“ŞOUMEN DEPUTATLAR...” AzTV dörd deputatı “vurdu” + VİDEO AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisdə gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı bəzi deputatların müəyyən sosial problemlərlə bağlı çıxışları Azərbaycan Televiziyası(AzTV) tərəfindən kəskin tənqid edilib.
“AzPolitika” xəbər verir ki, AzTV-də hazırlanan süjetdə deputatlar Siyavuş Novruzov, Səyyad Aran, Razi Nurullayev və Arzuxan Əlizadə son çıxışlarına görə “şoumenlər” adlandırılıb. Onların qaldırdığı problemlər isə “məişət məsələləri”, ”fərdi problemlər” kimi qiymətləndirilib.
Deputatları “özlərini süni qəhrəman” kimi göstərməkdə günahlandıran AzTV onları populizmdə və az qala dövlət siyasətinə qarşı getməkdə ittham edib.
Xatırladaq ki, YAP-ın yaradıcılarından biri hesab edilən və son seçkidə də partiya siyahısından parlamentə düşən Səyyad Aran Milli Məclisin iclasında müharibə veteranlarına 80 manat müavinət verilməsinə görə hökuməti tənqid etmişdi. Lakin növbəti çıxışında özünün qaldırdığı problemləri “xırda-para məsələlər” adlandırmışıdı...
C.Məmmədov
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 28 Noyabr 2024 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















