Qaraçöplü soydaşımızın uğuru
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tbilisi, 3 oktyabr, AZƏRTAC
Gürcüstanın Qaraçöp mahalında dünyaya göz açan soydaşımız Sənan Şeyriyev qazandığı uğuru ilə hər bir kəsi qürurlandırıb.
AZƏRTAC xəbər verir ki, orta təhsilini Saqareco bələdiyyəsinin Düzəyrəm kənd məktəbində başa vuran Sənan, müəllimi Taleh Paşayevin rəhbərliyi ilə keçdiyi 2 illik sıx və planlı hazırlıq mərhələsinin bəhrəsini gördü.
Sistemli zəhmət sayəsində o, "Duolingo English Test" imtahanını müvəffəqiyyətlə verib. İngilis və gürcü dillərini mükəmməl mənimsəyən Sənan müxtəlif elmi layihələrdə və olimpiadalarda da fəal iştirakı ilə seçilib.
Bu il Baltik ölkələri regionun nüfuzlu təhsil ocaqlarından biri olan — Latviyanın süni intellekt, texnologiya və iqtisadiyyat sahəsində məşhur olan EKA Universitetinə (Ekonomikas un kultūras augstskola) qəbul olub. Hazırda təhsilənə Rigada Eka universitetində davam edir.
Sənanın bu il qazandığı böyük nailiyyət, böyük xəyallarla yaşayan bütün Qaraçöp gəncliyi üçün parlaq bir ilham mənbəyidir.
Zəhməti və iradəsi ilə istənilən zirvənin fəth oluna biləcəyini sübut edən gəncimizə təhsilində və gələcək karyerasında bol uğurlar arzulayırıq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 03 Oktyabr 2026 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















