Icma.az
close
up
RU
“Sosial media” cəfəngiyyatı: malı mala qatmayın

“Sosial media” cəfəngiyyatı: malı mala qatmayın

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elçin Bayramlı

İndi dəb düşüb, hamı deyir, qəzet oxuyan yoxdur, saytlarda da müxtəlif yazılar- məqalələr, müsahibələr, reportajlar oxunmur, televiziya verilişlərinə baxılmır. Bıi son vaxtlar bu tendensiya var, bu faktdır, lakin əvvəla bunu mütləq fikir kimi demək olmaz, “çoxluq belə edir” demək olar. Bütün hallarda olduğu kimi, burada da əsas məsələ faktın özü deyil, səbəbidir. Bəs bunun səbəbləri nədir? Bu suala cavab axtarmağa çalışaq.

Getdikcə oxuma meylinin xeyli azalması tendensiyası daha çox müşahidə olunur. Əsas səbəb sosial şəbəkələrin geniş yayılmasıdır. Bu şəbəkələrdə isə əsasən qısa xəbərlər və qısa videolar izlənilir. Məsələ təkcə uzun yazıların oxunmamasında deyil, uzun videolara, verilişlərə baxanların da çox az olması faktı var. Baxmayaraq ki, uzun yazılar və verilişlər daha dolğun, daha keyfiyyətli, daha səviyyəli materiallardır.

Beləliklə, sosial şəbəkələr klassik medianı zəiflədib və onun oxucu, tamaşaçı kütləsini əlindən alıb. İnsanlar informasiyanı belə sosial şəbəkələrdə müxtəlif şəxslərin paylaşmalarından izləyir, hansı ki, bunlar etibarlı mənbə deyil, ilk mənbə deyil. Lakin sosial şəbəkələrin universal olması, istifadəçilərinin bir yerə daxil olaraq ölkədə, dünyada baş vərənlər haqda materialları görməsi daha rahat və daha tez başa gəlir. Digər variantda isə, media saytlarının adını yazıb daxil olmaq və orada xəbərləri axtarmaq lazımdır. Eləcə də, telekanalları axtarmalı, xəbər vaxtını gözləməlisən ki, görəsən nə hadisələr baş verib. Bu isə indiki sürətlənmiş həyat rejimində və vaxt çatışmazlığı şəraitində diskomfort yaradır.

Klassik medainın sosial şəbəkələrə uduzmasının başqa səbəbləri də var. Sosial şəbəkələrdə xəbəri daha tez çatdırmaq olur, material birbaşa yerindən çox sayda foto, video və s elektron materialların müşayiəti ilə verilir, onları sosial şəbəkələrdə paylaşmaq olur, şərh yazmaq, müzakirə etmək, irad bildirmək, kiməsə dünyanın o başına göndərmək olur, istənilən vaxt əldə etmək olur və s. Klassik media isə gecikir. Jurnalist oraya getməli, material hazırlamalı və onu yayımlamalıdır, bunadək artıq hamı hadisə yerindəki şəxslərin çəkib şəbəkəyə qoyduğu videolar və ya yazdığı statuslardan məsələdən hali olur. Klassik medianın verdiyi material arxadan atılan daşa bənzəyir.

Bəli, klassik media sosial şəbəkəyə informasiya operativliyində xeyli uduzur, lakin sosial şəbəkə kanalları obyektivlikdə, peşəkarlıqda, informasiya zənginliyində klassik medianın yanından yel olub ötə də bilməz. Adi kütlə üçün sosial şəbəkə kifayət edir, lakin intellektual kateqoriya hadisəni, prosesi hərtərəfli, daha peşəkar formada görmək istəyir, hadisə və ya proseslə bağlı jurnalist rəsmi orqanların məsul şəxslərinin açıqlamalarını, ekspertlərin rəyini verir, lakin sosial şəbəkə istifadəçiləri üçün bunlar əlçatmazdır. Üstəlik, ənənəvi media bu hadisə və ya proses haqda analitik materiallar hazırlayır, bu sahədə vəziyyəti dünya təcrübəsi ilə müqayisə edir, hadisənin, prosesin, problemin səbəbini tapmağa çalışır, nəticələrini detallarına qədər verir, mütəxəsislərin köməyi ilə çıxış yollarını göstərir, sosial şəbəkə səhifələri üçün isə bunlar anlaşılmaz şeylərdir.

Bu səbəbdən artıq informasiya bazarında 2 kontingent formalaşır. İntellektual hissə xəbərləri, təhlilləri, reportajları ciddi, peşəkar mediadan izləməyə üstünlük verir, kütlə isə sosial şəbəkədən aldığı yarı-yarımçıq, çox vaxt doğru düzgün olmayan, çaşdırıcı xəbərlərlə kifayətlənir. Son nəticədə onlar aldandıqlarını görürlər, çünki sonradan üzə çıxır ki, məsələ elə deyilmiş, belə imiş. Lakin onların heç ağlına da gəlmir ki, alternativ mənbələr var- ciddi və peşəkar media resursları. Bir çoxları başa düşmür ki, informasiya toplamaq və yaymaq kriteriyalarını bilməyən qeyri-peşəkar, savadsız uşaqların açdığı kanal və səhifələr media deyil, sadəcə saxta həy-həşirlə, şişirdilmiş, təhrif olunmuş materiallarla oxucu, tamaşaçı kütləsi toplayıb pul qazanmaqdan ibarətdir.

Bu səbəbdən cəmiyyətə izah olunmalıdır ki, media tamam başqa institutdur, sosial şəbəkə tamam başqa sistemdir. Bunların bir-birinə heç bir aidiyyatı, oxşarlığı yoxdur. Bəziləri “sosial media” adlı bir gülünc termin uydurub bunları media kimi qələmə verməyə çalışır. Xeyr, media peşəkar və ciddi bir elmi-ictimai xarakterlidir və sosial institutdur.

Yəni, “sosial media” adlı bir şey yoxdur, var peşəkar media, var sosial şəbəkələr. Və bunlar tamam fərqli şeylərdir. Əgər siz həqiqi informasiya, analitik materiallar, araşdırmalar istəyirsinizsə bunu yalnız peşəkar mediadan ala bilərsiniz. Yoxsa, saxta şoular, uydurma xəbərlər, hər cür baibırçı materiallar izləmək istəyirsinizsə, onda sosial şəbəkələrə üz tuta bilərsiniz. Lakin oralara sosial media adı qoyub həqiqi medianı təhqir etməyə sizin ixtiyarınız yoxdur. Həm hüquqi, həm də mənəvi olaraq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Yanvar 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see242

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see234

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see228

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see227

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see225

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see222

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see222

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see222

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see214

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see198

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see196

Müəllim əməliyyatdan sonra öldü

11 Sentyabr 2026 09:12see196

Səhərlər qrip kimi oyanırsınız? Həkim AÇIQLADI

11 Sentyabr 2026 13:57see193

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see189

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see186

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see186

Trampdan İran bəyanatı Qərarından peşman deyil

11 Sentyabr 2026 04:09see184

Payızda orqanizmə güc verən 3 MƏHSUL

11 Sentyabr 2026 04:56see181

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see175

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri