Sosial pedaqoqlara çox böyük ehtiyac var Mehriban Vəliyeva
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların tərkibində sosial pedaqoqların təmsil olunmasına böyük ehtiyac var.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, bu, beynəlxalq təcrübədə də diqqəti cəlb edən məsələdir:
“Adətən, psixoloqlar uşaqların psixoloji vəziyyəti ilə bağlı məsələləri tənzimləyir, reabilitasiya işləri ilə məşğul olurlar. Amma ailə və qurum, ailə və uşaq arasındakı münasibətləri tənzimləyən sosial pedaqoqlara çox böyük ehtiyac var. Bu ştatlar Sosial Xidmətlər Agentliyində, Uşaq Müdafiəsi İdarəsində artıq yaradılıb. Həmin pedaqoqların komissiyaların fəaliyyətinə cəlb edilməsi əhəmiyyətli ola bilər”.
Baxış sayı:87
Bu xəbər 06 Dekabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















