Icma.az
close
up
RU
Bəzi verilişlər yeniyetmələrin tərbiyəsinə mənfi təsir göstərir

Bəzi verilişlər yeniyetmələrin tərbiyəsinə mənfi təsir göstərir

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Son dövrlərdən uşaqlarında çoxunda aqressiya müşahidə edilir. Məktəblərdə bullinq halları ilə bağlı xəbərlərlə isə tez-tez qarşılaşırıq. Sözügedən məqamlar nə qədər işıqlandırılsa da təəssüflər olsun ki, hələ bir irəliləyiş, həll yolu yoxdur. Elə bir neçə gün öncə mediada Bakıda 220 nömrəli məktəb-liseyin sinif şagirdi dərs zamanı özünü pəncərədən atdığı barədə xəbərlər yayılıb. Buna səbəb sinif yoldaşları ilə mübahisə etdiyi bildirilib.
Bəs problem nədən qaynaqlanır? Günah kimlərdədir?
Psixoloq Aytən Ələkbərova Missiya.Az-a açıqlamasında deyib ki, tez-tez adı şəkilən mövzu ilə bağlı müraciətlər daxil olur:
“Bu yaxınlarda məktəblərin birində bullinqə məruz qalma bağlı dava düşüb. Həmin tədris ocağının direktoru məni çağırdı ki, uşaqlarla görüşüm. Görüş zamanı şagirdlərdən biri mənə dedi: “Efirlərdə gecə-gündüz dava olur. Onlara nə edirlər ki, bizə də etsinlər. Sonra bizə hədə qorxu gəlirlər ki, inspektor gələcək sizin adınız qalmaqallı uşaq kimi siyahıya düşəcək”. Həmçinin bir neçə tanıdığımız ekspertlərin də adını çəkdilər. Aqressiyaların yaranmasının digər bir səbəbi uşaqlarda yaranan beyin yorğunluğu, eyni zamanda təşviş və həyəcandır. Psixo somatik olaraq isterik nevroz müşahidə edilir. Özünü artistliyə qoyub yerə yıxılıb, hətta ayağını döyürlər. Əvvəl düşünərdik ki, bunlar hər hansı filmlərdən qaynaqlanır. İndi sosial verilişlərdən gördüklərinə uyğun davranırlar və atdıqları addımları da açıq-aşkar dilə gətirirlər”.

Mütəxəssis vurğulayıb ki, mübahisələr iki yeniyetmə qızın özlərini bir –biri ilə müqayisə etməsindən də əmələ gəlir:
“Bu da ata-ananın övladını digər yaşıdları ilə müqayisə etməsindən ortaya çıxır. Həmin halların qabağını almaq üçün çox güclü psixo terapiyalar aparılmalıdır, hətta layihələr şəklində məktəblərdə təşkil edilməlidir. Anonim olaraq uşaqların müracətləri qəbul edilməli, onları narahat edən durumları yaxından tanımaq gərəklidir. Əksər psixoloqlar sözügedən terapiyaları, işlərini düzgün icra etmədiklərinə görə hazırda belə fəsadlarla qarşı-qarşıyayıq. Sosial şəbəkələrdə, sosial verilişlərdə mübahisələr, iki ziyalının bir-biri ilə davası bu gün uşaqların onlardan görüb onlar kimi davranmasına gətirib çıxarır. İndi yeniyetmələrdən soruşursan ki, kim olmaq istəyirsən? Cavab verirlər: “Bloqer olmaq istəyirəm” və sosial şəbəkələrdəki sosial media fenomenlərini özlərinə ideal götürüb onlar nə edirsə azyaşlılar da təkrarlayır. Oğlanlarda isə əsasən kriminal şəxsiyyət dövrünü görürük. Kiminsə avtoritet olması ilə əlaqədar yeniyetmələrə “sən belə olma” kimi məsləhətlər verdikdə oğlan uşaqları əksinə özünü sübut etməyə çalışır, ona meyillənir. Valideyn də böyük dəstək göstərməlidir. Övlada sevgi, diqqət verməli və düzgün istiqamətə yönəltməlidirlər. Lakin, ailə tərbiyəsi mühüm rol oynasa da insan cəmiyyətdə formalaşır. Ona görə maarifləndirici təbliğatlar artırılmalıdır”.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://missiya.az
archiveBu xəbər 14 Aprel 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri