Icma.az
close
up
RU
Söy, əmilər baxsınlar!

Söy, əmilər baxsınlar!

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kubra Məhərrəmova yazır...

Unikal cəmiyyətdə yaşayırıq. O qədər unikalıq ki, bir az da belə davam eləsək, təbiətin təməl qanunlarını da aşacağıq. Məsələn yerin cazibə qanunu bir azdan bizə təsir etməyəcək...

Yadınıza gəlirsə, Heydər Əliyev Mərkəzinin önündə italiyalı monumental heykəltaraş Lorenso Kuinnin sərgisi keçirilmişdi. "Təbiətin gücü" (Force of Nature) adlı heykəli hamı söydü. Səbəb isə o idi ki, heykəl çılpaq idi. A kişi, heykəl! XXI əsr, Bakı şəhəri, sərgi və söyüş...

Görəsən, Mikelancelo Azərbaycanda doğulsaydı, Davidi - ağ mərmərdən, 5.17 metr hündürlükdə, intibah dövrünün şah əsəri olan çılpaq heykəli yarada bilərdimi? Yəqin ki, Mikelancelonu da, Davidi də söyərdik. Ona görə də Mikelancelo Bakıda doğulmayıb, Davidi də Florensiyada yaradıb.

Özü də çılpaq "David" uzun müddət Florensiyanın mərkəzində, meydanda quraşdırılıb. Biz isə XIX əsrdə üçgünlük Bakıya sərgiyə gətirilmiş çılpaq qadın heykəlini söydük. Belə çıxır ki, təfəkkür baxımından hələ çox uzaqdayıq. İndi bu paralelliyi niyə düşündüm? Süni intellektin son dövrlər insanlığa, bəşəriyyətə bağışladığı xeyli faydalı alətlər var. Elmin, texniki tərəqqinin, insan beyninin məhsulu olan süni intellekt dünyanın müxtəlif yerlərində uğurla istifadə olunur, təhsil və incəsənətdə yeni imkanlar yaradır. Sanki dünya texnoloji inqilab yaşayır. Necə deyərlər, gələcək artıq gəlib. Gələcəklə birlikdə problemlər də gəlib.

Son bir həftə, on gün olar ki, bu alətlər bizimkilərin də əlinə keçib. Bizimkilər də bütün yaradıcı potensialını, daxili gücünü, dünyagörüşünü, estetikanı, fəlsəfəni, işıq-kölgə üslubunu yox ediblər. Dibindən yox ediblər və özlərinə məxsus, əlahiddə bacarıqlarını təqdim edərək sosial şəbəkələrin Azərbaycan seqmentinə hakim kəsiliblər. Özü də söyüşlə! Bütün videolarda söyüş var. Qoca arvad danışır-söyür, qoca kişi danışır-söyür. Daha doğrusu süni intellektə tapşırıq verən, kadr arxasında qalan azərbaycanlı nənənin, babanın dilindən söyür.

Bir video, iki video, üç video, görürsən ki, hamısı bu gündədir. Soruşanda da deyir ki, "əşi, zarafat edirik də". Azərbaycanda çox böyük kütlə var ki, onların dünyası söyüşdən ibarətdir. Hətta balaca uşağa belə söyüş öyrədirlər: "söy, əmilər baxsınlar!" Və bu an qürur, rəşadət, fəxr anı yaşayırlar. Uşaq əmini söyür, bu an sanki qalaktikada yeni ulduz doğulur. Ya da yeni planet kəşf olunur. Dünya tərsinə dönməyə başlayır. Xərçəng əleyhinə dərman tapılır. Dünyada aclıq və səfalətə son qoyulur. Nəsə buna yaxın hisslər yaşayır bizimkilər, ortada söyüş olanda.

Yəni həqiqətənmi, bizim millətin, bizim folklorun, bizim düşüncənin əsasını söyüş müəyyən edir? Biz özümüzü, sevincimizi, sevgimizi, kədərimizi söyüşləmi ifadə etməyi bacarırıq? Yoxsa bu bizim cəmiyyətin mənəvi ehtiyacıdır? Hansısa gizli qalan məqamdır ki, hələ də onu müəyyən edə bilmirik? Mən hələ hər gün söyüş üstündə baş verən ağır cinayətləri demirəm. Bıçaqlanma, ölüm hadisələrindən danışmıram. Yolda-tıxacda tez-tez səslənən çoxmərtəbəli söyüşləri yada salmıram. Hələ folklorun əsas qolu olan meyxananı demirəm.

Niyə bizdə belə sosial-mədəni stereotiplər yaranıb? Bunun tarixi, sosial və psixoloji səbəbləri varmı? Yoxsa xəstəlikdir? Mirasımız niyə söyüş olsun ki? Ən dəhşətlisi odur ki, bu qəbildən olan kontentlərə, videolara cəmiyyətin əksər hissəsi baxır, gülür, əylənir, həzz alır, paylaşır, daha da viral edir. Baxırsan ki, yüzminlərlə baxışı var. XV əsrdə dünya mədəni, elmi, fəlsəfi intibahını yaşayarkən, biz də XIX əsrdə mədəni-estetik, zehni intihar yaşayırıq. Heç kim də sosial şəbəkələri günahkar göstərməsin. Onlar bizim əsl üzümüzü bizə və hər kəsə göstərdi, güzgü kimi. Lətifəsi sizdən uzaq, "meymun əlində qumbara" kimi...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 İyun 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri