Sosial media cəmiyyətimizin lokomotivinə çevrilib EKSPERT FİKRİ
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Sosial media hazırda cəmiyyətimizin lokomotivinə çevrilib. Faktiki olaraq heç bir kəsin yaşamı sosial media olmadan təsəvvür edilə bilməz. Yaşlı, gənc, uşaq demədən sosial vəziyyətindən asılı olmayaraq hər kəs sosial mediadan istifadə edir. Bu baxımdan sosial medianı cəmiyyətimizin ayrılmaz tərkib hissəsi adlandıra bilərik". Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət deyib.
Onun sözlərinə görə, sosial media bizə yön verir, artıq bütün fəaliyyətlərimizi bu və ya digər şəkildə uzlaşdırmalı oluruq: "İnformasiya müstəvisi də, heç vaxt boş olmur, oranı dolu tutmaq lazımdır ki, zərərli informasiyalar həmin boşluğu doldurmasın.
Mənim bir sözüm varki, "biz öndə olmalıyıq" .Əleyhimizə səsləndirilən informasiyaların ardınca qaçıb onları təkzib etməli deyil, o cür informasiya yayacağı ehtimal edilən qrumlardan önə çıxıb informasiya müstəvisini bizə lazımlı informasiyalarla dolduraraq daha effektiv mübarizə apara bilərik. Belə olacağı təqdirdə manipulyasiyaların qarşısını almaq mümkündür. Əks təqdirdə biz sadəcə təkzib etməklə vaxt itirmiş olacayıq.
Müəllif: Nuray Paşşanlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 01 May 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















