Icma.az
close
up
RU
Sovetski də üçüncü mərhələyə start verilib MÜNASİBƏT BİLDİRİLDİ

Sovetski də üçüncü mərhələyə start verilib MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi qərarlar və verdiyi tapşırıqlar əsasında Bakı şəhərində olduqca geniş yenidənqurma və abadlıq işləri aparılır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, son 20 ildə bu işlərin nəticəsində Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Bakıda aparılan yenidənqurma və abadlıq işlərinin böyük bir hissəsi Yasamal rayonunda yerləşən, əvvəllər "Sovetski" adlanan qəsəbənin payına düşür: "Vaxtilə həmin qəsəbədə yaşamışam və oradakı bina və evlərin çoxu, bəlkə də 100 ildən çox yaşı olan, indiki müasir sanitar-gigiyenik normalara uyğun gəlməyən, necə gəldi tikilən və kommunal şəraiti olduqca pis vəziyyətdə olan mənzillər idi. Artıq bir neçə ildir ki, orada aparılan abadlıq və yenidənqurma işləri nəticəsində bu evlərin çoxu sökülüb, onların yerində gözəl parklar, yaşıllıq zonaları yaradılıb və həmin ərazidə yaşayan insanlar daha yaraşıqlı və yaşamaq üçün sosial şəraiti olan evlərə köçürülüblər.

Eyni zamanda, onlara verilən kompensasiyalar da kifayət qədər real bazar qiymətlərinə uyğundur və bu işlər vətəndaşlarımızın tam məmnuniyyəti nəzərə alınmaqla həyata keçirilir. Artıq "Sovetski"də üçüncü mərhələ üzrə yenidənqurma işləri aparılır və bu proses layihə əsasında icra olunur. Tarixi binaların qorunub saxlanılması və bərpa edilməsi şərti ilə digər yaşayışa uyğun gəlməyən mənzillər və evlər sökülür, onların yerində yeni layihələrə uyğun olaraq binalar tikilməyə başlanılıb. Bu həm ərazinin yaşıllaşmasına, ekologiyasına müsbət təsir göstərir, həm də insanlarımızın sosial həyat şəraitinin yaxşılaşdırılmasına, eyni zamanda şəhərimizin gözəlləşməsinə xidmət edir.

Azərbaycanda COP29 ötən ilin payızında keçirildi və COP29-un qəbul etdiyi qərarlardan biri də böyük şəhərlərdə yaşıllıq zonalarının artırılması və ekoloji təmiz şəhər və kəndlərin yaradılması layihələri idi ki, bu da Bakı şəhərində geniş şəkildə həyata keçirilir. Pilot layihələr uğurla icra olunub və onlardan biri də məhz yeni "Sovetski"dən başlayan layihələrdir. Bu həm insanlarımızın məmnunluğunu təmin edir, həm də Bakı şəhərinin gözəlliyinə və sosial abadlığına xidmət edir. Eyni zamanda gələcək nəsil üçün daha sağlam ekoloji-iqlim şəraitində yaşamaq üçün zəmin yaradır.

Bütövlükdə aparılan işlər dövlətin nəzarəti altındadır. Burada özəl şirkətlər də fəaliyyət göstərir və bütün proseslər dövlət tərəfindən nəzarətdə saxlanılır. Vətəndaşlarımızla müqavilə və razılıq əsasında köçürülmə təmin edilir. Ümumilikdə götürüldükdə bu, çox uğurlu bir layihədir və bu layihələr gələcəkdə yalnız Sovetskidə deyil, Bakının digər ərazilərində də davam etdiriləcəkdir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Avqust 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see222

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see219

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see218

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see216

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see215

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see211

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see210

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see208

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see207

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see207

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see204

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see203

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see200

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see199

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see194

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see183

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see180

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see173

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see170

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri