Sosioloq: Fırıldaqçılara görə müharibə veteranlarına, qazilərə qarşı inamsızlıq yaranıb
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Naxçıvanda özünü şəhid atası kimi təqdim edib dələduzluq əməlləri törədən şəxs saxlanılıb.
Daxil olan müraciətlər əsasında polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə silsilə dələduzluq əməlləri törədən Naxçıvan şəhər sakini 64 yaşlı Rizvan Qafarov saxlanılıb.
Onun müxtəlif yalan vədlər verərək zərərçəkənlərin pulunu əl keçirdiyi müəyyən edilib. R.Qafarov insanların inam və etibarını qazanmaq üçün özünü şəhid atası kimi təqdim edib.
Faktlarla bağlı araşdırma aparılır.
Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı Sherg.az-a bildirib ki, son vaxtlar bu kimi halların sayı artıb:
“Bu da mənəvi deqradasiyanın nəticəsidir. Bir sıra dələduzların kütləvi şəkildə insanların milli-mənəvi hissləri, hissləri üzərindən özlərinə nəsə əldə etmək əməlləri var. Bu da artıq cəmiyyətdə çox ciddi problem yaradır. Hətta bəziləri o qədər belə hallar törədiblər ki, normal müharibə veteranlarına, qazilərə qarşı inamsızlıq baş verir. Həm cəmiyyət olaraq, həm dövlət olaraq bunun qarşısını almalıyıq. Dövlət, müharibə veteranları, şəhid ailələrini, qaziləri lazımi qədər sosial imkanlarla təmin edir. Kiminsə problemləri varsa, bunun üçün dövlətin xüsusi fondları və dövlət orqanlarına müraciət etməlidir".
Sosioloq qeyd edib ki, həssas qrupa aid şəxslərin adından saxtakarlıq edənlər ciddi cəzalandırılmalıdır:
"Çünki cəzasızlıq mühiti olanda belə hallar kütləviləşir, çoxalır və insanlarda qıcıq yaradır. Digər tərəfdən həqiqi müharibə veteranları, qaziləri müraciətləri də nəzarətə götürülməlidir. Həm media, həm ictimai təşkilatlar, həm də dövlət orqanları onların problemlərini həll etmək üçün hərəkət etməlidir. Bu insanlar müəyyən sosial təminatlarla, işlə təmin olunmalı, müalicəyə ehtiyacı varsa edilməli, evi yoxdursa verilməlidir. Bundan əlavə, avtomobillərin üzərinə müxtəlif şəkillər vuraraq qazi və veteran yazaraq gəzmək qadağan olunmalıdır. Eyni zamanda hərbi geyimlərdə müxtəlif şirkətləri, idarələri gəzib, bəzi şəxslər nəsə tələb edir, bunun da qarşısı alınmalıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 07 May 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















