Soyunaraq aksiya keçirən tələbə qız gündəm oldu FOTO VİDEO
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
İranın paytaxtı Tehranda gənc tələbə qız ölkədə qadınların geyimlərinə qoyulan tələblərə qarşı aksiya keçirib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azad İslam Universitetinin tələbəsi olan həmin qız aksiya çərçivəsində üst geyimlərini çıxararaq sözügedən təhsil müəssisəsinin həyətində gəzib.
Aksiyanın görüntüləri digər tələbələr tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.
“Amir Kabir Newsletter” tələbə portalının məlumatına görə, bir müddət əvvəl “Bəsic” qruplaşmasının üzvləri hicabı düzgün taxmadığını iddia edərək həmin tələbəyə etiraz ediblər, onun paltarını cırıblar. O isə buna cavab olaraq aksiyanı keçirib.
Qeyd olunub ki, adının Ahu Dəryayi olduğu bildirilən tələbə aksiyadan sonra saxlanılıb. Bu zaman ona qarşı şiddət göstərildiyi qeyd olunub. Universitet nümayəndəsi isə öz növbəsində saxlanılan tələbənin psixi xəstə olduğunu və onun klinikaya göndərildiyini iddia edib.
Gənc qızın bu aksiyası dünya mediasında və sosial şəbəkələrdə böyük maraqla qarşılanıb, hətta onun bu addımı ilə bağlı karikaturalar hazırlanıb.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 04 Noyabr 2024 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















