Icma.az
close
up
RU
Sosial Tədqiqatlar Mərkəzi altı illik fəaliyyətinin əsas nəticələrini təqdim edib

Sosial Tədqiqatlar Mərkəzi altı illik fəaliyyətinin əsas nəticələrini təqdim edib

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial Tədqiqatlar Mərkəzi (STM) “Rəyiniz işimizdir!” devizi altında altı illik (2019-2024) fəaliyyəti dövründə Azərbaycanda sosial tədqiqat, təhlil və proqnozlaşdırma işi, habelə ictimai rəyin öyrənilməsi ilə bağlı siyasətin formalaşdırılmasında və həyata keçirilməsində yaxından iştirak edib. Ölkə maraqlarını özündə əks etdirən müxtəlif xarakterli münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edib, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirib, dəyişiklikləri proqnozlaşdırıb, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdırıb, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikri öyrənərək və sosial tədqiqatların aparılmasını təmin edərək, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edib. Bundan başqa, ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformaları qurmaq və onları idarə etmək vəzifələrini də həyata keçirib.

Mərkəzin faktiki fəaliyyətə başladığı 2019-cu ilin aprel ayının ikinci yarısından etibarən təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatını əhatə edən, ölkə Prezidentinin həyata keçirdiyi islahatların gedişini təhlil edən müxtəlif sosioloji sorğu, analitik təhlil, siyasət, mövqe və arayış sənədləri hazırlayaraq ölkə rəhbərliyinə, aidiyyəti qurumlara və ictimaiyyətə təqdim edib.

STM yarandığı vaxtdan etibarən Prezidentin daxili və xarici siyasət sahəsindəki fəaliyyəti ilə bağlı ictimai rəy sorğuları keçirib və bunun əsasında təhlil xarakterli analitik hesabatlar, icmal sənədləri təqdim edib. Sorğular Azərbaycanda davamlı aparılması baxımından ilk dəfə olmaqla yanaşı, dünya təcrübəsində “İnam indeksi” kimi məlum olan, dövlət başçılarına ictimai rəydə etibar, dəstək reytinqlərini müəyyən edən tədqiqatlarda tətbiq edilən elmi metodlarla aparılıb. “Prezidentin fəaliyyəti ictimai rəydə: İnam indeksi” silsiləsindən 6 illik dövr ərzində 13 sorğu layihəsi həyata keçirilib.

Hesabat dövründə Mərkəzin əməkdaşları tərəfindən ictimaiyyətə açıq və qapalı olmaqla ümumilikdə 145-dən çox analitik hesabat, təhlil və icmal sənədi, 800-dən çox tədqiqat, siyasət, mövqe və təklif sənədi, 13 kitab layihəsi, 190-dan çox elmi məqalə, 820-dən çox analitik şərh, ekspert dəyərləndirməsi və elmi-publisistik yazılar hazırlanıb. STM əməkdaşları beynəlxalq və respublika səviyyəli 187 elmi konfrans, seminar, vebinar və təlimlərdə iştirak edib.

Mərkəz öz vəzifələrini yerinə yetirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, xarici qurumlar, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərib. STM 6 illik fəaliyyəti dövründə həm yerli, həm də dünyanın bir sıra nüfuzlu beyin mərkəzləri ilə əlaqələr qurub. Mərkəz fəaliyyətə başladığı ilk gündən beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət qurumları, universitetləri, beyin mərkəzləri və digər təşkilatlarla əməkdaşlıq etmək, onların təcrübəsini öyrənmək və s. məsələləri özünün prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Bu qurumların data-bazalarından istifadə etmək, təcrübə mübadiləsi aparmaq, qarşılıqlı layihələr həyata keçirmək, beynəlxalq aləmdə nüfuzlu beyin mərkəzinə çevrilmək yolunda mühüm addımlar atılıb. Ümumilikdə 20-dən çox qurumla əməkdaşlıq haqqında memorandum imzalanıb.

Mərkəz beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi, üzvlük prioritetlərinə əməl edərək daha bir ciddi addım atıb. ESOMAR qlobal platformasına üzv olub. Dünya miqyasında rəy analitikası işini təşviq və inkişaf etdirmək üzrə əsas təşkilat kimi ESOMAR-da fərdi müraciətlər əsasında üzvlüklərdən fərqli olaraq, korporativ üzvlük qurumun əməkdaşlarına təşkilati qaydada ESOMAR imkanlarına əhatəli çıxış təşkil edir. Bu baxımdan, STM korporativ üzvlük əldə etməklə öz brendinə bu kimi beynəlxalq platformaya təşkilati qoşulma və bununla daha geniş şərait formalaşdırır.

Dövlət və özəl təşkilatlarla qurulmuş əməkdaşlıq əlaqələri çərçivəsində ümumilikdə 21 tədqiqat layihəsi həyata keçirilib. İcra edilmiş bu layihələr STM-in müxtəlif sahələrdə dövlət və özəl sektorla əməkdaşlığının bariz nümunələri kimi təqdir edilib.

STM hesabat dövründə Nizamnamədən irəli gələn fəaliyyət istiqamətləri üzrə kəmiyyət və keyfiyyət metodları əsasında sosioloji tədqiqatlar həyata keçirərək, müxtəlif mövzularda əhalinin rəyini öyrənib. STM-in həyata keçirdiyi sorğular cəmiyyətin sosial, iqtisadi və siyasi proseslərə baxışını obyektiv şəkildə əks etdirmək üçün mühüm mənbə rolunu oynayır. Regionlar üzrə genişmiqyaslı təhlillər aparılaraq müxtəlif sahələr üzrə vətəndaşların fikirləri və problemləri araşdırılır.

Mərkəz tərəfindən ictimai rəy əsaslı tədqiqat layihələrinin həyata keçirilməsində peşəkar yanaşma tətbiq olunur. Sosioloji sorğular tədqiqatın məqsəd və vəzifələrinə uyğun olaraq, ümumilikdə ölkəni, onun müəyyən hissəsini, yaxud konkret hədəf qrupları əhatə edir. 6 illik fəaliyyəti dövründə Mərkəz tərəfindən 144 sosioloji tədqiqat-sorğu layihəsi (135-i yerli, 9 beynəlxalq sorğu olmaqla) həyata keçirilib. Sorğuların coğrafiyası bütün ölkə ərazisini əhatə etməklə ümumilikdə 132.160 respondentin iştirakını təmin edib. Bundan başqa, keyfiyyət əsaslı tədqiqat layihələrində 543 respondent dərinləşdirilmiş müsahibələrə, fokus qrup müzakirələrinə cəlb edilib.

Məlumatların toplanılmasında müxtəlif üsullardan (CATI, CAPI, CAWI, PAPI), emalında isə tədqiqat layihəsinin məqsədlərinə uyğun olaraq "SPSS", "R-Studio", "Nvivo" və digər proqram təminatlarından istifadə olunub. Tədqiqat layihələrinin məqsədlərindən və məlumatların toplanılması formasından asılı olaraq, məcmudan nümunə ehtimallı seçmənin klaster, stratalaşdırılmış, sadə, sistemli və digər üsulları əsasında müəyyən edilib. Müsahibələr və fokus qrupların təşkilində isə qeyri-təsadüfi seçmə metodu ilə müəyyən meyarlara cavab verən respondentlər seçilib. Kompüter dəstəkli müsahibələrdə “SurveyToGo” proqram təminatından istifadə olunub.

STM-in Nizamnamə ilə üzərinə düşən vəzifələrindən biri dövlət siyasətinin mütəmadi şərhini, cəmiyyətə əlçatanlığını təmin etmək, dövlətin müxtəlif sahələrdə gördüyü işlərin əhaliyə çatdırılmasını təşkil etmək və həyata keçirmək olub. Hesabat dövründə Mərkəzin əməkdaşları mütəmadi olaraq ölkənin media qurumları tərəfindən ekspert kimi dəvət olunub, həm televiziya və radio efirində, həm də elektron və yazılı media orqanlarında fəal şəkildə çıxış edib, müsahibələr veriblər. Altı illik fəaliyyəti dövründə STM əməkdaşları mediada ümumilikdə 12500-dən çox müsahibə verib, çıxışlar ediblər.

Bundan başqa, STM əməkdaşlarının müəllifliyi və aparıcılığı ilə müxtəlif sosial-iqtisadi, siyasi- elmi mövzularda Real TV-də “Real tədqiqat”, Füyuzat TV-də “Arxa plan”, İki sahil TV-də “Baxış”, Yeni Azərbaycan TV-də "Sizin həmsöhbət" (Ваш Собеседник) verilişləri hazırlanıb və izləyicilərə təqdim edilib. STM yeni “Qlobal körpülər” (Global Bridges) layihəsini təsis edib, layihə çərçivəsində tanınmış xarici ekspertlər və siyasətçilərdən (Metyu Brayza, Sebastian Şaffer, Pol Qobl, Ceyms Moran, Maksim Qauin, Stiven Payfer və b.) gündəmə dair müsahibələr alınaraq Mərkəzin Youtube kanalında yerləşdirilib. Həmçinin ölkənin bir sıra reytinqli saytlarında önəmli tezislər paylaşılıb.

Mərkəz əməkdaşları COP29 tədbirlərində də fəal iştirak edib. Bununla bağlı mediada 40-dan çox paylaşım edilib.

Mərkəzin rəhbərliyi tərəfindən sosial tədqiqatlar sahəsində peşəkar mütəxəssislərin hazırlanması, əməkdaşların bilik və bacarıqlarının artırılması, ümumilikdə kadr potensialının inkişaf etdirilməsi məqsədilə vaxtaşırı təlimlər, seminarlar və görüşlər təşkil edilir. Həmçinin Mərkəzin əməkdaşları öz bilik və bacarıqlarını, tədqiqat potensiallarını inkişaf etdirmək üçün bir sıra ali məktəblərin və Milli Elmlər Akademiyasının dissertanturasında, ali məktəblərin magistratura səviyyəsində təhsillərini davam etdirirlər.

Bundan başqa, ölkənin bir sıra nüfuzlu ali məktəblərinin tələbələri STM-də təcrübə proqramında iştirak edərək Mərkəz əməkdaşlarının rəhbərliyi ilə müxtəlif elmi mövzularda tədqiqatlar aparıb, sorğu metodları və tədqiqat üsulları ilə yaxından tanış olublar.

STM-in dövri elmi nəşri olan “Sosial tədqiqatlar” jurnalı 06 avqust 2019-cu il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 4248 nömrəsi ilə mətbu nəşrlərin reyestrinə daxil edilib. 2021-ci ilin mart ayında mərkəzi Fransanın Paris şəhərində yerləşən Beynəlxalq Serial Nəşrlərin Qeydiyyatı Mərkəzi tərəfindən “Sosial tədqiqatlar” jurnalına Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN 2788-8789 print; ISSN 2959-5223 online) ilə bağlı sertifikat verilib. Hesabat dövründə jurnalın çapdan çıxmış 4 sayında Azərbaycan, türk, ingilis və rus dillərində olmaqla 75-dən çox elmi məqalə dərc edilib. Jurnalın ayrıca olaraq iki dildə (Azərbaycan və ingilis) internet və feysbuk səhifələri fəaliyyət göstərir.

STM-in rəsmi internet səhifəsində 2050-dən çox material yayımlanıb. Eyni zamanda, 650-dən çox video STM TV və digər platformalarda yayımlanaraq geniş auditoriyaya çatdırılıb. Bundan əlavə, 2024-cü ilin son rübündən etibarən STM-in internet səhifəsi yenilənərək yeni dizayna keçid alıb. Bu da mərkəzin fəaliyyətinin daha da təkmil formada aparılması, saytın müasir standartlara cavab verməsi üçün atılan addımlardan biridir.

Sosial media fəaliyyətlərinə nəzər saldıqda, STM Facebook, YouTube, Instagram və Twitter/X platformalarında da aktiv olub. 6 illik dövr ərzində STM-in sosial media hesablarında ümumilikdə 7.000-dən çox paylaşım və media çıxışı həyata keçirilib (o cümlədən: Facebook: 2.188 paylaşım; YouTube: 679 video; Instagram: 1.543 paylaşım; Twitter/X: 1.933+ paylaşım).

2019-2024-cü illər üzrə əldə etdiyi nəticələr STM-in dövlətin və cəmiyyətin sosial, iqtisadi və elmi inkişafına verdiyi töhfələrin geniş olduğunu göstərir. Növbəti illərdə STM-in yeni layihələr və beynəlxalq əməkdaşlıqlarla fəaliyyət sahəsini daha da genişləndirəcəyi planlaşdırılır.

Bu gün dünya sürətlə dəyişir və düzgün qərarlar vermək üçün etibarlı informasiyaya ehtiyac var. STM informasiya cəmiyyətinin inkişafına töhfə vermək üçün hər zaman elmi tədqiqatların və obyektiv təhlillərin önəmini vurğulayıb. Elm, analitika və araşdırmalar cəmiyyətimizin güclənməsinə xidmət edir və STM bu missiyanı qürurla davam etdirir.

Daha ətraflı məlumat üçün www.stm.az saytına daxil ola və ya STM-in rəsmi sosial media hesablarını izləyə bilərsiniz.

Digər keçidlər
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 Fevral 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see405

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see337

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see300

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see294

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see271

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see234

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see232

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see224

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see152

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see140

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see124

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri