Icma.az
close
up
RU
Sosial şəbəkələrdə media azadlığı risk altındadır

Sosial şəbəkələrdə media azadlığı risk altındadır

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi



Səhifələr silinir, informasiya bloklanır


Son dövrlər sosial şəbəkələr, xüsusilə də “İnstaqram”, təkcə əyləncə və şəxsi paylaşımlar üçün deyil, həm də informasiya mübadiləsi və ictimai rəyin formalaşması baxımından ən təsirli platformalardan birinə çevrilib. Dünyada milyardlarla, Azərbaycanda isə milyonlarla insanın gündəlik istifadə etdiyi bu platforma xəbər istehlakının əsas kanallarından biri kimi çıxış edir. İstifadəçilər buradan yalnız şəxsi maraqları ilə bağlı məlumat deyil, həm də ölkədə və dünyada baş verən proseslər haqqında operativ xəbərlər əldə edirlər. Bu səbəbdən də “İnstaqram” artıq ənənəvi media ilə yanaşı alternativ informasiya mənbəyi rolunu oynayır.

Xüsusilə gənclər arasında aparılan araşdırmalar göstərir ki, ənənəvi KİV-lə müqayisədə sosial şəbəkələrdən xəbər alma vərdişi sürətlə artmaqdadır. Bu tendensiya media qurumlarını da sosial mediada daha aktiv fəaliyyət göstərməyə sövq edir. Media subyektlərinin “İnstaqram”da yaratdığı xəbər səhifələri həm geniş auditoriyaya çıxış imkanı, həm də oxucularla birbaşa ünsiyyət baxımından mühüm alətə çevrilib. Nəticədə sosial şəbəkələr yalnız informasiya ötürən vasitə deyil, eyni zamanda ictimai fikri formalaşdıran, müzakirələrə yön verən və cəmiyyətlə media arasında interaktiv körpü rolunu oynayan mühüm platforma kimi önə çıxır.

Lakin müşahidələr göstərir ki, bu platformada fəaliyyət göstərən media subyektləri tez-tez əsassız şikayətlər nəticəsində bloklanma və ya səhifələrinin tamamilə silinməsi ilə üz-üzə qalırlar. Bu isə həm jurnalistlərin peşə fəaliyyətinə, həm də ictimaiyyətin operativ məlumat almaq hüququna ciddi zərbə vurur.


Bu barədə Sherg.az-a danışan Azərbaycan Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli də deyib ki, son dövrlər sosial media platformalarında - xüsusən "İnstaqram”da fəaliyyət göstərən media subyektlərinə aid xəbər səhifələrinin əsassız şikayətlər əsasında bloklanması və ya tamamilə silinməsi hallarına rast gəlinməkdədir. Onun sözlərinə görə, bu cür hallar jurnalistlərin informasiya yaymaq hüququna və ictimaiyyətin operativ şəkildə məlumat əldə etmək imkanına ciddi şəkildə təsir göstərir.

H.Heydərli qeyd edib ki, son zamanlar bir çox "İnstaqram” xəbər səhifəsi tamamilə bağlanıb və ya məhdudlaşdırılıb:

 "Komissiyamıza daxil olan müraciətlərdən və müşahidələrimizdən belə qənaətə gəlmək olur ki, geniş izləyici auditoriyasına malik, uzun illərdir sosial şəbəkələrdə rəsmi mənbələrə əsaslanaraq xəbər paylaşımı ilə məşğul olan bir neçə məşhur media subyektinin, xəbər səhifəsinin rəsmi məlumatlar və ya mənbələr əsasında yayımladığı xəbərlərə görə şikayət olunaraq "İnstaqram” platformasından silinib”.

H.Heydərli bildirib ki, sosial media səhifələri araşdırılmadan bloklanır: "Sosial media platformalarının şikayətləri avtomatik şəkildə, dərin analiz aparmadan bloklaması, silməsi media nümayəndələrinin fəaliyyəti üçün ciddi təhlükə və təhdid yaradır. 

Bu cür hallarda səhifələrin yalnız qarşı tərəfin şikayəti geri çəkməsi halında bərpa edilməsi mexanizmi isə prosesin qeyri-şəffaf və birtərəfli həyata keçirildiyini göstərir”. 


Şikayətçilər haqqında danışan Komissiya sədri müşahidələrə istinadən deyib ki, "İnstaqram” sosial platformasında fəaliyyət göstərən xəbər səhifələri, böyük izləyici kütləsinə malik müğənnilər, blogerlər, influenserlər və həkimlərin şikayətləri əsasında, heç bir əsas olmadan bağlanır: 

“Qeyd etmək lazımdır ki, bu şəxslər ictimai maraq funksiyası daşıyır və onların fəaliyyəti barədə məlumat paylaşmaq tamamilə qanunidir. Son olaraq isə Xalq artisti Röya Ayxanın şikayətinə görə, "lent.az”ın instaqram səhifəsi bloklanıb. Əslində isə sayt müğənninin hər kəsə açıq olan profilində paylaşdığı foto əsasında xəbər hazırlayıbmış. Xalq artistinin media subyektinə qarşı bu cür "hücumu” heç cür anlaşılan deyil. Düşünürəm ki, müğənni sayta müraciət etsəydi, bu məsələ 2 tərəf arasında həll edilərdi. Görünən odur ki, bəzi şəxslər özlərini toxunulmaz elan etmək üçün bu yola əl atırlar. 

Hacıbəy Heydərli həmçinin qeyd edib ki, Azərbaycan Mətbuat Şurasının Sosial Media ilə Əlaqələr Komissiyası bu kimi hallarla bağlı təkliflər hazırlayacaq: "Düşünürəm ki, sosial mediada fəaliyyət göstərən və peşəkar jurnalistika prinsiplərinə sadiq olan media səhifələrinin qorunması, onların əsassız müdaxilələrdən müdafiəsi vacib məsələdir. Son vaxtlar bu istiqamətdə daxil olan müraciətlərin çoxluğu sosial media platformalarında jurnalistlərin hüquqi müdafiəsinin zəif olduğunu ortaya qoyur.

Komissiya mövcud vəziyyətin daha dərindən araşdırılması, media subyektlərinin, xəbər səhifələrinin əsassız silinməsi halların qarşısının alınması, həmçinin sosial şəbəkələrdə fəaliyyət göstərən media qurumlarının hüquqi müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq təklifləri hazırlayır”.


Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət də Sherg.az-a açıqlamasında bildirib ki, uzun illərdir peşəkar şəkildə fəaliyyət göstərən, rəsmi mənbələrə əsaslanan xəbər səhifələrinin sosial şəbəkələrdə əsassız şikayətlər nəticəsində bloklanması yolverilməzdir:

 “Bu, ilk növbədə, media azadlığını hədəf alır. Sosial şəbəkə platformalarının avtomatik qərarlarla, məzmunu araşdırmadan səhifələri silməsi şəffaflıqdan uzaq yanaşmadır. Əslində, bu yanaşma birtərəfli şəkildə şikayətçilərin maraqlarına xidmət edir və media nümayəndələrini çətin vəziyyətə salır. İctimaiyyətin operativ məlumat əldə etmək hüququ da bu yolla məhdudlaşdırılır. Hesab edirəm ki, bu məsələ ilə bağlı aidiyyəti dövlət qurumları, eləcə də jurnalist təşkilatları məsələni beynəlxalq müstəviyə daşımalı, sosial şəbəkə şirkətləri ilə dialoq mexanizmləri yaradılmalıdır. Çünki jurnalistin əsas funksiyası məlumat verməkdir və bu missiyanın əsassız şikayətlərə qurban verilməsi qəbuledilməzdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:348
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Avqust 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri