Icma.az
close
up
RU
Sosioloq: Həkimlər və müəllimlər aqressiyaya ən çox məruz qalan insanlardır

Sosioloq: Həkimlər və müəllimlər aqressiyaya ən çox məruz qalan insanlardır

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakıda həkim xəstənin yaxınları tərəfindən döyülüb.

"Report" xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, çağırışa gedən həkim Mətin Arif oğlu Səmədov xəstənin yaxınları tərəfindən döyülüb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki,  bu vəziyyət insanların nə qədər psixoloji gərginlik altında yaşadığının göstəricisidir:


“Bir cəmiyyətdə ki, insanlar həkimlərə belə hücum edirlərsə,  bu o deməkdir ki, artıq nə dözümlülük, nə empatiya, nə də başqasının fikrinə hörmət qalıb. Yəni bütün hallarda insanlar, aqressiya ilə yüklənib. Hamı aqressiyasını başqasının üstünə boşaltmağa hazırlaşır. Həkimlər və müəllimlər aqressiyaya ən çox məruz qalan insanlardır. Çünki insanlarla çox işləyirlər. Mən hətta şahidi olmuşam ki, anadangəlmə bağırsaq çıxışı olmayan uşağa görə ata ginekoloqu döyüb ki, "sən yaxşı ginekoloq olsaydın, doğuş prosesində mənim uşağımın bağırsaq çıxışı qaydasında olardı". Təsəvvür edin ki, insan bunun anadangəlmə vəziyyət olduğunu dərk etmir. Yəni bu proses doğuşda olmayıb, insanın ana bətnində anomaliya ilə inkişaf etməsi və anomaliya ilə doğulması deməkdir. Ehtimal edirəm ki, burada da həkimin döyülməsində, onun günahı yoxdur. Sadəcə həmin an insan o qədər aqressiv, o qədər dözümsüz olur ki, mütləq qaydada əsəbini başqasından çıxarmaq ehtiyacı hiss edir.  Metroda, avtobusda, səkidə, və hər yerdə bu cür insanlar var. Tək həkimlərə qarşı deyil. Onlar bir himə bənddirlər ki, başqasına qarşı güc tətbiq eləsinlər, zorakılıq göstərsinlər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Dekabr 2024 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see240

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see214

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see208

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see204

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see186

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see185

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see143

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see141

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see134

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see129

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri