Icma.az
close
up
RU
Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasından 5 il ötür

Sosial Xidmətlər Agentliyinin fəaliyyətə başlamasından 5 il ötür

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin təsdiq edilərək fəaliyyətə başlamasından 5 il ötür.

Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə Nizamnaməsi təsdiq edilərək fəaliyyətə başlayan Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə qanunla müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə və himayədar ailə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyəti həyata keçirir.

Nazirlik xəbər verir ki, agentlik bütün ölkəni əhatə edən 13 filialı və 21 müəssisəsi ilə bütün yaş kateqoriyalarından olan əhali qruplarına səyyar, stasionar və yarımstasionar xidmətlər göstərir.

Son beş ildə qurum tərəfindən həssas əhali qruplarından olan şəxslərə 550 mindən çox  xidmət (sosial-məişət xidməti, mənzil və avtomobillə, sanatoriya-kurort göndərişləri ilə təminat, övladlığagötürmə, himayədar ailə, repatriasiya və s.) göstərilib. Həmin dövrdə 19 minədək vətəndaşın evlərində, 17 mindən çox şəxsin Agentliyin müəssisələrində sosial xidmətlərlə təminatı həyata keçirilib.

Agentliyin sifarişləri ilə icra olunan layihələr çərçivəsində yaradılan günərzi qayğı və sosial reabilitasiya mərkəzlərində, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərində isə 40 minə yaxın şəxsə xidmətlər göstərilib. O cümlədən bölgələrdə yaradılan 121 günərzi qayğı mərkəzi və 100-dən çox sosial reabilitasiya mərkəzində həssas qruplara aid 15 minədək uşağın qavrayış, emosional, fiziki inkişafına, ilkin yazı və oxuma bacarıqlarına yiyələnməsinə dəstək işləri aparılıb.

Sosial Xidmət Mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi işləri davam edir və bu il daha 5 belə mərkəzin açılması planlaşdırılır ki, bununla da həmin mərkəzlərin sayı 10-a çatacaq.

2023-cü ildən Avropa Sosial Şəbəkəsinin üzvü olan Sosial Xidmətlər Agentliyi Asiya-Sakit Okean regionu üzrə nüfuzlu “Asiya Mükafatı” müsabiqəsində “Asiyanın Seçilən Sosial Xidmət Agentliyi Mükafatı” və “Asiya Uşaq İnkişafı Mükəmməlliyi Mükafatı”na, üç istiqamət üzrə beynəlxalq ISO sertifikatlarına, qurumun bir sıra mobil tətbiqləri milli mükafatlara layiq görülüb.

Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”na uyğun olaraq sosial xidmətlər sisteminin və bu sahədə ixtisaslı kadr potensialının inkişaf etdirilməsi, sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, sosial xidmətlərdə ünvanlılığının və keyfiyyətli xidmətlərə əlçatanlığın təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyun 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see272

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see227

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see216

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see159

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see145

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri