Icma.az
close
up
RU
Sovet dövründən qalma bu mirasdan qurtulmalıyıq İlqar Orucovdan TƏKLİFLƏR

Sovet dövründən qalma bu mirasdan qurtulmalıyıq İlqar Orucovdan TƏKLİFLƏR

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin iclasında “Təhsil haqqında” Qanunun yenidən hazırlanması məsələsi gündəmə gəlib. Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov təklif edib ki, mövcud ikipilləli müdafiə sisteminin mərhələli şəkildə ləğv edilərək vahid doktorluq dərəcəsi modelinə keçid edilsin.

Redaktor.az təkliflə bağlı fəlsəfə doktoru, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun fikirlərini təqdim edir:

"Millət vəkili Vasif Qafarovun qaldırdığı təşəbbüs əslində müasir dünya elminin tələblərindən irəli gəlir. Mən və digər alim həmkarlarım tərəfindən bu istiqamətdə məhz doktoranturanın birpilləli olması ilə bağlı arqumentlər səsləndirilib. Digər millət vəkilləri bu məsələ ilə bağlı yanaşmalar ortaya qoyublar və hesab edirəm ki, Azərbaycan elminin beynəlxalq akademik məkana inteqrasiyası baxımından doktorantura pilləsinin birpilləli olması ən aktual mövzulardan biridir. Hesab edirəm ki, bu keçid artıq zamanın tələbidir və gecikmiş bir prosesin nəhayət ki, sonlanmasına ehtiyac var. Mövcud ikipilləli sistem — fəlsəfə doktoru və elmlər doktoru — sovet dövründən qalma bir mirasdır və bu gün əksər inkişaf etmiş ölkələrdə bu sistem birpilləli olaraq tətbiq olunur. Eyni zamanda, Boloniya prosesinə qoşulan dövlətlərdə belə vahid fəlsəfə doktoru sistemi tətbiq olunur. Azərbaycan Boloniya prosesinə 2005-ci ildə qoşulub. Bu prosesin əsas tələblərindən biri ali təhsilin vahid strukturuna keçidin təmin olunması və elmi dərəcələrin beynəlxalq səviyyədə tanınmasını təşviq edir. Doktoranturanın vahid pilləli olmasını nəzərdə tutan digər beynəlxalq sənədlər də mövcuddur, hansı ki, Azərbaycan bu sənədlərə çoxdan qoşulub".

Müsahibimiz fikirlərini nümunələrlə əsaslandırdı: 

"Lissabon Tanınma Konvensiyasını Azərbaycan 1998-ci ildə ratifikasiya edib və konvensiya Avropa məkanında ixtisasların tanınmasını tənzimləyir. Konvensiya çərçivəsində hazırlanan tövsiyələr elmi dərəcələrin şəffaflığını və vahid modelə yaxınlaşmasını tələb edir. Daha bir sənəd Avropa Ali Təhsil Məkanı standartlarıdır. Burada da tədqiqatçının müstəqil elmi fəaliyyəti üçün fəlsəfə doktoru dərəcəsi alması kifayət sayılır. Avropa Universitetlər Assosiasiyasının hazırladığı prinsiplər var. Azərbaycan bu prinsiplərə də tərəfdaş çıxıb və Azərbaycanın bir çox aparıcı universitetləri Avropa Universitetlər Assosiasiyasının üzvüdür. Bu prinsiplərə hesab edirəm ki, doktoranturanın vahid tədqiqat mərhələsi olaraq qəbul olunması artıq zamanın tələbidir.

Doktoranturanı birpilləli edək, ikipilləli edək — bunu demək asandır. Amma elm adamları bunun faydalarını çox gözəl bilirlər. Birincisi, vaxt itkisinin qarşısının alınmasıdır. Elmlər doktoru pilləsi çox halda alimlərin ən məhsuldar yaş dövrünü — təxminən həqiqi alim bir dəfə müdafiə edir fəlsəfə doktoru elmi dərəcəsini alır. Məhsuldar dövrü yalnız hədəfləyir ki, mən gedim təzədən müdafiə edim, elmlər doktoru diplomu alım, bir kağız parçası alım. Ona görə də vahid model hesab edirəm ki, vaxt itkisinin qarşısını alacaq və məhsuldarlığı daha çox elmi tədqiqata və faydalı əməyə sərf edəcək. Mütləq şəkildə biz bu modelə keçməliyik".

Alimin sözlərinə görə, keçid olarsa, Azərbaycan elmində yalançı akademik yükü azaltmış olacağıq:

"Həm də gənclərin motivasiyasını artırmış olacağıq. Bu mənada mən hesab edirəm ki, bu, xaricdə müdafiə etmiş alimlərin diplomunun vahidlik, ekvivalentlik probleminin həllinə gətirib çıxaracaq, akademik mobilliyə səbəb olacaq. Azərbaycan alimlərinin beynəlxalq qrant layihələrində iştirakı üçün bəzən onların fəlsəfə doktoru statusu bürokratik maneələr yaradır. Azərbaycan beynəlxalq konvensiyalara sənədlərə tərəfdaş çıxıb, amma ölkədə hələ də ikili, elmi fəlsəfə və elmlər doktoru dərəcəsi müdafiə eləmək tələbi var. Bu eyni zamanda gəncləri də elmdən uzaqlaşdıran səbəblərdən biridir. Artıq bir vahid sistemə keçid gənc yaşlarından alimə imkan verəcək ki, o tam müstəqil bir tədqiqatçı olsun, enerjisini ikinci dissertasiyaya yox, real işlərə sərf eləsin. Hesab edirəm ki, mütləq "Təhsil haqqında" Qanunda dəyişiklik edilməlidir. Azərbaycanın Boloniya prosesinə qoşulmasından keçən 21 ildən sonra nəhayət ki, bu keçid tamamlanması elmimizin sovet modelindən tam qopub qlobal elm ailəsinə inteqrasiyası üçün nə gətirib çıxara biləcək".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Yanvar 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri