“Sosial şəbəkələrdə özünüideallaşdırma psixoloji təzyiqi artırır” SOSİOLOQ AÇIQLADI
Icma.az, Sia Az saytına istinadən bildirir.
"Sosial şəbəkələrdə özünüideallaşdırma – yəni insanların həyatlarını, görünüşlərini və uğurlarını həddindən artıq mükəmməl şəkildə təqdim etməsi - müasir cəmiyyətin sosial strukturuna və fərdlərin psixoloji rifahına ciddi təsir göstərən bir fenomendir. Bu trend həm fərdi, həm də kollektiv səviyyədə yeni sosial müqayisə mexanizmləri formalaşdırır". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, ideallaşdırılmış profillər real həyat ilə virtual həyat arasında kəskin uyğunsuzluq yaradır: "İnsanlar başqalarının paylaşımlarını öz həyatları ilə müqayisə etdikdə, “yetərincə yaxşı deyiləm” hissi yaranır. Bu isə özünəinamın azalması, özünü qiymətləndirmənin düşməsi və daimi narazılıq hissi ilə müşayiət olunur. Xüsusilə gənclər arasında depressiya, anksiyete və bədən imici pozuntuları son illər daha çox müşahidə edilir və bu, məhz davamlı müqayisə mədəniyyətinin nəticəsidir. Bundan əlavə, özünüideallaşdırma tendensiyası sosial münasibətləri də təhrif edir. İnsanlar real kimliklərini deyil, platformaların diktə etdiyi “ideal versiyalarını” nümayiş etdirməyə çalışırlar. Belə olduqda, autentiklik - yəni təbii və dürüst ünsiyyət - zəifləyir. Fərdlər sosial təsdiq almaq üçün (layk, izləyici, şərh) daha çox vizual cazibəyə və süni kontentə üstünlük verirlər ki, bu da sosial əlaqələrin mahiyyətini dəyişir və onları daha səthi edir. Psixoloji müstəvidə bu proses “emosional yorğunluq” yaradır. İnsanın daima ideal görünməyə çalışması, filtrlərdən, redaktələrdən və təhrif olunmuş təqdimatdan asılı hala gəlməsi daxili narahatlıq və təzyiq doğurur. Sosial şəbəkələrdə mükəmməllik nümayiş etdirmək bir növ “sosial performans”a çevrilir və bu performansdan geri qalmaq qorxusu insanlarda ciddi stres yaradır.
Eyni zamanda, özünüideallaşdırma trendi cəmiyyətdə uğur və xoşbəxtliyin meyarlarını da dəyişdirir. Artıq xoşbəxtlik real təcrübədən çox vizual təqdimatla ölçülür. İnsanlar öz həyatlarını yaşamaqdan daha çox onu nümayiş etdirməyə fokuslanırlar. Bu isə fərdin emosional mərkəzini real həyatdan virtual mühitə keçirir və nəticədə psixoloji balans pozulur. Sosial şəbəkələrdə özünüidealizasiya trendləri insanların psixoloji sağlamlığına həm dolayı, həm də birbaşa şəkildə təsir edir: özünəinamın azalması, emosional yorğunluq, sosial müqayisə təzyiqi, bədən imici problemləri və real sosial münasibətlərin zəifləməsi bu təsirin əsas nəticələridir. Bu səbəbdən həm fərdlər, həm də cəmiyyət səviyyəsində sosial media istifadə mədəniyyətinə daha şüurlu yanaşılmalı, xüsusilə gənclərdə media savadlılığının artırılması prioritet olmalıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 24 Noyabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















