Icma.az
close
up
RU
Sosial şəbəkə həkim seçən azərbaycanlılara XƏBƏRDALIQ

Sosial şəbəkə həkim seçən azərbaycanlılara XƏBƏRDALIQ

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda sosial mediada həkim və xəstəxanaların reklamları geniş vüsət alıb. Bəzi insanlar sağlamlıqlarını etibar etdiyi insanları sosial mediadan seçir. Ancaq sosial mediada həkimlər əsasən tibbi bilik və bacarıqlarına görə yox, daha yaxşı reklam etmə bacarıqlarına görə önə çıxırlar.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva bildirib ki, burada bəzən pasientin konfidensiallığı da pozulur.

“Fərdi məlumatların qorunması” haqqında qanunvericilik, həmçinin, “Əhalinin sağlamlığının qorunması” haqqında qanun da bunu qadağan edir. Bu kimi məlumatların yayılmasına pasiyent müvafiq məlumatlı razılıq formasını imzalamaqla ona aid şəkil və ya videonun ictimai yayılmasına icazə verməlidir. Əgər ixtisaslı həkim müayinəsinə ehtiyac varsa, bu, ilkin səhiyyə müəssisəsindən göndəriş əsasında olmalıdır.” 

Deputat bununla bağlı ümumi əhali arasında maarifləndirmənin aparılmasına böyük ehtiyac olduğunu da vurğulayıb.

Sosial şəbəkə eksperti Fərid Kazımov isə deyir ki, bu müstəvidə günü-gündən artan bir çox problemlə qarşılaşırıq və bunun həll yolu mütləq hüquqi yolla tənzimlənməlidir. 

“2 yanaşma var burda. Birincisi "Googe" sirkəti özü təkmilləşdirmə həyata keçirməlidir. Sosial şəbəkələri idarə edən qurumlar, şirkətlər özləri birinci reklamların qəbulunu təkmilləşdirməlidirlər, ikinci məsələ isə ticarət markasının qorunması, yəni ticarət adının hüquqi olmayan şirkət tərəfindən istifadə edilməsinin qarşısını almaqdır. Bu qeyri qanunidir. Bu nöqteyi nəzərdən də Azərbaycan tərəfi müxtəlif sosial şəbəkələrdə bir sıra qaydalar tətbiq edə bilər ki, onlar bu məsələnin qarşısını alsınlar.” 

Ekspert Əmrah Mövsümzadə isə bildirib ki, bu tip saxta reklamları müəyyənləşdirməyin ən ilkin metodu reklam paylaşanın səhifəsinə baxmaqdır.

“Çox insan burda saxta hesablardan və saxta izləyicilərdən istifadə edərək daha çox görünməyə çalışır ki, qarşı tərəfi inandıra bilsin. Bu zaman səhifəni izləyən şəxsləri analiz etmək, səhifədə paylaşılan koktentləri və paylaşımlara gələn şərhləri də diqqətlə nəzərdən keçirmək lazımdır”.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi isə məsələ ilə bağlı vətəndaşlara bildirir ki, “Hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə şikayətlərini bildirə bilərlər.”

Fidan ELDAROVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Yanvar 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri