Icma.az
close
up
RU
Menu

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Zəfər Gününə həsr olunan fləş mob Video

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

Uşaqlıq xatirələri həyatımıza yön verir

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

Sosial təminatda böyük yenilik: DOST mərkəzi TƏHLİL

Sosial təminatda böyük yenilik: DOST mərkəzi TƏHLİL

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

DOST xidmətlərində vətəndaş məmnunluğu 98,5 faizdir

Azərbaycanda həyata keçirilən sosial siyasətin əsasında xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Azərbaycan Prezidenti İlham Əliyevin "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, "bir pəncərə"dən, tam şəffaf, operativ, vətəndaş rahatlığı, nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir.

"DOST MƏRKƏZLƏRİNİN FƏALİYYƏTƏ BAŞLAMASI SOSİAL SAHƏDƏ GÖRÜLƏN İŞLƏRİN, APARILAN İSLAHATLARIN ƏYANİ TƏZAHÜRÜDÜR"

Dövlət başçısı çıxışlarının birində bildirdiyi kimi, "Azərbaycan bu sahədə də liderlik göstərir və DOST mərkəzlərinin fəaliyyətə başlaması sosial sahədə görülən işlərin, aparılan islahatların əyani təzahürüdür…Burada göstərilən xidmətlər, əlbəttə, sosial təminat sahəsində böyük bir yenilikdir və təsadüfi deyil ki, artıq bir neçə ölkə bu təcrübə ilə bağlı bizə müraciət edib və Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır". Bütövlükdə ölkəmizdə 30-dan çox mərkəz fəaliyyətə başlayacaq. Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına imkan yaradıb. Ümumilikdə DOST mərkəzlərində "bir pəncərə" prinsipi ilə 2,8 milyon insana 132 xidmət göstəriləcək.

CƏNUBİ QAFQAZDA İLK VƏ ƏN BÖYÜK İNKLÜZİV YARADICILIQ VƏ İNKİŞAF MƏKANI

Ötən dövrdə 3,4 milyon, o cümlədən bu ilin ilk rübündə 213 min vətəndaşın DOST xidmətlərindən faydalanıb, bu xidmətlərdən vətəndaş məmnunluğu 98,5 faiz təşkil edir. 2019-cu ilin may ayından DOST Agentliyi, 7 regional "DOST" mərkəzi, Şuşa DOST filialı və Ağalı kəndində "Smart DOST" məntəqəsi açılıb. DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işləri davam etdirilir. Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST infrastrukturunun qurulması üçün layihə, təmir-tikinti işləri aparılır. "DOST" mərkəzləri ölkəmizin dövlət sosial xidmətləri sahəsində "ASAN xidmət"dən sonra Azərbaycanın yeni brendinə çevrilib. DOST layihəsi, artıq özünün dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini formalaşdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "DOST mərkəzlərinin yaradılması sosial siyasətimizin mahiyyətini göstərir". İstifadəyə verilən DOST mərkəzlərində iş yerləri yaradılır və o cümlədən könüllülər də işlərə cəlb olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki və filiallarında hazırda 200-ə yaxın benefisiara xidmət göstərilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas qruplara aid şəxslərin yaradıcı potensialının, bacarıqlarının inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək göstərilir. Cənubi Qafqazda ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanı olan bu Mərkəzin filialları da fəaliyyət göstərir. Mərkəz və filiallarında hazırda təlimlərdə 161 nəfər əlilliyi olan şəxslər, 15 nəfər şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların ailə üzvləri və s iştirak edirlər. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və onun filiallarında ötən dövr ərzində ümumilikdə 700 nəfərdən çox benefisiar müxtəlif fəaliyyət istiqamətləri üzrə xidmətlərdən faydalanıb.

KÖNÜLLÜLÜK HƏRƏKATINDA "KÖNÜLLÜ DOST" PROQRAMI

DOST Agentliyinin "Könüllü DOST" proqramı isə ölkəmizdə könüllülük hərəkatının genişlənməsində mühüm rola malikdir. "Könüllü DOST" proqramı da bir sıra beynəlxalq mükafatlara layiq görülüb, həmçinin "Global HR Summit 2023" beynəlxalq müsabiqəsinin qalibi olub.

Azərbaycanda könüllülük hərəkatının genişlənməsində mühüm rola malik "Könüllü DOST" proqramına cari ilin birinci rübündə 9 min müraciət olub, 373 şəxs proqrama cəlb olunub. Proqramın "Gənc DOST", "Gümüşü DOST" (yaşlılar üçün), "Distant DOST", "Korporativ DOST", "İnklüziv DOST" kimi altproqramları fəaliyyət göstərir.

Könüllülər DOST mərkəzlərində vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, e-sistemlərdən istifadə və s. üzrə köməklik göstərir. Onlar dövlət sosial xidmətlərinin "bir pəncərə"dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verirlər. Proqram iştirakçıların vətəndaşlara xidmət sahəsində təcrübə, işgüzar vərdişlər əldə etmələrinə, fərdi inkişafı və karyera yolunda ilk uğurlu addımlarına dəstək olur.

DOST KONSEPSİYASI BEYNƏLXALQ SƏVİYYƏDƏ

Ölkəmizin uğurlu sosial islahat təcrübəsi olan DOST konsepsiyası beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Ötən dövrdə DOST Agentliyi 10!dan artıq beynəlxalq mükafat və sertifikatla təltif olunub. O cümlədən, Agentlik Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatı, Beynəlxalq Sosial Təminat Assosiasiyasının 3 mükafatına və Mükəmməllik Sertifikatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının mükafatı və s. layiq görülüb. "Aİ Biznes Mühiti Hesabatı 2021"-də DOST mərkəzləri Azərbaycanın 3 təkmil islahatından biri kimi qiymətləndirilib. "Könüllü DOST" proqramı isə "Global HR Summit 2023" tədbiri çərçivəsində "Ən yaxşı Korporativ Sosial Məsuliyyət Strategiyası" kateqoriyası üzrə qalib elan olunub.

Eyni zamanda hazırda bir çox ölkələr, o cümlədən Avropa ölkələri də DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə maraq göstərirlər. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın, regionun aparıcı dövlətlərindən birinə çevrilməsi, ölkəmizin dünya miqyasında nüfuzunun artması, yüksək səviyyəli beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsi, şəhər və regionlarımızın simasının gözəlləşməsi, eləcə də, insanların maddi və mənəvi rifah halının yaxşılaşdırılmasında öz əksini tapıb. Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas məqsədləri əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və əhalinin rifah səviyyəsinin yüksəldilməsidir. Bu istiqamətdə aparılan islahatlar, görülən işlər təqdirəlayiqdir və hər bir Azərbaycan vətəndaşı tərəfindən rəğbətlə qarşılanır. Çünki dövlətimiz vətəndaşın mənafeyinə xidmət edir.

Cənab Prezidentin bildirdiyi kimi, burada tətbiq olunan innovasiyalar bizim gələcəyə baxışımızla tam uzlaşır: "Çünki innovativ inkişaf bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə, DOST mərkəzləri məhz bu innovasiyalar əsasında fəaliyyət göstərir və gələcəkdə bu istiqamətdə əlavə addımların atılması da nəzərdə tutulur".

Nəzakət ƏLƏDDİNQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 May 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see293

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see286

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see280

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see274

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see247

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see230

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see225

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see224

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see221

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see216

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see209

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see207

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see206

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see200

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see198

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see190

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see188

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see186

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see183

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri