Icma.az
close
up
RU
“Sosial şəbəkələrdəki biabırçılıqlar gəncləri özündən çıxarır” SOSİOLOQ

“Sosial şəbəkələrdəki biabırçılıqlar gəncləri özündən çıxarır” SOSİOLOQ

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Son günlər ölkədə cinayət hadisələri artmaqdadır. Hər gün yeni cinayət xəbərləri ilə qarşılaşırıq.

Bu da cəmiyyətdə narahatlıq və təlaş yaradır. Eyni zamanda, bu tendensiya sosial problemlərin də dərinləşdiyini göstərir.

Gununsesi.info-ya danışan tanınmış pedaqoq-sosioloq Mail Yaqub vəziyyətin səbəblərini belə izah edib:

“Cinayətin yaranması sosiyologiyada bir neçə amillə izah edilir. Onlardan birini müasir amerikalı sosiolog Robert Merton qeyd edib. Merton deyib ki, cəmiyyətdə yarış başlayır və insanlar dəyərli olmaq üçün bir-birilə rəqabət aparırlar.

Dəyərli olmaq isə maddi imkanların genişliyi ilə ölçülür. Yəni, kim daha çox maddi imkana sahibdirsə, cəmiyyətdə o daha dəyərli hesab olunur. Beləcə, hər kəs dəyərli olmağa can atır və maddi imkanlarını artırmağa çalışır.

Amma hamının buna gücü çatmır, yəni hamı halal yolla pul qazana bilmir. Çünki cəmiyyətdə dəyərli olmağın yeganə meyarı pulla ölçülür, insanlar isə dəyər qazanmaq üçün bəzən cinayətə əl atırlar. Robert Merton cinayətin əsas səbəblərindən birini məhz bu amillə əlaqələndirir”.

Mail Yaqub hesab edir ki, cinayətin yaranm səbəblərindən biri də sosial şəbəkələrdir.

“Sosial şəbəkələrdəki biabırçılıqlar, özbaşınalıqlar və anormal hərəkətlər gəncləri özündən çıxarır, onlar isə kontrolunu itirərək cinayətə yönələ bilirlər.

Gənclər sosial şəbəkələrdə o qədər anormal səhnələr görürlər ki, tərbiyə və əxlaq kriteriyaları, dəyərləri zəifləyir və nəticədə cinayətə əl atırlar. Mənə görə, bu iki amil — maddi rifah uğrunda yarış və sosial şəbəkələrin təsiri — cinayətə yönəldən əsas səbəblərdir”.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Noyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see364

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see341

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see330

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see275

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see274

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see252

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see239

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see234

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see234

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see224

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see222

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see218

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see208

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see207

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see207

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see190

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see188

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see187

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri