Icma.az
close
up
RU
Sosial şəbəkələr yaşlıların sağlamlığına güclü təsir göstərir TƏDQİQAT

Sosial şəbəkələr yaşlıların sağlamlığına güclü təsir göstərir TƏDQİQAT

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 14 may, AZƏRTAC

Yeni aparılmış uzunmüddətli tədqiqat göstərir ki, sosial əlaqələrin zənginliyi yaşlı insanların sağlamlıq vəziyyətinə mühüm təsir göstərir. “Journal of Aging and Health” jurnalında dərc olunan araşdırma yaşlılarda sosial şəbəkələr və sağlamlıq arasındakı əlaqəni təhlil edərək ictimai əlaqələrin qorunmasının yaşlanma prosesində sağlamlığa töhfə verə biləcəyini ortaya qoyur.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqat ABŞ-ın İlinoys Universitetinin professoru Liset Pyedra və Çikaqo Universitetinin Milli Rəy Araşdırma Mərkəzinin baş elmi işçisi Ceyms İvenyuk tərəfindən aparılıb. Tədqiqatçılar milli sosial həyat, sağlamlıq və qocalma layihəsi çərçivəsində toplanmış üç dövrəlik məlumat bazasından istifadə edərək on il ərzində 1500-dən çox yaşlı şəxsin sosial şəbəkələrini və sağlamlıq vəziyyətini izləyiblər. Tədqiqat nəticəsində iştirakçılar arasında üç əsas sosial şəbəkə tipi müəyyən edilib:

1. Zənginləşdirilmiş şəbəkələr: bu qrupa müxtəlif və fəal sosial əlaqələri olan fərdlər daxil idi. Bu iştirakçılar ən yüksək səviyyəli sağlamlıq göstəricilərinə malik olduqlarını bildiriblər. Onlar sosial dəstək baxımından ən zəngin vəziyyətdə olan qrup hesab olunur.

2. Diqqət mərkəzində olan şəbəkələr: Əsasən emosional dəstəklə xarakterizə olunan, lakin məhdud sayda əlaqələrdən ibarət olan bu qrup üzvləri zənginləşdirilmiş qrupa nisbətən daha aşağı, lakin məhdud şəbəkəyə nisbətən daha yüksək sağlamlıq vəziyyəti bildiriblər.

3. Məhdudlaşdırılmış şəbəkələr: Kiçik və əsasən ailəyə yönəlmiş, sosial cəhətdən təcrid olunmuş şəbəkələr bu qrupa daxildir. Bu iştirakçılar tədqiqatın başlanğıcında və gedişatında sağlamlıqlarında ciddi pisləşmə müşahidə olunduğunu bildiriblər.

Pyedra qeyd edir ki, sosial təcrid və tənhalıq psixi və fiziki sağlamlıq üçün dağıdıcı təsirə malikdir və bu təsirlər xüsusilə struktur maneələrlə qarşılaşan qruplar –etnik azlıqlar, qadınlar və yaşlı fərdlər üçün daha da güclü hiss olunur.

Tədqiqat, həmçinin sosial şəbəkələrin sabit olmamasını və zamanla dəyişə biləcəyini göstərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see207

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see192

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see152

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri