Icma.az
close
up
RU
“Soyqırımı” kartı gündəmdə: Ermənistanın xilas yolu reallığı qəbul etməkdən keçir

“Soyqırımı” kartı gündəmdə: Ermənistanın xilas yolu reallığı qəbul etməkdən keçir

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Azərbaycanın əldə etdiyi qələbənin yaratdığı reallıq Ermənistanı mövcud regional vəziyyətə uyğunlaşmağa məcbur edir. Lakin ölkə daxilində bu prosesə qarşı ciddi müqavimət var. Son olaraq Ermənistan parlamentindəki “Ermənistan” fraksiyası qondarma “erməni soyqırımı”nın inkarına görə cəzanın sərtləşdirilməsini təklif edib. Fraksiyanın katibi Artsvik Minasyanın təqdim etdiyi layihəyə hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından Tsovinar Vardanyan etiraz edərək bildirib ki, müxalifət üçün əsas təhlükə dövlətçilik və Ermənistanın mövcudluğudur. Bu gərginlik Ermənistanın daxili siyasi parçalanmasını və regionda yeni yaranmış reallıqlara münasibətdə ziddiyyətli mövqeyini ortaya qoyur.


Politoloq Azad Məsiyev Sherg.az-a Azərbaycanın əldə etdiyi qələbədən sonra həm Ermənistanda, həm də ümumilikdə Cənubi Qafqaz regionunda yeni siyasi reallıq formalaşdığını bildirib: 


"İşğal dövründə Ermənistanda fərqli bir siyasi və ideoloji mühit hökm sürürdü. Dənizdən-dənizə “Böyük Ermənistan” yaratmaq ideyası, qondarma “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanıdılması və həm Azərbaycana, həm də Türkiyəyə qarşı irəli sürülən ərazi iddiaları bu ideologiyanın əsas dayaqlarını təşkil edirdi. Bu məqsədlərin gerçəkləşdirilməsində isə əsasən erməni kilsəsi mühüm rol oynayıb. Tarixən Ermənistan dövləti mövcud olmadığı dövrlərdə erməni millətinin ideoloji birliyi və siyasi yönləndirilməsi kilsənin ətrafında formalaşıb və bu gün də həmin rol, müxtəlif formalarda olsa da, davam etməkdədir. Lakin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə Ermənistanda yeni bir siyasi durum yaranıb. İndiki şəraitdə Ermənistan hakimiyyəti Azərbaycanın yaratdığı reallığı qəbul etməyə məcburdur. Əks təqdirdə ölkə daha dərin sosial, siyasi və iqtisadi böhranlarla üzləşə bilər. Bu kontekstdə Ermənistanın baş naziri Nikol Paşinyanı hakimiyyətə gətirən qüvvələr qarşısına vəzifə qoyub: Ermənistanın Rusiya ilə olan siyasi, iqtisadi və hərbi asılılığını azaltmaq və regionda Qərbyönlü siyasət yürütmək. Bu istiqamətdə müəyyən addımlar artıq atılıb və Paşinyan hökuməti həmin siyasəti həyata keçirməyə çalışır. Ermənistan əgər Rusiya ilə münasibətlərini minimuma endirmək istəyirsə, regional təcriddən çıxmaq üçün mütləq şəkildə qonşuları-Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmalı, həm ərazi iddialarından, həm də “erməni soyqırımı” məsələsini siyasi alət kimi istifadə etməkdən imtina etməlidir. Paşinyan bu reallığı anlayır və Ermənistanın xarici siyasətini bu istiqamətdə uyğunlaşdırmağa çalışır. Buna baxmayaraq, Ermənistan daxilində bu yanaşmaya qarşı ciddi müqavimət mövcuddur". 


Politoloq “Böyük Ermənistan” ideyasını hələ də müəyyən siyasi qüvvələrin və ictimai təbəqələrin dəstəklədiyini söyləyib:

"Ermənistan parlamentindəki bəzi fraksiyalar və müxalifət liderləri hələ də radikal ritorikadan istifadə edir, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını davam etdirirlər. Bundan əlavə, İrəvanda qondarma rejimlərin nümayəndələrinə ofis ayrılması və “soyqırımı” ilə bağlı abidələrin mövcudluğu Ermənistanın hələ də tam şəkildə dinc, konstruktiv siyasətə keçid etmədiyini göstərir. Erməni cəmiyyətində dərin qütbləşmə müşahidə olunur. Bu da əsasən iki güc mərkəzi -Rusiyapərəst erməni lobbisi və Qərbyönlü, xüsusilə Soros təsiri altında olan dairələr arasında gedən mübarizə ilə izah olunur. Paşinyanın arxasında duran Qərb yönümlü dairələr Ermənistanın ABŞ və Avropa ilə inteqrasiyasını dəstəkləyir, hökumətin əsas strukturlarında onların təsiri hiss olunur. Digər tərəfdən, Rusiya meylli müxalifət bu siyasəti qəbul etmir və Paşinyanı devirmək üçün müxtəlif vasitələrə əl atır. 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsi Ermənistanda müxalifətin daha radikal addımlara əl atacağı ehtimal olunur. Mitinqlər, ictimai təzyiqlər və “erməni soyqırımı” məsələsinin gündəmə gətirilməsi ilə cəmiyyətdə siyasi fəallığın artırılması nəzərdə tutulur. Lakin bu cür yanaşma Ermənistanı daha da təcridə aparır və ölkənin regional inteqrasiyasına əngəl yaradır".


Müsahibimiz qeyd edib ki, əgər erməni xalqı regionda davamlı sülh və əməkdaşlıq şəraitində yaşamaq istəyirsə, tarixi qərəzlərə əsaslanan iddialardan və destruktiv siyasətdən imtina etməlidir:

"Azərbaycan Prezidentinin apardığı məqsədyönlü və prinsipial siyasət nəticəsində Ermənistan reallığı qəbul etməyə məcbur oldu. Prezident İlham Əliyevin həm regional, həm də qlobal miqyasda uğurla həyata keçirdiyi siyasət Ermənistan üçün çıxış yolunu reallıqları qəbul etməkdə və qonşularla normal münasibətlər qurmaqda görür. Əks təqdirdə Ermənistan bir daha təcrid vəziyyətinə düşəcək. Bu isə nə ölkəyə, nə də erməni xalqına fayda gətirəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Sentyabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see166

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see147

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see144

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see137

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see137

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri