Icma.az
close
up
RU
Sumqayıt son 10 ildə: sosial iqtisadi inkişafda böyük sıçrayış

Sumqayıt son 10 ildə: sosial iqtisadi inkişafda böyük sıçrayış

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son on il ərzində Sumqayıt şəhəri Azərbaycanın ən sürətlə inkişaf edən sənaye və iqtisadi mərkəzlərindən birinə çevrilib. Rəsmi göstəricilər 2015–2025-ci illər ərzində şəhərin sosial-iqtisadi həyatında mühüm irəliləyişlərin əldə olunduğunu təsdiqləyir.

APA xəbər verir ki, 2025-ci ildə şəhərin ümumi məhsul buraxılışının həcmi 2015-ci illə müqayisədə 6 dəfə artaraq 850 milyon manatdan 5 milyard 100 milyon manata çatıb.

Bu rəqəm Sumqayıtın ölkə iqtisadiyyatındakı mövqeyinin ildən-ilə daha da gücləndiyini göstərir.

Sənaye məhsulunun həcmi son 10 ildə 8 dəfə artıb. Belə ki, əgər 2015-ci ildə sənaye məhsulunun həcmi 500 milyon manat idisə, 2025-ci ildə bu göstərici 4 milyard manata çatıb.
Bu dövr ərzində işçilərin sosial rifahında da mühüm dəyişikliklər baş verib. 2015-ci ildə orta aylıq əməkhaqqı 400 manat olduğu halda, 2025-ci ildə bu məbləğ 850 manata qədər artıb.

Şəhərin iqtisadi inkişafında əsas kapitala yönəldilən vəsait mühüm rol oynayıb. 2015-ci ildə bu sahəyə yatırılan investisiyaların həcmi 140 milyon manat idisə, 2025-ci ildə bu rəqəm 420 milyon manata çataraq üç dəfə artıb.

2015-ci ildə şəhər əhalisi 336 min nəfər olduğu halda, 2025-ci ildə bu göstərici 428 min nəfərə yüksəlib. Əhalinin artımı ilə yanaşı, məşğulluq imkanları da genişlənib. 2015-ci ildə 100 min nəfər məşğul olduğu halda, bu rəqəm 2025-ci ildə 190 min nəfərə çatıb.

Son on ildə Sumqayıtda fəaliyyət göstərən sənaye müəssisələrinin sayı da əhəmiyyətli dərəcədə çoxalıb. 2015-ci ildə 124 müəssisə fəaliyyət göstərirdisə, 2025-ci ildə bu rəqəm 327-yə çatıb. Bu dövrdə 203 yeni müəssisə yaradılıb.

Şəhər əhalisinin hər bir nəfərinə düşən gəlir 2015-ci ildə 3400 manat idisə, 2025-ci ildə 5600 manata çataraq 1,6 dəfə artıb.

2015–2025-ci illərin müqayisəli təhlili göstərir ki, Sumqayıt şəhəri sosial-iqtisadi göstəricilərə görə misilsiz inkişaf yolu keçib. İstehsal həcminin, məşğulluğun, əhalinin gəlirlərinin və investisiya axınının artması şəhərin Azərbaycanın sənaye paytaxtı statusunu daha da möhkəmləndirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Avqust 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see414

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see407

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see282

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see264

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see253

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see246

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see243

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see239

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see238

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see210

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see209

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see206

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see201

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see197

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see197

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see197

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri