Icma.az
close
up
RU
Sosial şəbəkələrdə təhqir epidemiyası: Sərhədsiz söz azadlığı, yoxsa məsuliyyətsizlik?

Sosial şəbəkələrdə təhqir epidemiyası: Sərhədsiz söz azadlığı, yoxsa məsuliyyətsizlik?

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Sosial şəbəkələr müasir dövrdə informasiya mübadiləsinin ən güclü vasitəsinə çevrilib. Lakin bu platformalar yalnız müzakirə və fikir paylaşmaq məkanı deyil, eyni zamanda təhqir, aqressiya və “linç kampaniyalarının” arenasına çevrilib. Xüsusilə üzdə olan, tanınan şəxslər hər gün onlarla, bəzən yüzlərlə təhqiramiz rəyin hədəfinə çevrilirlər.

Azərbaycanda da hər hansı məşhur şəxs sosial şəbəkədə paylaşım etdikdə, mütləq şəkildə aqressiv rəylər yazılır. Çox zaman bu rəylər tənqid deyil, açıq-aşkar təhqir və alçaltmaya çevrilir. Bəzi hallarda şəxsi həyatın detallarına qədər müdaxilə edilir.

Ən acınacaqlısı odur ki, bir çox insanlar bunu adi hal kimi qəbul edir – “ictimaiyyətə çıxırsansa, buna dözməlisən” yanaşması sanki qanunauyğunluğa çevrilib. Halbuki, söz azadlığı ilə təhqir arasında çox böyük fərq var.

Təhqiramiz rəylərin qurbanı olan tanınmış şəxslər bəzən polisə müraciət edirlər. Amma real vəziyyət göstərir ki, bütün təhqiramiz rəy yazarlarını hüquqi məsuliyyətə cəlb etmək mümkün deyil. Bunun bir neçə səbəbi var: Şikayətlərin çoxluğu və hüquq-mühafizə orqanlarının iş yükü, sosial şəbəkələrdə saxta profillərin bolluğu və hüquqi prosedurların uzun və çətin olması.

Nəticədə cəzasızlıq mühiti formalaşır və insanlar düşünür ki, “istədiyimi yaza bilərəm, heç nə olmayacaq”.

Unutmaq olmaz ki, təhqiramiz rəylər sadəcə yazı deyil. Onlar hədəf olan insanın psixologiyasına, ictimai imicinə və hətta ailə həyatına ciddi təsir göstərə bilər. Bir çox hallarda belə rəylər stress, depresiya və hətta özünəqapanmaya gətirib çıxarır. Bu, təkcə məşhurların deyil, sosial şəbəkədə aktiv olan istənilən şəxsin başına gələ bilər.

Problemin həlli yalnız hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə mümkün deyil. Burada həm də ictimai şüur və rəqəmsal mədəniyyətin formalaşması vacibdir. Sosial şəbəkələrdə təhqir “adi hal” kimi qəbul olunmamalıdır. Bu, həm hüquqi, həm də etik baxımdan cəmiyyətin sağlamlığına təhlükədir. Söz azadlığı hər kəsin haqqıdır, amma bu azadlıq başqasının ləyaqətinə toxunduqda artıq məsuliyyətsizlik və qanun pozuntusudur.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 Sentyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri