Icma.az
close
up
RU
Soydaşımızın Tbilisidə kitab albomu nəşr olunub

Soydaşımızın Tbilisidə kitab albomu nəşr olunub

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şahvələd Ayvazov Gürcüstanda fəaliyyət göstərən fotojurnalistdir və onun peşəkar fəaliyyəti bir neçə onilliyi əhatə edir. O, müxtəlif dövrlərdə həm Gürcüstanda, həm də ölkə hüdudlarından kənarda baş verən hadisələri işıqlandırıb. Bunlar arasında 9 Aprel etirazları, Çeçenistan müharibəsi və Gürcüstanın müxtəlif bölgələrində baş vermiş münaqişələr də var.

Onun fotoarxivinin bir hissəsini bir nəşrdə toplamaq məqsədilə Gürcüstan Mədəniyyət Nazirliyi və 
Gürcüstan Jurnalistlər Federasiyasının birgə layihəsi çərçivəsində kitab-albom nəşr olunub. Gürcü və ingilis dillərində hazırlanan nəşr “CEZANNE” mətbəəsində “Creative Georgia”nın dəstəyi ilə çap edilib. Layihənin müəllifi və rəhbəri Qiorqi Mamatsaşvilidir. 
Şahvələd Ayvazov 1956-cı il iyunun 26-da Tbilisidə anadan olub. O, fotoqrafiyaya məktəb illərində, yeddinci sinifdə oxuyarkən, ilk kadrlarını “Smena” markalı fotoaparatla çəkdikdən sonra maraq göstərməyə başlayıb.

O, Tbilisi Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Peşəkar fəaliyyətinə “Sakinform” informasiya agentliyində fotomüxbir kimi başlayıb. 1992-ci ildən bu günədək beynəlxalq Associated Press (AP) informasiya agentliyi ilə əməkdaşlıq edir.

Şahvələd Ayvazov müharibə və silahlı qüvvələr veteranı, həmçinin Gürcüstan Jurnalistlər Federasiyasının İdarə Heyətinin üzvüdür. O, “Şərəf” ordeni, Aleksandr Roinaşvili adına diplom və Gürcüstan Müdafiə Nazirliyinin Qran-prisi ilə təltif olunub. Eyni zamanda beynəlxalq fotomüsabiqələrin iştirakçısı və laureatıdır.

Hazırda o, Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli “Gürcüstan” qəzetində çalışır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Avqust 2026 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri