Icma.az
close
up
RU
Söyüş müxalifətinin “parlamenti” yaranmadan DAĞILDI: “Tural Sadıqlı qatildir” SENSASİON İDDİALAR VİDEO

Söyüş müxalifətinin “parlamenti” yaranmadan DAĞILDI: “Tural Sadıqlı qatildir” SENSASİON İDDİALAR VİDEO

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Azərbaycandan kənardakı “söyüş müxalifəti” növbəti fiaskosunu yaşayıb. Bir neçə ay əvvəl ortaya atdıqları və davamlı şəkildə müzakirə etdikləri “xalq parlamenti” layihəsi özlərinin dediyi kimi “ölü doğulub”. Baxmayaraq ki, bu “parlamentin” formalaşmasına ciddi hazırlıq gedirdi. Xarici emissarlardan maliyyə dəstəyi alan ayrı-ayrı qruplar və şəxslər bir araya gələrək “müxalifət”in siyasi birliyini yaratmaq istəyirdilər. Lakin hər bir qrupun və hər bir şəxsin fərdi ambisiyası və korporativ maraqları planı iflasa uğratdı.
Bu başqa cür ola da bilməzdi...
11 yanvarda onlayn toplantı keçirən, bir-birlərini tərif edən “söyüş müxalifəti” cəmi bir gün sonra bir-birlərini çox sərt şəkildə ittiham etdilər. Hətta bir-birlərini küçə söyüşləri ilə təhqir etməkdən belə çəkinmədilər.
 

MÖVZU İLƏ BAĞLI:
“Söyüş blogeri” İrana casusluq etdiyini etiraf etdi — DETALLAR/VİDEO 


Bu dəstənin önündə Tural Sadıqlı, Qurban Məmmədov, Abid Qafarov və digərləri var idi. Tural Sadıqlının iddiasına görə, “xalq parlamenti” ideyası ona məxsusdur. Bu ideyanı reallaşdırmaq üçün Tural Sadıqlı “söyüş müxalifəti”nin bütün üzvləri ilə fərdi qaydada danışıq aparıb, onların razılığını alıb. Nəhayət, yanvarın 11-də sosial şəbəkə üzərindən bir qrup adamın iştirakı ilə toplantı keçirilib.
Təbii ki, bu platformanı yaratmaqda Tural Sadıqlının hədəfi o olmuşdu ki, öz gücünə güc qatsın və “söyüş müxalifəti”nin vahid lideri olsun.
Amma bu plan beşikdəcə boğuldu
Belə ki, “parlament”ə üzvlər seçərkən nəticələr Tural Sadıqlını razı salmayıb. Buna görə də o, etiraz edərək, “səsvermə”nin saxtalaşdırıldığını iddia edib. Elə bu zaman söz savaşı başlayıb və Qurban Məmmədov Tural Sadıqlının özünü saxtakarlıqda ittiham edib.  
Yəni iclasın əvvəlində bir-birinə hörmətdən dəm vuranlar bir neçə saat sonra əsl silahları olan söyüşləri işə saldılar.
Əsas təhqirlər isə bir gün sonra başladı...
“Seçki”nin ertəsi gün canlı yayım açan Tural Sadıqlı əsəbi şəkildə bəyan etdi ki, bu “parlament” ölü doğulan uşaqdır. Qurban Məmmədovun, Abid Qafarovun və digərlərinin qruplaşmaları hesabına onun “balasını” əlindən alıblar.
Tural Sadıqlı həmin canlı yayımda Abid Qafarovu saxtakarlıqda ittiham edib.
“Abid Qafarov özünün bütün qohum-əqrəbasını və hətta xəstə tanışlarını “parlamentə” üzv edib. Nəticədə də o qalib olub”, deyə Sadıqlı bildirib.
Tural Sadıqlı Qurban Məmmədovu da hədəf alıb. O, Q.Məmmədovun şübhəli keçmişi olduğunu bildirib və təhqiramiz ifadələr səsləndirməkdən çəkinməyib.
İntihar çağırışı
Tural Sadıqlı dəfələrlə Abid Qafarova “seçki”lərlə bağlı xəbərdarlıq etdiyini bildirib:
“Abid Qafarov hər dəfə mənə deyirdi ki, “saxtakarlıq etsəm, boğazıma ip salıb özümü boğaram”.
Amma özünü sədr seçdirən Abid Qafarov sözünü tutmayıb və intihar etməyib. Əksinə, hadisənin ertəsi günü canlı yayımda Tural Sadıqlını qatil adlandırıb, onun Leyla Məmmədova adlı bir qadının ölümünə səbəb olduğunu bildirib.
“Tural Sadıqlı qatildir, o cəzalandırılmalıdır”
Təbii ki, Tural Sadıqlı da boş dayanmayıb. Dünənki həmfikirini, silahdaşını bu gün saxtakarlıqda, qrupbazlıqda və yalançılıqda ittiham edib.
Ən əsası qarşılıqlı ittihamlardan və səsləndirilən bəyanatlardan aydın olub ki, xarici emissarların güclü maliyyə dəstəyi ilə yaradılan “xalq parlamenti” yaranmamış dağılıb. Artıq belə bir platforma yoxdur.
Bütün bunlar onu göstərir ki, özünü “qəhrəman” hesab edən və anti-Azərbaycan qüvvələrinin maliyyə dəstəyi ilə hərəkət “söyüş müxalifəti” ancaq korporativ maraqlar üçün çalışırlar. Onları maraqlandıran ancaq gündəlik qazanclarıdır. Təbii ki, qazanc çoxaldıqca iddialar da böyüyür. Belə olan halda isə, qəniməti bölə bilməyən “dostlar” bugünkü kimi düşmənə çevrilir, bir-birlərinin iç üzlərini açmağa başlayırlar.
Nəticə isə göz qabağındadır:

Bizim.Media-nın analitik qrupu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Yanvar 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri