Sosial medianın həyatımızda mənfi izi NƏDİR ? PSİXOLOQ
Sia Az saytına istinadən Icma.az xəbər verir.
“Sosial şəbəkələrin həyatımızda rolu çox böyükdür. Ümumiyyətlə, biz sosial şəbəkədə olan bütün paylaşımların geniş araşdırmasını sevirik. Azərbaycan xalqı nə informasiya alırsa, onu detallı analiz edir. Təəssüf ki, sosial şəbəkələr də o qədər rahat və əlçatandır ki, həm gənclər, həm də uşaqlar bütün məlumatları çox rahatlıqla əldə edə bilirlər.
Sosial şəbəkələrdə paylaşılan hər hansı bir mənfi və ya müsbət hadisə gənclərin həyatında tez bir zamanda iz buraxır. Şəbəkələrdə yayılan məlumatlar gənclərə birbaşa təsir edir və bunu müzakirə edən gənclər digər gənclərə də bunu çatdırırlar. Bu müzakirə diskusiya obyektinə çevrilir”.
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
O bildirib ki, valideynlər yeniyetmələrlə daha ciddi şəkildə məşğul olmalıdırlar: "Ailədə əgər uşaq, yeniyetmə varsa, gənclik yaşına çatana qədər onun sosial şəbəkədən istifadə nəzarətini əlimizdə saxlamalıyıq.Çalışmalıyıq ki, uşağın yuxu saatlarına telefon, kompyuter, sosial şəbəkələr mane olmasın. Həmçinin oynanılan oyunlarda yaşıdları ilə tanış olmaları bəzən uşağın stres və aqressiyasını artırır. Buna görə də, valideynlər daha diqqətli olmalı və müvafiq mövzuda maariflənməlidirlər. Ailədə cəza və mükafat tətbiq olunmalı, müəllimlər də ciddi şəkildə nəzarət eləməlidirlər və hər uşağa bu mövzuda fərdi yanaşmalıdırlar".
Nurgün Qənizadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 15 May 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















