Icma.az
close
up
RU
“Sosial media yeniyetmələrin dərs, dostluq və davranışlarına mənfi təsir göstərir”

“Sosial media yeniyetmələrin dərs, dostluq və davranışlarına mənfi təsir göstərir”

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Danimarka hökuməti 15 yaşdan aşağı uşaqların sosial mediaya girişini qadağan edən razılaşma elan edib. Valideynlər xüsusi qiymətləndirmədən sonra 13 yaşdan etibarən uşaqlarına giriş icazəsi verə biləcəklər. Qadağanın necə tətbiq olunacağı hələlik dəqiq deyil.

Rəqəmsal işlər naziri Karoline Stage bildirib ki, Danimarkada 13 yaşdan kiçik uşaqların 94%-i sosial media hesabına sahibdir və onların yarıdan çoxu 10 yaşdan aşağıdır. O, uşaqların onlayn zorakılıq və özünə zərər kimi risklərə məruz qaldığını vurğulayaraq, texnologiya şirkətlərini uşaqların təhlükəsizliyinə kifayət qədər sərmayə qoymamaqda tənqid edib.

Bu təşəbbüs dekabrda Avstraliyada qəbul edilən və 16 yaşdan aşağı uşaqlar üçün sosial mediaya qadağa qoyan qanundan sonra irəli sürülüb. TikTok, Facebook, Instagram və digər platformalar bu qanunu pozduqları halda 50 milyon Avstraliya dollarına qədər cərimələnə bilərlər.

Eyni zamanda Almaniyada yaşı 16 -dan az olan yetkinlik yaşına çatmayanların sosial mediadan istifadə etməsi üçün valideyn razılığı olmalıdır. Braziliyada isə ibtidai və orta məktəblərdə mobil telefonlardan istifadəyə qadağa qoyulub. 2024-cü ildə Asiya və Avstraliyada 16 yaşından kiçik uşaqlara sosial mediaya girişi qadağan edən qanun layihəsi qəbul edilib. Hindistanda sosial media platformalarına daxil olmaq üçün heç bir yaş məhdudiyyəti yoxdur. 2023-cü il tarixli Rəqəmsal Fərdi Məlumatların Mühafizəsi Qanununa əsasən, 18 yaşından kiçik uşaqlar şəxsi məlumatlarının işlənməsi üçün "yoxlanılan valideyn razılığı" almalıdırlar. Cənubi Koreya qanunvericiliyində uşaqların sosial mediaya çıxışını məhdudlaşdıran heç bir hüquqi tənzimləmə yoxdur. Hökumət sosial media hesablarına giriş üçün 14 və ya 16 yaş məhdudiyyəti tətbiq etməyi düşünür.

Azərbaycanda da müəyyən yaş qrupu üzrə uşaqlara yaş qadağası tətbiq olunmalıdırmı?Sosial mediaya erkən yaşda daxil olan uşaqlarda hansı psixoloji fəsadlar müşahidə oluna bilər?Cəmiyyətimiz şüurlu istifadə edə bilirmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına “Neuro Academy” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Nuriyyə Quliyeva bildirib ki, azyaşlılar və yeniyetmələrdə dərsə marağın azalması, çatışmazlığı və mənfi davranışlara meyl halları getdikcə daha çox müşahidə olunur: “Düşünürəm ki, mütləq sosial mediaya bir yaş məhdudiyyəti qoyulmalıdır. Mən azyaşlı, yeniyetmə və həmçinin yetkin yaşında olan uşaqlarla da işləyirəm. Ümumilikdə hər bir kəsə sözsüz sosial medianın mənfi təsirləri var”.

Nuriyyə Quliyeva

Nuriyyə Quliyeva qeyd edib ki, sosial medianın müsbət tərəfləri də var: “Günümüzdə doğru istifadə edən şəxs üçün əlbəttə ki, müsbət məqamları vurğulamamaq mümkün deyil. Çünki biz sosial mediadan bir çox informasiyalardan xəbərdar ola bilirik. Doğru şəkildə istifadə edə bilirik və ya insanlar öz sosial media hesabında işləri ilə bağlı doğru addımlar ata bilirlər, tanıtımlar edə bilirlər. Əlbəttə ki, bu baxımdan sosial medianın müsbət tərəfləri də danılmazdır. Amma doğru istifadə olunmadıqda fəsadları daha çox olur. Xüsusilə azyaşlılar və yeniyetmələrdə dərsə marağın azalması, diqqət çatışmazlığı və mənfi davranışlara meyl halları getdikcə daha çox müşahidə olunur. Bu vəziyyətin əsas səbəblərindən biri sosial mediada bloger və ya fenomenlərin öz həyatlarını mükəmməl və ideal şəkildə təqdim etmələridir. Yeniyetmələr bu obrazların təsiri altına düşərək real həyatdan uzaq gözləntilər formalaşdırırlar. Nəticədə, valideynlərindən daha çox maddi şeylər tələb edir, məsələn: “Yeni telefon çıxıb, digərlərində var, siz niyə mənə almırsınız? Məni hər şeydən məhrum edirsiniz!” - kimi şikayətlər artır. Bu da ailə münasibətlərində gərginlik və valideynlərə qarşı etirazların yaranmasına səbəb olur. Bəzən blogerlər və uşaq yutuberlər, istər TikTok-da, istər Instagram-da, istərsə də YouTube-da, uşaqların yaşına uyğun olmayan tərzdə geyim, makiyaj, ad günü qeyd etmə və digər davranışlar nümayiş etdirirlər. Bu məzmunlar uşaqlara təsir edir. Uşaq sual verir: “Niyə mənə müdaxilə edirsiniz? Mənim sərbəst hüquqlarım var.” Bu isə valideynlə münasibətlərə də mənfi təsir göstərir.

Eyni zamanda sosial mediada tanışlıqlar da baş verir. Çünki orada insanlar özlərini gerçəkdən fərqli, daha ideal göstərməyə çalışırlar - istər görünüş, istər maddi vəziyyət, istər yaş baxımından. Bu isə yeniyetmələrin təsir altına düşməsinə səbəb olur. Bəzən şəxsi fotolarını paylaşırlar və qarşı tərəf bu fotolardan istifadə edərək onları hədə-qorxu ilə üz-üzə qoyur.

Sosial media həmçinin yeniyetmələrin dərs, dostluq və davranışlarına da mənfi təsir göstərir. Diqqət və yaddaş zəifləyir, eləcə də təsir altına düşərək mənfi davranışlara meyillilik artır”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Noyabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri