Icma.az
close
up
RU
Xalqın hesabına xaricdə diplom alıb gələnlər aqressiv olmamalıdır İlqar Orucovdan ETN ə ETİRAZ

Xalqın hesabına xaricdə diplom alıb gələnlər aqressiv olmamalıdır İlqar Orucovdan ETN ə ETİRAZ

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Elm və təhsil naziri Emin Əmrullayev dünən keçirdiyi brifinqdə deyib ki, onlara görə təhsil eksperti yoxdur.

Bu yanaşma ilə bağlı fikirlərini Redaktor.az-a bildirən Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, o, hər zaman elm və təhsil naziri Emin Əmrullayevi cəmiyyətə açıq, problemlərin müzakirəsinə və alternativ fikrə önəm verən bir məmur kimi xarakterizə edir:

"Həmçinin fərqli fikirləri də müşahidə etmişəm. Təhsil ekspertləri ilə bağlı Emin müəllimin bəzi ironik ifadələrini də başa düşürəm. Əslində, jurnalistlərə xitabən dedi ki, bu adı siz vermisiniz. Amma mən hesab edirəm ki, burada qane etməyən məqamlar var. Ekspert kimdir? Müəyyən sahənin təcrübəli, ixtisaslı mütəxəssisi ekspertdir. “Ekspert” sözü latınca “ekspertus”dan götürülüb, mənası da təcrübəlidir. Onda belə çıxır ki, bizim ölkəmizdə təhsil sahəsində təcrübəli insanlar yoxdur. “Ekspert yoxdur” demək, əslində budur. Dünyada bütün sahələr üzrə müzakirələrə ekspertlər cəlb olunur. Necə ola bilər ki, dünyada ekspert sözünə önəm verilsin, amma bizdə qəbul edilməsin? Bu absurddur. Cənab nazir deyir ki, onlar ekspert deyil, təhsil mütəxəssisidir. Amma “təhsil mütəxəssisi” də əslində “ekspert” deməkdir. Bu, beynəlxalq termindir və bütün dünyada qəbul olunur. Nazir hansı məqamı vurğuladı? Özünü ekspert adlandıran şəxsin hansısa xahişin müqabilində fikir söyləməsi yolverilməzdir. Bu, birmənalı şəkildə qəbul olunmaz. Biz təhsillə bağlı həm xoş sözlər deyirik, həm də ola bilər ki, nazirliyi və ya cənab naziri qane etməyən fikirlər səsləndiririk. Bu isə ümumi narazılıq demək deyil.

Mən dəfələrlə nazirin fəaliyyətini müdafiə etmişəm, hədəfə gəlməsi ilə bağlı mövqeyimi açıqlamışam. Çünki o, təhsildəki problemlərlə mübarizə aparır, açıq danışır. Ola bilər, ifadə tərzi hər zaman uyğun olmur, amma kifayət qədər açıq fikirləri ilə tanınır. Mən sertifikasiya prosesində, direktor təyinatlarında da nazirliyi müdafiə etmişəm. Hətta prosesdə şəffaflığı gördüyümü qeyd etmişəm. Amma eyni zamanda bildirmişəm ki, direktorların təyinatına mövcud yanaşma qüsurludur. Alternativ fikir bildirəndə münasibət adekvat olmalıdır".

Müsahibimiz vurğuladı ki, təhsil eksperti dedikdə, sahədə təcrübəsi, biliyi, savadı olan insanlar nəzərdə tutulur:

"Bunun üçün ayrıca diplom tələb olunmur. “Təhsil eksperti” diplomu yoxdur. Sadəcə bu sahədə çalışan, tədqiqat aparan, dünyadakı prosesləri izləyən, məsləhət verən şəxslər ekspert sayılır. Mən özüm xarici təhsil proqramları ilə bağlı işçi qrupun üzvü olmuşam, rəylərimi və təkliflərimi təqdim etmişəm, təhsillə bağlı analizlər aparmışam. Bu sahədə ekspertlərin varlığı inkar edilə bilməz. Əgər kənd təsərrüfatı, hərbi, hüquq və digər sahələrdə ekspertlər varsa, necə ola bilər ki, təhsildə ekspert olmasın? Əgər yoxdur deyirlərsə, bu, Elm və Təhsil Nazirliyinin məsuliyyətidir. Çünki alternativ mütəxəssislər hazırlanmayıb. Halbuki bu gün təhsillə bağlı sağlam ekspertlər mövcuddur. Mən hər zaman sağlam tənqidin və sağlam təqdirin tərəfindəyəm. Amma nazirin dediyi kimi, kiminsə xahişi ilə tərif və ya tənqid söyləmək yolverilməzdir. Bu, əxlaq məsələsidir. Qarşı tərəf də alternativ fikir bildirəndə sağlam mövqe sərgiləməlidir. Mən düşünürəm ki, cənab nazir də bunu demək istəyib. Təhsil eksperti hər zaman olub, indi də var, gələcəkdə də olacaq. “Ekspert yoxdur” yanaşması doğru deyil. Əksinə, konseptual fikir və alternativ baxışlar varsa, buna aqressiya ilə yox, dialoqla yanaşmaq lazımdır".

Ekspert əlavə etdi ki, Elm və Təhsil Nazirliyində bəzi gənc məmurların aqressiv davranışlarını görür.

"Xaricdə diplom alıb gələnlər bəzən heç kimin fikrinə əhəmiyyət vermirlər. Halbuki onlar xalqın vəsaiti hesabına oxuyublar. Ona görə də başqalarına yuxarıdan aşağı baxmaq doğru deyil. Bu xalqın qarşısında borcları var. Oxuduqları üçün aqressiv olmamalı, yalnız özlərini savadlı hesab etməməlidirlər. Bu ölkədə başqa savadlı insanlar da var. Ona görə də ifadələrdə diqqətli olmaq lazımdır. “Təhsil eksperti yoxdur” kimi kəskin ifadə düzgün deyil. Əgər nazir bu şəxslərə “təhsil mütəxəssisi” deyirsə, buyursun, amma “yoxdur” demək absurddur. Çünki bu, beynəlxalq termindir və jurnalistlər tərəfindən uydurulmayıb. İnsanların fəaliyyəti əsasında formalaşmış anlayışdır. Əsas odur ki, təhsil ekspertləri mövqelərini düzgün əsaslandırsınlar, fantaziyalar üzərində qurmasınlar. Əgər əsassız yanaşmalar ortaya qoyurlarsa, bu, həm nazirin, həm də cəmiyyətin işinə ziyan vurur. Belə hallarda o şəxsləri nə ekspert, nə də təhsil mütəxəssisi saymaq olar. Amma ümumilikdə “təhsil eksperti yoxdur” ifadəsi yanlışdır", - deyə İlqar Orucov fikirlərini yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Sentyabr 2025 22:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri