Icma.az
close
up
RU
Soyuq duş qəbul edən insanlara ŞOK XƏBƏRDARLIQ

Soyuq duş qəbul edən insanlara ŞOK XƏBƏRDARLIQ

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Havanın həddindən artıq isti olduğu günlərdə bir çox insan dərhal özünü soyuq suyun altına ataraq sərinləməyə çalışır.

Musavat.com xəbər verir ki, Lancaster Universitetinin professoru Adam Teylor bu vərdişin gözlənilməz sağlamlıq təsirləri yarada biləcəyini bildirib.

Onun sözlərinə görə, cəmiyyətdə geniş yayılmış “soyuq su sərinlədir” fikrinin elmi əsası yoxdur.

Bədənimiz təxminən 37 dərəcə daxili temperaturu qorumağa proqramlaşdırılıb. Bu tarazlıq pozulduqda damarlar genişlənərək istiliyi bədəndən kənarlaşdırmağa çalışır. Soyuq suyun yaratdığı “şok effekti” isə bu təbii mexanizmin düzgün işləməsinin qarşısını alır.

Professorun sözlərinə əsasən, bədən qəfil şəkildə soyuq suya məruz qaldıqda dərinin altındakı qan damarları daralır və bu, istiliyin bədəndən çıxmasına mane olur. Nəticədə soyuq duş bədəni həqiqətən sərinlətmir, əksinə, istiliyi daxili orqanların ətrafında saxlayır.

Teylorun fikrincə, bu zaman bədənə yalnış bir siqnal verilir - sanki artıq istilik yoxdur və orqanizmin onu bədəndən atmasına ehtiyac yoxdur. Bu isə isti havalarda sağlamlıq üçün təhlükəli paradoks yaradır.

Professorun araşdırmalarına əsasən, soyuq duş qəbul etmək xüsusilə bəzi insanlar üçün riskli ola bilər. Suyun temperaturu 15 dərəcənin altına düşdükdə hipotermiyaya bənzər reaksiyalar yarana bilər. Qan təzyiqində qəfil artım isə xüsusilə ürək-damar problemləri olan şəxslər üçün təhlükə yaradır.

Mütəxəssislərə görə, yay günlərində ideal duş temperaturu 25-27 dərəcə arasında olmalıdır. Bu istilik həm bədənin termal balansını qoruyur, həm də sərinləmək üçün yetərlidir.

Soyuq duşun sağlamlıq baxımından digər bir mənfi tərəfi isə kifayət qədər gigiyena təmin etməməsidir. Mütəxəssislərin araşdırmalarına əsasən, soyuq su dəridəki sebumu (yağ təbəqəsini) və bakteriyaları təmizləməkdə yetərli təsir göstərmir. Bu isə bədəndə pis qoxunun qalmasına, məsamələrin tıxanmasına və sızanaq yaranmasına səbəb ola bilər. Dəridəki kiri effektiv şəkildə təmizləmək üçün ən ideal üsul isə ilıq duş almaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 Avqust 2025 22:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri