Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

Sosial şəbəkələrdə cəbhədən yayılan görüntülər ordumuza necə təsir edir? MİLLİ QƏHRƏMANDAN əhaliyə XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə cəbhədən yayılan görüntülər ordumuza necə təsir edir? MİLLİ QƏHRƏMANDAN əhaliyə XƏBƏRDARLIQ

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2016-cı ilin mart ayının sonları idi. Azərbaycanın şanlı hərb tarixinə yazılan “Aprel döyüşləri” ilə bağlı məlumatlar televiziya və saytlarda hələ heç bir məlumat yer almamışdı. Qardaşım hərbi xidmətdə idi. Amma biz onun harada xidmət keçdiyini bilmirdik. Çünki komandiri vasitəsilə evlə danışanda heç bir dəqiq məlumat verməmişdi. Artilleriyada topogedeziyaçı vəzifəsində xidmətdə idi. Həm evdəkilər narahat olmasın deyə, həm də məlumat verməyinin yanlışlığını düşündüyü üçün bu addımı atmışdı.

Martın 30-dan sonra qardaşımla, ya da komandiri ilə bir müddət danışa bilmədik. Aprelin, yanılmıramsa, 5-i idi. Komandirinə zəng çatdı və ondan harada olduqlarını yüngül şifrəli ifadələrlə öyrənə bildik. Tərtərin Qapanlı kəndində mövqe qurmuşdular. “Aprel döyüşləri” zamanı həmin kənd çox güclü iriçaplı silahlardan atəşə tutulmuşdu. Hətta kənddəki evlərin hasarları, damları, qapıları bu döyüşlərdə ciddi ziyan gördü.

Döyüşlərdən sonra mayın 1-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Bərdə və Ağdam rayonlarına getmişdilər. Onlar aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində zərər çəkmiş Tərtər şəhərində, təmas xəttinin 200 metrliyində yerləşən Qapanlı kəndində, həmçinin Ağdam rayonunun Mahrızlı kəndində olub, dağılmış evlərə baxıb, yerli sakinlərlə görüşüb söhbət etmişdilər. Daha sonra ölkə başçısı bu evlərdə düşmən atəşi nəticəsində zərər dəymiş evlərin təmiri ilə bağlı müvafiq tapşırıqlar da vermişdi.

Mən isə döyüşlər bitdikdən bir müddət sonra atamla birlikdə qardaşımı görmək üçün Tərtərə getmişdim. Həmin vaxt rayona yaxın kəndlərdən birində kiçik kafedə oturub söhbət etmişdik. Qardaşıma ev nemətlərindən aparmışdıq.

Bütün bunları ona görə danışıram ki, qardaşım hərbi xidmətdə olduğu zaman harada olduğunun, hara gedəcəklərinin məlumatını bizə verməməkdə müəyyən səbəblər var idi. Artıq “Instagram” sosial şəbəkəsi də 2 il idi ki, fəaliyyətdə idi. O dövrdən bəri Müdafiə Nazirliyi hər dövlətimizin sərhədləri, torpaqları üçün təhlükəli an yarananda əhaliyə xəbərdarlıq edir. “Cəbhə zonasından döyüş sursat, texnika və şəraiti, texnika və hərbçilərin yerdəyişməsi ilə bağlı hansısa foto və videonun çəkilməsi, paylaşılması, məlumat yayılması qadağandır”. Nəticə? Yoxdur. Üstəlik bunu edənlər arasında yeniyetmələrdən çox, gənc və orta nəslin nümayəndələrinə rast gəlirik. Hansı ki, bəlkə də bir çoxu hərbi xidmətdə olub, hərbin sirlərinə yiyələniblər və hər birinə koordinat verməməklə, andiçmə mərasiminə ailə üzvü çağırarkən diqqətli olmaqla bağlı xəbərdarlıqlar da edilib.

Cəbhə zonasından döyüş texnikalarını və hərbi obyektləri videosunu və fotosunu çəkərək paylaşmaq qanunla qadağandır!

Amma biz aprel döyüşlərindən bu yana bəzi şəxslər tərəfindən bu qanunun pozulduğunu görürük. Hərbi obyektlərin və döyüş texnikalarının görüntülərinin sosial şəbəkədə yayılması yalnız müvafiq qanunları pozmaqla qalmır, həm də təhlükəsizlik risklərini artırır. Bu cür məlumatların yayılması Ordumuzun hərəkət və planlarını qabaqcadan düşmən tərəfindən öyrənilməsinə şərait yaradır. Nəticədə, döyüş əməliyyatlarını yerinə yetirən hərbiçilərə ciddi ziyan dəyir. Belə halların qarşısının alınması üçün hər bir vətəndaşın diqqətli olması və qanunlara riayət etməsi vacibdir.

Bu cür qanun pozuntuları və hərbi əməliyyatların təhlükəyə atılması hərbiçilərə necə ziyan vurur?

Mövzu ilə bağlı hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Avtosfer.az-a açıqlamasında bildirib ki, hərbi hissələrin dislokasiya və təlim yerləri, hərbi hissələrdə olan mövqelər, hərəkət marşrutları, onların tərkibi, komandirləri və s. barədə heç vaxt şəkil, video çəkmək, məlumat yaymaq olmaz:

“Çünki hər bir şeyi analiz etmək lazımdır. Ermənilər uzun müddətdir ki, bizim torpaqlarımızı işğal etmişdi. Ona görə də hər dağı, təpəni bilirlər. Baxmayaraq ki, son vaxtlar bizdə yeni yollar, tunellər tikilib. Ordunun heç bir nəfəri belə paylaşımlar etməməlidir. Həm KİV-də, həm sosial şəbəkələrdə paylaşmaq, həm də valideynlərə göndərmək qadağandır. Əsgər əgər şəkil çəkib göndərirsə, bir bağlı otaqda şəkil çəkdirib göndərməlidir ki, heç kim buranın hara olduğunu bilməsin. Belə şeylərdən çox ehtiyatlı olmaq lazımdır. Düşmən bizim bütün qəzet və saytlarımızı izləyir. Təkcə düşmənlərimiz deyil, başqa xarici dövlətlər də, həmçinin. Bizim uğurumuzu çox qısqananlar var. Ona görə də hər bir zabit psixoloji cəhətdən dik durmalıdır ki, əsgərləri inandırsın ki, belə şeylər etmək olmaz. Mən demirəm, onlar qəsdən edirlər. Onlar fəxr etdikləri üçün edirlər ki, Azərbaycan Ordusunun tankları bu istiqamətdə gedir. Amma düzgün deyil. Tank haradadır, hansı əsgər harada xidmət edir, bunları qətiyyən göstərmək olmaz. Hal-hazırda Ermənistan sərhəddə dirəniş zonaları tikir. Onlar gecə-gündüz orada iş görürlər. Ermənistanın canında vəlvələ, qorxu var. Azərbaycan Ordusunun bütün hərəkətlərini izləməyə çalışırlar. İzlədikləri yerdə xaricdən gəlib sərhədə baxanlar sayəsində məlumat alırlar və bizim yerli KİV-ləri də diqqətdə saxlayırlar. Siz fikir vermisinizsə, Ali Baş Komandan son illər hansı silahlar alınıb, necə alınıb, onları açıqlamır. İxtiyar ancaq ondadır. Harada nəyi göstərmək olar, nəyi olmaz, ən doğrusunu o bilir.

Kİmsə dəqiq məlumat paylaşmaq istəyirsə, onun üçün prezidentin və Müdafiə Nazirliyinin rəsmi saytı, “AzərTAC”, “AzTV” – bunlar rəsmidir. Əgər bir şey paylaşmaq istəyirlərsə, buradan götürsünlər.

General-leytenant əlavə olaraq qeyd edib ki, rəsmi olmayan, paylaşılması məsləhət görülməyən və qadağan edilən çəkilişlər hərbçilərimizə ziyan vurur:

“Onlara ancaq Müdafiə Nazirliyinin yaydığı çəkilişləri yaymağı tövsiyə edirəm.

Kimisi gəlir, tankın üstündə şəkil paylaşır ki, mən bu bölgədəyəm. Sənin nə ixtiyarın var ki, bunu paylaşırsan? Düşmən nə bilməlidir ki, bizdə bu ərazidə tank var? Bu qədər sadəlövh olmaq olmaz.

Mən hər kəsə məsləhət görərdim ki, Azərbaycan Respublikasının dövlət sirri və hərbi sirri haqqında qanunları oxusunlar. Bütün əsgər yanına gedənləri, ora gedən mülki vətəndaşları nəzərdə tuturam”.

Milli Qərhəman Vahid Quliyevin fikrincə, yerləşmə yerləri və əlbəttə texnikası, silah və sursatın yerləşdiyi yerlərinin şəkilləri və yaxud videosunun çəkib paylaşılması təbii ki, bu qanunlarla qadağan olunmuş bir məsələdir:

“Əgər hərbi rəhbərlik bu barədə bir icazə verməyibsə, videosunun yayılması qəti qadağandır. Düzdür, indi hər bir obyektin internet vasitəsilə, sputnik vasitəsilə görüntüləri, müəyyən fotosessiya şəkilləri mövcuddur. Amma hərbi hissələrin hansı bölgədə yerləşməsinin görünməməsi, maksimum dərəcədə bilinməməsi üçün əllərindən gələni etməlidirlər.

Bu foto və videoları paylaşmaq cinayət məsuliyyəti daşıyır. Hər kəs bunu anlamalıdır. “Aprel döyüşləri” olsun və yaxud da normal vaxt olsun, heç kimin ixtiyarı yoxdur ki, hərbi rəhbərliyin icazəsi olmadan hər hansı bir texnikanın və obyektin, hərbi hissənin şəkillərini çəksin”.

Qeyd edək ki, bu yaxınlarda yeniyetmənin cəbhə zonası ilə bağlı sosial şəbəkələrdə yaydığı görüntülərdən sonra Müdafiə Nazirliyi əhaliyə bird aha bu mövzuda xəbərdarlıq ünvanladı.

Hər kəs doğmalarının, ətrafındakı şəxslərin qohum və tanışlarının, ümumulikdə vətənin keşiyində dayanan hər bir şəxsin təhlükəsizliyinin təminatçısı öhdəliyini vətəndaş olaraq üzərində hiss etməli və hərbi obyektlərin, texnikaların şəkil və videolarını paylaşmaqdan yayınmalıdır.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 09 Aprel 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see186

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see144

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see144

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see140

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see132

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri