Icma.az
close
up
RU
Sosial media gənclərə necə təsir edir? PSİXOLOQ AÇIQLADI

Sosial media gənclərə necə təsir edir? PSİXOLOQ AÇIQLADI

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sosial media müasir dövrdə gənclərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Ünsiyyət, informasiya əldə etmək və özünü ifadə etmək baxımından mühüm imkanlar yaradan sosial şəbəkələrdən uzun müddət və nəzarətsiz istifadə isə bir sıra psixoloji və fiziki problemlərə səbəb ola bilər. Xüsusilə gənclərin özlərini başqaları ilə müqayisə etməsi, ekran qarşısında uzun müddət qalması və gec saatlarda telefondan istifadə etməsi stress, özünəinam, emosional vəziyyət və yuxu rejiminə mənfi təsir göstərə bilər.

Bəs sosial mediadan həddindən artıq istifadə gənclərin psixi sağlamlığında hansı fəsadlara səbəb olur?

Məsələ ilə bağlı psixoloq Gülnar Orucova SİA-ya açıqlamasında bildirib ki, sosial media artıq insanların həyat tərzinin ayrılmaz hissəsinə çevrilib:

“İnsanlar sanki sosial mediadan uzaqlaşa bilmirlər. Davamlı olaraq telefonlarını özləri ilə gəzdirirlər. Bu artıq asılılığın göstəricisidir. Sosial mediadan həddən artıq istifadə, tez-tez bildirişləri yoxlamaq və telefona daim nəzarət etmək asılılığın əlamətlərindən sayıla bilər. İnsan davamlı olaraq telefona baxmaq məcburiyyətində olduğunu düşünür.

Bundan əlavə, insan sosial mediada digər şəxslərin həyatını izləyir və öz həyatını onlarla müqayisə etməyə başlayır. Bu isə özgüvənin və özünəinamın azalmasına səbəb ola bilər. Sosial media və telefon müəyyən mənada insanın özünü inkişaf etdirməsinə və sosial əlaqələr qurmasına kömək etsə də, həddindən artıq istifadə zamanı bunun əksi baş verir. Belə istifadə psixoloji problemlərin yaranmasına və psixi sağlamlığın ciddi şəkildə zərər görməsinə səbəb ola bilər.

Ekran vaxtının həddindən artıq artması yuxu pozuntularına gətirib çıxara bilər. Bununla yanaşı, aqressiya, gərginlik və əsəbilik müşahidə olunur. Uzun müddət telefondan istifadə fiziki sağlamlıqla bağlı problemlərə, o cümlədən onurğa və gözlərlə bağlı narahatlıqlara səbəb ola bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sia.az
archiveBu xəbər 31 Avqust 2026 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri