Icma.az
close
up
RU
Sosial mediadan necə pul qazanmaq olar?

Sosial mediadan necə pul qazanmaq olar?

Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sosial şəbəkələr son illər təkcə ünsiyyət vasitəsi yox, həm də gəlir mənbəyinə çevrilib. Artıq minlərlə insan sadəcə telefon vasitəsilə evdən çıxmadan pul qazanır. Maraqlısı budur ki, bu imkanlar yalnız məşhurlara və milyonlarla izləyicisi olanlara aid deyil. Hər kəs sosial media vasitəsilə real qazanc əldə edə bilər.

Metbuat.az-ın məlumatına görə, hazırda ən çox istifadə olunan “Instagram”, “TikTok”, “YouTube” və “Facebook” kimi platformalarda pul qazanmağın bir neçə yolu mövcuddur.

Reklam və əməkdaşlıqlar sosial media gəlirinin əsas hissəsini təşkil edir. Müəyyən auditoriyası olan səhifələrə yerli və xarici şirkətlər məhsul və ya xidmətlərinin tanıdılması üçün müraciət edir. Bu əməkdaşlıqların müqabilində kontent yaradıcılarına ödəniş edilir və ya pulsuz məhsullar təqdim olunur.

Digər geniş yayılmış üsul isə “affiliate” marketinq, yəni tövsiyə linkləri ilə qazancdır. Yəqin ki, “Trendyol”, “Temu” kimi alış-veriş platformalarındakı məhsulları statusunda paylaşanları çoxumuz görmüşük. Bu marketinq üsulunda istifadəçilər müəyyən bir məhsul və ya xidmətin linkini paylaşır, həmin link vasitəsilə alış-veriş edən hər kəs sayəsində səhifə sahibi komissiya qazanır.

“YouTube” və “TikTok” da yaradıcılar üçün gəlir imkanları təklif edir. Məsələn, “YouTube”da 1000 abunəçi və 4000 saat izlənmə əldə edən səhifələr monetizasiyaya qoşula bilir. “TikTok” isə bəzi ölkələrdə yüksək izlənmə və aktivliyə görə istifadəçilərə ödəniş edir. Burada istifadəçilər canlı yayım açaraq, izləyicilərinin onlara atdığı hədiyyələri də pula çevirə bilirlər.

Eyni zamanda, sosial şəbəkə istifadəçiləri öz məhsul və xidmətlərini təqdim etməklə də qazanc əldə edə bilərlər. Əl işləri, onlayn kurslar və digər xidmətlər sosial media üzərindən daha geniş auditoriyaya çatdırılır.

Bu sahədə uğur qazanmaq üçün əsas meyar izləyici sayından çox, yaradılan kontentin dəyərli və auditoriyaya uyğun olmasıdır. Əgər bunu bacarırsınızsa, qazanc özü gələcək.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:416
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 09 İyul 2025 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see571

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see289

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see256

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see252

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see245

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see245

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see243

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see239

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see227

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see172

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri