Icma.az
close
up
RU
Sosial şəbəkələrdə yayılan iddialar əsassız çıxdı Baş Prokurorluqdan AÇIQLAMA

Sosial şəbəkələrdə yayılan iddialar əsassız çıxdı Baş Prokurorluqdan AÇIQLAMA

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Bəzi sosial şəbəkə səhifələrində vətəndaş Böyükağa Abdullayev, onun həyat yoldaşı və ailə üzvünün qanunsuzluqlara məruz qalmasına dair həqiqəti əks etdirməyən məlumatlar paylaşılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Böyükağa Abdullayev 2004-2009-cu illərdə "Eko-Servis KO" MMC-nin həmtəsisçisi kimi qabaqcadan əlbir olan şəxslərlə birlikdə Tovuz rayonu ərazisində yerləşən "Koroğlu" tras yatağından əldə edilmiş 141 min manatdan artıq vəsaiti digər həmtəsisçidən və onun vərəsəsindən gizlədərək ələ keçirməklə, həmçinin vergi sənədlərini saxtalaşdırmaqla 3 min manatadək məbləğdə verginin ödənilməsindən yayınıb:

"Bundan başqa, o, icarə müqaviləsinə xitam verildikdən sonra yatağın qanuni istifadəçisi olan "İlqar-7.T" MMC-nin fəaliyyətinə qanunsuz müdaxilə edərək istehsal prosesini dayandırıb və bununla da müəssisəyə 67 min manat məbləğində ziyan vurub.

Həmçinin, B.Abdullayev Tovuz rayonu ərazisindən keçən dəmiryolunun yük stansiyasında inşa edilmiş, "Qaradağ Sement" ASC-yə məxsus anbarın üst hissəsində olan 12 ədəd dəmir-beton plitələrini oğurlayıb.

Qeyd edilən əməllərinə görə o, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 07.05.2012-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.4, 177.2.2, 178.3.2, 213.1, 322.2-cü maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Gəncə Apellyasiya Məhkəməsinin 18.02.2013-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Daha sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsi 21.12.2016-cı il tarixli qərarla onun barəsində "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 06.05.2016-cı il tarixli Qanunu tətbiq edilərək cəzasından 1 il çıxılmaqla üzərində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Əlavə olaraq, B.Abdullayevin oğlu Fəqan Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin 25.04.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə (ağırlaşdırıcı hallarda quldurluq) təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

F.Abdullayev cəzasını çəkdiyi müddətdə cəzaçəkmə müəssisələrində saxlanılan şəxsə qadağan olunmuş əşyanı verdiyi üçün Qaradağ Rayon Məhkəməsinin 30.05.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 317-2.1 və 67.1-ci maddələri ilə təqsirli bilinib və ona qəti olaraq 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Fəqan Abdullayev cəza çəkdiyi ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə ilə müraciət edib, məhkəmənin 31.10.2025-ci il tarixli qərarı ilə onun cəzasının çəkilməmiş qalan 2 il 7 ay hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsi məhkəmə tərəfindən təmin edilib.

Həmin qərardan prokuror tərəfindən verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsinin 15.12.2025-ci il tarixli qərarı ilə təmin edilib.

Ardınca Fəqan Abdullayev cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsi ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə ilə müraciət edib və məhkəmənin 20.02.2026-cı il tarixli qərarı ilə ərizəsi təmin edilməyib.

Hazırda Fəqan Abdullayev cəzaçəkmə müəssisəsində cəzasını çəkməkdədir.

Beləliklə, Böyükağa Abdullayev və onun həyat yoldaşı tərəfindən səsləndirilən iddialara müvafiq qaydada baxılaraq onları təsdiq edən hər hansı hüquqi əsas müəyyən edilməyib. B.Abdullayev və onun oğlu barəsində çıxarılmış məhkəmə hökmləri qanuni qüvvəyə minib və yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılaraq qüvvədə saxlanılıb.

Hazırda yayılan məlumatlar məhkəmə aktları ilə müəyyən edilən hüquqi vəziyyəti dəyişmir və obyektiv reallığı əks etdirmir. Bu baxımdan vətəndaşın səsləndirdiyi şikayət və iddialar tamamilə əsassızdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Fevral 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri