Icma.az
close
up
RU
Sosial müdafiə qurumlarının yeni uğuru

Sosial müdafiə qurumlarının yeni uğuru

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Tibbi Şəhadətləndirmə” altsistemi IDDA AWARDS müsabiqəsində “İlin Rəqəmsal Layihəsi” nominasiyası üzrə birinci yeri, nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun proaktiv təyinat mexanizmi isə ikinci yeri tutub.

Müsabiqə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil edilib. Məqsəd ekosistemin ən perspektivli innovatorlarını tanıtmaq və fəaliyyətinə dəstək olmaq, ölkə innovasiyasının inkişafında fəal iştirak edənlər arasında rəqabət mühiti yaratmaqdır.

“İlin Rəqəmsal Layihəsi” nominasiyası üzrə müsabiqənin qalibi elan edilən "Tibbi Şəhadətləndirmə" altsistemi vasitəsilə çağırışçıların yekun tibbi qiymətləndirilməsinin həyata keçirilməsi prosesində qurumlararası məlumat mübadilələrinin elektronlaşdırılması təmin edilib. Bu da prosesdə  şəffaflıq və çevikliyin, obyektiv yanaşmanın, vətəndaş məmnunluğunun təminatına imkan verib.

Çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün Mərkəzi Hərbi-Həkim Komissiyasının rəyi təsdiq edilərək nazirliyin “Tibbi şəhadətləndirmə” altsisteminə müvafiq göndəriş daxil edilir. Həmin göndərişə əsasən çağırışçılar onlara avtomatik təyin edilən e-növbəlilik qaydasında agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində əyani müayinələrdən keçirilir. 

2019-cu ildən yaradılan proaktiv təyinat mexanizmi isə sosial ödənişlərin onları  almağa hüququ yaranmış vətəndaşların müraciət etmələrinə və sənəd təqdim etmədən elektron qaydada təyin edilməsinə şərait yaradıb. Sosial ödənişlərin proaktiv təyinatı mexanizmi ötən dövrdə bir çox beynəlxalq mükafatlara da layiq görülüb.

Z.HÜSEYNOVA 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2024 00:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri