Icma.az
close
up
RU
Ölkədə keyfiyyətli təhsil yoxdursa, nazirə niyə maaş verməliyik? İlqar Orucovdan AÇIQLAMA

Ölkədə keyfiyyətli təhsil yoxdursa, nazirə niyə maaş verməliyik? İlqar Orucovdan AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

“Əgər şagird yaxşı öyrənmirsə, onda müəllimə niyə maaş verməliyik?” Elm və təhsil naziri Emin Əmrullayevin Real TV-yə müsahibəsində səsləndirdiyi bu fikir bir neçə gündür geniş müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdə və mətbuatda nazirin bu fikirlərini bəyənib dəstəkləyənlər də var, buna qarşı çıxanlar da. 

Hətta "Ölkədə keyfiyyətli təhsil yoxdursa, nazirə niyə maaş verməliyik?" deyənlər də var. 

Bu fikrlər haqda Redaktor.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirdi ki, məsələnin mahiyyətində ittihamlar yox, məsuliyyətin kimlər arasında necə bölüşdürülməsi fikri dayanmalıdır:

"Nazir qeyd edir ki, əgər şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verməliyik? Hesab edirəm ki, nazirin fikri təhsil prosesində müəllimin rolunu vurğulamaq niyyəti daşıyır. Amma müəllim şagirdin bilik qazanmasında əsas fiqurlardan biri olsa da və eyni zamanda müəllim peşəkarlığı, müəllimin özünün şəxsi kompetensiyaları təbii ki, burada şagird uğuruna ciddi töhfə verə bilər. Amma təkcə müəllimi hədəf götürüb, bütün məktəbdəki uğursuzluqları da müəllimin ayağına yazmaq olmaz. Əslində nazirin fikri çox şagirdin öyrənməsinin yalnız müəllimdən asılı olması anlamına gəlir. Mən düşünürəm ki, bu yanlışdır və bəlkə də nazir fikrini ifadə edə bilməyib, mən onu da bilmirəm. Amma bütün hallarda şagirdin öyrənməsi üçün təkcə müəllim faktoru deyil, burada şagirdin motivasiyası, ailə mühiti, məktəbin maddi-texniki bazası önəmlidir".

Müsahibimiz qeyd etdi ki, sadaladığı faktorların heç biri müəllimdən asılı deyil:

"Yəni zəif nəticəyə görə bütün məsuliyyəti yalnız müəllimin üzərinə qoymaq hesab edirəm ki, bu nə hansısa elmi yanaşma məhsulu deyil, eyni zamanda ədalətli deyil. Mən hər zaman müəllimlərin məsuliyyət məsələsini gündəmə gətirirəm, amma bütün yükü, günahı müəllimin boynuna qoymaq düzgün deyil. Nazirə çox maraqlı cavablar verirlər ki, bəs onda niyə nazirə maaş veririk, əgər keyfiyyətli təhsil yoxdursa?

Bu arqument emosionaldır; əslində, həmin fikrə belə bir cavab da gözlənilən idi. Cəmiyyət haqlı olaraq soruşur: əgər sistem işləmirsə, bunun məsuliyyəti kimdədir? Yəni bu cəmiyyətin verdiyi o aqressiv və emosional sualın arxasında bu durur.

Təhsilin vəziyyəti yalnız bir nəfərdən, yəni nazirin fəaliyyətindənmi asılıdır? Təbii ki, təhsilin vəziyyəti bir nəfərin fəaliyyəti ilə ölçülə bilməz. Yəni təhsilin vəziyyətinə nazir cavabdehdir, amma tək nazirdən asılı deyil. Təhsil uzunmüddətli, kompleks bir sahədir və bu gün bizim gördüyümüz problemlərin bir qismi onilliklər əvvəl qoyulmuş yanlış işlərin, yanlış təməlin məhsuludur".

Alimin sözlərinə görə, nazirin funksionallığı var.

"Düzgün strategiya qurmalıdır, düzgün qərarlar verməli, eyni zamanda düzgün sistem qurmalıdır. O sistemdə müəllim, məktəb və şagirdi dəstəkləyən bir sistem olmalıdır, yoxsa, təhsilə aidiyyəti olmayan nazirlik məmurlarının müəllimi aşağılaması kimi yox. Biz bunu son illərdə görürük. Yəni müəllimlərə qarşı bir aqressiya var, bir hücum var. Təbii ki, cəmiyyət də adekvat cavab verir və bəzən bu cavablar qarşılıqlı ittihamlar səviyyəsinə gəlib çıxır.

Mən hesab edirəm ki, belə olmamalıdır. Mənim şəxsi mövqeyim ondan ibarətdir ki, nə müəllimi prosesdə tamamilə günahkar hesab eləmək olar, nə də bütün problemi bir nəfərin, yəni nazirin üzərinə qoymaq olar. Hərənin öz vəzifə bölgüsü var, öz vəzifələrindən irəli gələn funksionallığı var. Yaxşı olar ki, bir-birini ittiham etmək əvəzinə, hər kəs öz üzərinə düşən məsuliyyəti dərk edib, o işin, o vəzifənin öhdəsindən gəlmək üçün çalışsın. Nazir sistemi qursun, nazir bütövlükdə düzgün qərar versin, strategiyanı düzgün qursun, müəllim də təbii ki, doğru-düzgün tədris həyata keçirsin. Eyni zamanda, cəmiyyət də öz məsuliyyətini başa düşsün, ailə də təhsil naminə öz vəzifəsini başa düşsün. Məncə, belə yanaşma olarsa, o daha ədalətli və daha doğru olar. Yoxsa, heç bir arqumentə əsaslanmayan ittihamlar təbii ki, yaraşmaz", - deyə İlqar Orucov yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Dekabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see279

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see244

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see231

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see193

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see189

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see174

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see171

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see169

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see161

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see158

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see157

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see157

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see156

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see153

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see138

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see137

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri