Icma.az
close
up
RU
Sosial şəbəkədə qızının adına saxta profil açanı döyən şəxslə bağlı qərar ləğv edildi

Sosial şəbəkədə qızının adına saxta profil açanı döyən şəxslə bağlı qərar ləğv edildi

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

Ali Məhkəmədə qanunsuz azadlıqdan məhrum etmə və xuliqanlıqda təqsirləndirilən Gülağa Müslümovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, protest təmin edilib, Şəki Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv edilib, cinayət işi baxılması üçün aşağı instansiya məhkəməsinə yeni məhkəmə baxışına təyin olunub.

İstintaq orqanının mövqeyinə əsasən, təqsirləndirilən şəxs 2022-ci il tarixdə zərərçəkmiş Nağı Nağıyevə onun qızının adına sosial şəbəkədə saxta istifadəçi profilləri yaradaraq nalayiq ifadələr işlətməsini əsas gətirib. Gülağa Müslümov həmin şəxsdən qisas almaq məqsədilə zərərçəkmişin Yevlax rayonunun Xanabad kəndi ərazisindəki örüş-otlaq sahəsində olmasını əvvəlcədən bilib, “VAZ-2107” markalı avtomobillə həmin ərazisindəki otlaq sahəsində xırdabuynuzlu heyvanlarını otaran Nağının yanına gedib. Təqsirləndirilən şəxs zərərçəkmişə nə üçün qızının adına sosial şəbəkədə saxta istifadəçi profilləri yaradaraq nalayiq ifadələr işlətməsini deyərək onunla mübahisə edib. Sonra o, Nağının həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib, onu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmək məqsədilə əlindəki ağacla bir neçə dəfə zərərçəkmiş şəxsin bədənin müxtəlif nahiyələrinə qəsdən çoxsaylı zərbələr vurub. Daha sonra Gülağa Müslümov xəsarət alaraq yerə yıxılan zərərçəkmişin əllərini arxadan bir-birinə iplə bağlayaraq, onu məcburi formada zorla avtomobilinin ön sağ oturacağına otuzdurub. Gülağa zərərçəkmiş şəxsin faktiki olaraq azadlığını məhdudlaşdırdıqdan sonra onun əynində olan şalvarını çıxardaraq, özü avtomobilin sükanı arxasına əyləşib, nəqliyyat vasitəsini idarə edib, təxminən 15 dəqiqə ərzində Nağını qanunsuz olaraq azadlıqdan məhrum edib. Sonra o, avtomobili ilə Nağını Xanabad kəndinin mərkəzində yerləşən çayxananın qarşısına gətirib. Orada özü avtomobildən düşdükdən sonra zərərçəkmiş şəxsi qolları bağlı halda insanların gözü qarşısında maşından düşürdüb. Daha sonra Gülağa Nağını təpiklə vurub zor tətbiq etməklə ona kömək edəcək çoxsaylı şəxslərin ünvanına ucadan nalayiq ifadələr işlədib. Hadisədən sonra Gülağa Müslümov cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Yevlax Rayon Məhkəməsinin hökmü il ona Cinayət Məcəlləsinin (CM) 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddəsi ilə bəraət verilib, CM-in 221.1-ci (xuliqanlıq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və Gülağa Müslümova 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şəki Apellyasiya Məhkəməsi protesti təmin etməyib. Daha sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. 

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 Noyabr 2024 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubernator Trampa qarşı birlik yaradacaq

11 İyun 2025 09:01see172

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see128

Saray körpüsünün yaxınlığında çökən yol təmir edilib

11 İyun 2025 12:17see127

Cənnət alması sirkəsinin bilmədiyimiz faydaları

11 İyun 2025 12:18see124

Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb

11 İyun 2025 16:03see124

Orta Dəhliz regional əməkdaşlığa geniş meydan açır

11 İyun 2025 09:51see120

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see119

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası

11 İyun 2025 12:20see119

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

11 İyun 2025 10:39see117

Tahir Mirkişili: Ailə dəyərlərinin güclü olduğu ölkələrdə iqtisadi üstünlük formalaşır

11 İyun 2025 16:59see116

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see116

Bu qurumda İşçi qrupunun sayı artırılıb Fərman

11 İyun 2025 15:52see116

“Qarabağ”da üç vida Əsas futbolçular getdi+Rəsmi

11 İyun 2025 22:13see116

Azərbaycanda kripto ilə ödəniş etmək mümkün olacaq? AÇIQLAMA

11 İyun 2025 12:32see116

Böyük Britaniyada küçədə gecələmək cinayət sayılmayacaq

11 İyun 2025 12:43see115

Ən uzunömürlü 3 BÜRC

11 İyun 2025 13:39see115

Rusiya Ukraynanın itkilərini yenilədi KONKRET

11 İyun 2025 15:44see115

İranın cənubunda metanol anbarında baş verən yanğında 3 nəfər ölüb

11 İyun 2025 14:04see115

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see115

Xarkova kütləvi hücum zamanı yaralananların sayı 50 ni keçdi, iki nəfər öldü KONKRET

11 İyun 2025 09:05see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri