Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

Sosial media təhdidlərinə qarşı mübarizə: Naxçıvanda maarifləndirici tədbirlər başlayıb

Sosial media təhdidlərinə qarşı mübarizə: Naxçıvanda maarifləndirici tədbirlər başlayıb

Icma.az bildirir, 525.az portalına istinadən.

“Vətəndaş Tribunası” İctimai Birliyi icra etdiyi “Sosial mediada Azərbaycanın milli-mənəvi dəyərlərinə təhdidlərlə mübarizə” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında silsilə tədbirlər keçirməyə başlayıb.

525.az xəbər verir ki, ilk tədbir avqustun 12-də ildə Şərur Rayon Olimpiya Mərkəzində yerli fəalların, rayon ictimaiyyəti nümayəndələrinin, şəhid ailələri və qazilərin, media və yaradıcı təşkilatların təmsilçilərinin iştirakı ilə baş tutub.

Tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi sayğı duruşu ilə yad edilib.  
Görüşü giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyəti İctimai-siyasi şöbəsinin müdir müavini Kamal İsmayılov layihə mövzusunun müasir dövr üçün aktuallığını qeyd edərək deyib ki, rayon ictimaiyyəti, yerli fəallar müasir internet imkanlarından faydalanaraq, Azərbaycan dövlətçiliyinə qarşı kənar qüvvələrin apardığı təbliğata heç zaman biganə qalmır və milli dəyərlərimizi müdafiə etməklə, əslində, milli, mənəvi və tarixi həqiqətləri müdafiə etmiş olurlar.     

“Vətəndaş Tribunası” İctimai Birliyinin sədri yazıçı Səfər Alışarlı rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və layihənin donoru haqqında məlumat verdikdən sonra sosial mediada Azərbaycana qarşı aparılan hibrid təbliğat müharibəsinin səbəblərini, forma və niyyətlərini açıqlayıb.

O qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbəsi ilə öz ərazi bütövlüyünü təmin edəndən sonra qonşu dövlətlər – Ermənistan, İran, Rusiya, eləcə də bir sıra Avropa dövlətləri ölkəmizə qarşı güclü anti-təbliğat fəaliyyətinə başladılar. Regionda Azərbaycanı həmişə zəif, Rusiyadan asılı bir xammal mənbəyi kimi görmək istəyən bu qüvvələr Azərbaycanın güclü dövlət iradəsi ilə barışmaq istəmir, onun Türkiyə və Orta Asiya dövlətləri ilə birlikdə reallaşdırdığı iqtisadi, logistik, mədəni və başqa layihələrə mane olmağa çalışırlar.

İndi düşmən qüvvələrin Azərbaycana qarşı fəallaşmasının əsas səbəblərindən biri də kənar dövlətlərin iştirakı olmadan Ermənistanla sülh müqaviləsi haqda razılığın əldə edilməsi və Zəngəzur dəhlizinin açılması ilə bağlı fikir ayrılığının olmamasıdır. Natiq vurğulayıb ki, 25 dekabr 2024-cü ildə Qroznu səmasında Azərbaycan sərnişin təyyarəsinin vurulması və Yekaterinburq şəhərində Azərbaycan diasporuna qarşı Rusiya güc strukturlarının həyata keçirdiyi kütləvi zorakılıq tədbirləri ilə bağlı Azərbaycan dövlətinin beynəlxalq qanunlara uyğun haqlı tələbləri bu ölkədə yeni anti-təbliğat dalğası yaradıb. Prezident İlham Əliyev bu məsələlərlə bağlı Azərbaycan dövlətinin mövqeyini 3-cü Şuşa Beynəlxalq Media Forumunda bütün dünya ictimaiyyətinə bir daha açıqlayaraq dedi ki, təyyarənin vurulması ilə bağlı bütün sübut və sənədləri toplamış Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır. Rusiya kütləvi informasiya vasitələrində və sosial mediada gecə-gündüz Azərbaycanın əleyhinə təbliğat aparılır, ölkəmizə, xalqımıza və tariximizə qarşı hər cür şər-böhtan yayılır. Bu təhdidlərin istər rəsmi qaynaqlarda, istərsə də sosial mediada cavabsız buraxılmamasının vacibliyini bildirən S.Alışarlı yerli media təmsilçilərini və bütün sosial şəbəkə iştirakçılarını fəallığa çağırıb.

AMEA Folklor İnstitutunun şöbə müdiri professor Əfzələddin Əsgər Azərbaycanın, o cümlədən ümumtürk mədəniyyətinin dünya mədəniyyətinə təsiri və qarşılıqlı faydalanması haqda danışaraq qeyd edib ki, mədəniyyət nümunələrimizin ermənilər və digər qonşular tərəfindən oğurlanıb özünüküləşdirməsi halları geniş yayılıb. Ə.Əsgər bu neqativ təzahürlərlə mübarizədə sanballı elmi sübutların ortaya qoyulmasının vacibliyini vurğulayıb.       

Sosial şəbəkə istifadəçiləri İsmayıl Xəlilov, Ələddin Eyvazov, Eldəniz Əliyev və başqaları Azərbaycana və dövlətçiliyimizə qarşı aparılan düşmən təbliğatı ilə mübarizədə ictimaiyyətin, sosial şəbəkə iştirakçılarının səfərbərliyinin gücləndirilməsi haqda öz fikirlərini bildirdilər.  

Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış kitabça və dəftərxana ləvazimatları paylandı, dialoq çay süfrəsi arxasında davam edib. 

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Avqust 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see272

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see243

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see232

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see209

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see192

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see176

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see157

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see151

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see149

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see146

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see139

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see139

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see138

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see132

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see131

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri