Icma.az
close
up
RU
Sosial şəbəkədə qızının adına saxta profil açanı döyən şəxs həbs edildi

Sosial şəbəkədə qızının adına saxta profil açanı döyən şəxs həbs edildi

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

Şəki Apellyasiya Məhkəməsində qanunsuz azadlıqdan məhrum etmə və xuliqanlıqda təqsirləndirilən Gülağa Müslümovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.  

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti qismən təmin edilib, Yevlax Rayon Məhkəməsinin hökmü ləğv olunub. Cinayət işi üzrə yeni ittiham hökmü çıxarılıb. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən verilmiş ittihamın həmin hissəsi üzrə cinayət təqibinə xitam verilib. Gülağa Müslümovun Cinayət Məcəlləsinin (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay 10 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və o, məhkəmə iclas zalından həbs olunub.

Qeyd: İstintaq orqanının mövqeyinə əsasən, təqsirləndirilən şəxs 2022-ci il tarixdə zərərçəkmiş Nağı Nağıyevə onun qızının adına sosial şəbəkədə saxta istifadəçi profilləri yaradaraq nalayiq ifadələr işlətməsini əsas gətirib. Gülağa Müslümov həmin şəxsdən qisas almaq məqsədilə zərərçəkmişin Yevlax rayonunun Xanabad kəndi ərazisindəki örüş-otlaq sahəsində olmasını əvvəlcədən bilib, “VAZ-2107” markalı avtomobillə həmin ərazisindəki otlaq sahəsində xırdabuynuzlu heyvanlarını otaran Nağının yanına gedib. Təqsirləndirilən şəxs zərərçəkmişə nə üçün qızının adına sosial şəbəkədə saxta istifadəçi profilləri yaradaraq nalayiq ifadələr işlətməsini deyərək onunla mübahisə edib. Sonra o, Nağının həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib, onu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmək məqsədilə əlindəki ağacla bir neçə dəfə zərərçəkmiş şəxsin bədənin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vurub. Daha sonra Gülağa Müslümov xəsarət alaraq yerə yıxılan zərərçəkmişin əllərini arxadan bir-birinə iplə bağlayaraq, onu məcburi formada zorla avtomobilinin ön sağ oturacağına otuzdurub. Gülağa zərərçəkmiş şəxsin faktiki olaraq azadlığını məhdudlaşdırdıqdan sonra onun əynində olan şalvarını çıxardaraq, özü avtomobilin sükanı arxasına əyləşib, nəqliyyat vasitəsini idarə edib, təxminən 15 dəqiqə ərzində Nağını qanunsuz olaraq azadlıqdan məhrum edib. Sonra o, avtomobili ilə Nağını Xanabad kəndinin mərkəzində yerləşən çayxananın qarşısına gətirib. Orada özü avtomobildən düşdükdən sonra zərərçəkmiş şəxsi qolları bağlı halda insanların gözü qarşısında maşından düşürdüb. Daha sonra Gülağa Nağını təpiklə vurub zor tətbiq etməklə ona kömək edəcək çoxsaylı şəxslərin ünvanına ucadan nalayiq ifadələr işlədib. Hadisədən sonra Gülağa Müslümov cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Yevlax Rayon Məhkəməsinin hökmü il ona Cinayət Məcəlləsinin (CM) 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə bəraət verilib, CM-in 221.1-ci (xuliqanlıq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və Gülağa Müslümova 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şəki Apellyasiya Məhkəməsi protesti təmin etməyib. Daha sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin qərarına əsasən, protest təmin edilib, Şəki Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv edilib, cinayət işi baxılması üçün aşağı instansiya məhkəməsinə yeni məhkəmə baxışına təyin olunub.

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://pravda.az
archiveBu xəbər 04 Mart 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see137

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see136

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see132

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see131

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see125

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see121

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see120

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see119

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see118

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see116

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see115

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see115

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see114

Ağdamda 747 nəfər işlə təmin olunub

02 İyun 2025 15:16see114

Mançester Siti iki müdafiəçiyə elçi düşdü edir Biri razılıq verdi, o biri...

02 İyun 2025 16:00see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri