Icma.az
close
up
RU
Sosioloq: Tək qanun və ya qadağa ilə uşaqları informasiya mühitindən tam qorumaq mümkün deyil

Sosioloq: Tək qanun və ya qadağa ilə uşaqları informasiya mühitindən tam qorumaq mümkün deyil

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanuna dəyişiklik etməsi, şübhəsiz ki, təqdirəlayiq və məqsədəuyğun bir addımdır”.
Bunu Demokrat.az-a açıqlamasında sosioloq Naib Niftəliyev bildirib.
O deyib ki, burada əsas məsələ qanunların nə dərəcədə effektiv tətbiq olunması və icra mexanizmlərinin işləkliyidir:
“Qanunvericilik ideal formatda hazırlansa da, onun tətbiqi və icrası real nəticələrin əldə olunmasında həlledici rol oynayır. Xüsusilə uşaq hüquqları, informasiya təhlükəsizliyi və uşaqların zərərli informasiyadan qorunması məsələləri üzrə qanunvericilik aktlarının bir-biri ilə düzgün əlaqələndirilməsi və praktiki tətbiqi vacibdir. Tək qanun və ya qadağa ilə uşaqları informasiya mühitindən tam qorumaq mümkün deyil. Uşaqlar hər halda maraq və öyrənmə instinkti ilə istənilən informasiyaya çıxış yolu axtaracaqlar. Ona görə də, təkcə maarifləndirmə deyil, yəni qabaqlayıcı tədbirlər daha önəmlidir. Biz hadisələrin nəticələrini idarə etməkdənsə, onların qarşısını almağı bacarmalıyıq. Yaş dövrlərinə uyğun psixoloji və pedaqoji yanaşmalar, uşaqların şüur formalaşmasında mühüm rol oynayır”.
Onun sözlərinə görə, valideynlərin və ümumilikdə böyüklərin rolu burada danılmazdır:
“Təəssüf ki, bəzi hallarda cüzi maddi maraqlar naminə zərərli kontent və ya məhsulların uşaqlara çatdırılmasına şərait yaradan şəxslər də olur. Bu isə artıq təkcə uşaqlarla deyil, cəmiyyətlə bağlı ümumi məsələdir. Ona görə də qanunvericilik tədbirləri ilə yanaşı, sosial, psixoloji və hüquqi istiqamətli kompleks proqramlar hazırlanmalı, konkret fəaliyyət planları tərtib olunmalıdır. Komitənin bu istiqamətdə konseptual yanaşmaları mövcuddursa da, bu təşəbbüs bir qədər gecikmiş hesab olunsa belə, vaxtında atılmış vacib addımdır. Uşaqların rifahı, onların zərərli informasiyadan qorunması istiqamətində daha səmərəli və davamlı mexanizmlərin qurulması gələcək nəsillərin sağlam formalaşması baxımından mühüm əhəmiyyət daşıyır”.
Leyla Turan 
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Dekabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see212

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see191

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see178

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see178

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see171

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see167

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see164

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see154

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see146

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri