Icma.az
close
up
RU
Sosioloq OD PÜSKÜRDÜ: Həkimlərin reklam fəaliyyəti insanların aldadılmasına və daha çox soyulmasına xidmət edir

Sosioloq OD PÜSKÜRDÜ: Həkimlərin reklam fəaliyyəti insanların aldadılmasına və daha çox soyulmasına xidmət edir

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Çox təəssüf ki, səhiyyə sistemi uzun müddətdir ki, kolxoz bazarını xatırladır. Bəzi həkimlər öz peşə missiyalarını bir kənara qoyaraq, sanki bazar alverçisinə, bəzən isə qəssaba çevriliblər. Daha çox gəlir əldə etmək istəyi bütün etik dəyərlərə, peşə prinsiplərinə və insani normalara zidd şəkildə davranmağa vadar edir. Tək məqsəd pul qazanmaqdır. Bu məqsədlə reklam kampaniyalarına girişənlərin sayı gündən-günə artır". 
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib. 
"Səhiyyə sahəsində cəzasızlıq mühiti hökm sürür. İctimai qınaq yoxdur, hüquqi nəzarət isə demək olar ki, sıfır səviyyəsindədir. Bu, tibbi etikaya zidd, rüsvayçı və qəbuledilməz davranışların açıq şəkildə baş verməsinə zəmin yaradır. Küçə bloqerlərindən istifadə, hətta əməliyyatların canlı yayımlanması artıq adi hal alıb.
Sovet dövründə həkimlərin “pasiyenti” vardı, indi isə “müştəri” anlayışı ön plandadır. İnsana sadəcə pul kisəsi kimi yanaşılır. Sosial şəbəkələr və mediada həkimlərin reklam fəaliyyəti insanların aldadılmasına və daha çox soyulmasına xidmət edir. Peşə məsuliyyəti isə tamamilə arxa plana keçib və həkimlərin yol verdiyi səhvlərə görə heç bir cəza tətbiq edilmir. Həyatı təhlükəyə atan həkimlər belə, məsuliyyət daşımır".
O bildirib ki, kosmetik əməliyyatlardan tutmuş, lazımsız dərmanların yazılmasına qədər hər sahədə ciddi fəsadlar yaşanır:
"Vətəndaşlar həyatlarını itirir, lakin həkimlər toxunulmazlıq statusundan istifadə edərək məsuliyyətdən yayınırlar. Təbii ki, bu vəziyyət bütün tibb işçilərinə aid deyil. Lakin çox təəssüf ki, böyük əksəriyyət bu acınacaqlı yolun sərnişinidir.
Cəmiyyət bu vəziyyətə göz yummamalıdır. Əgər dövlət bu sahəyə nəzarət edə bilmirsə, ictimai qınaq və boykotla prosesə müdaxilə edilməlidir. Təəssüf doğuran məqam isə odur ki, savadsızlıq və düşüncəsizlik səbəbindən insanlar televiziya ekranında görünən həkimlərə kor-koranə inanır, onlara kütləvi şəkildə müraciət edirlər. Nəticədə həmin şəxslər milyonlar qazanır, lakin heç bir məsuliyyət daşımır.
Bu gün sosial şəbəkələrdə hətta intim mövzularda əməliyyatların reklamı açıq şəkildə aparılır. Nə hüquqi cəza var, nə də ictimai qınaq. Bu isə artıq anarxiya, özbaşınalıq, qanunsuzluq və əxlaqsızlıq səviyyəsinə çatıb. Halbuki səhiyyə birbaşa insan həyatına təsir edən sahədir və burada ən sərt nəzarət mexanizmləri tətbiq olunmalıdır.
Hazırkı reallıq isə budur ki, görünən cinayətkarlar, dərman şirkətləri, qeyri-qanuni əməliyyatlar aparan şəxslər, insanları eksperimental preparatlarla sınağa çəkən “həkimlər” rahatlıqla fəaliyyət göstərirlər.
Bu mənzərə yalnız o zaman dəyişəcək ki, həm dövlət orqanları, həm də cəmiyyət bu sahəyə ciddi müdaxilə etsin. Əks təqdirdə, mövcud anarxiya daha da dərinləşəcək və nəticələri daha faciəli olacaq".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 İyul 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri