ilə ölkəmizdə 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişin imzalandığı, həmin Saziş çərçivəsində görülmüş işlər üzrə Komissiyada mütəmadi müzakirələr aparıldığı diqqətə çatdırılıb.

BƏT tərəfindən 2021-ci ildə hazırlanmış, ölkələrdə sosial dialoqun təsirini gücləndirməklə sosial ədalətli və iqtisadi cəhətdən uğurlu nəticələrə nail olunması imkanı yaratmaq məqsədi daşıyan “Sosial dialoq institutları üçün özünüqiymətləndirmə metodologiyası”nın əhəmiyyəti qeyd edilib.

Seminarın ilk sessiyasında BƏT-in ekspertləri tərəfindən metodologiyanın təqdimatı olub. İki gün davam edəcək seminarda BƏT-in ekspertlərinin qeyd olunan metodologiya üzrə “İnklüzivliyin qiymətləndirilməsi”, “Səmərəliliyin qiymətləndirilməsi” və digər mövzularda təqdimatları əsasında sessiyaların keçirilməsi və müzakirələrin aparılması nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri