Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

“Söyüş müxalifəti”nin ürəyində qalan ARZULARI: “Onlar Azərbaycanda olarkən dövləti dəstəkləyirdilər” Yeni Çağ Media

“Söyüş müxalifəti”nin ürəyində qalan ARZULARI: “Onlar Azərbaycanda olarkən dövləti dəstəkləyirdilər” Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumat verir.

“Fərqi yoxdur, söyüş və təhqir hər hansı bir şəxsə, o cümlədən iqtidar nümayəndələrinə, xaricdə fərqli mövqedə olan şəxslərə, hətta müxalifətə qarşı belə bu cür davranışlar qəbuledilməzdir”.

Bu sözləri Yenicag.az-la söhbətində Ağ Partiya başqanı Tural Abbaslı deyib.

Partiya sədri xaricdə yuvalanmış anti-Azərbaycan qüvvələrinin öz aralarında apardığı siyasi çəkişmələrə, habelə “söyüş müxalifəti” kimi tanınmalarına münasibət bildirib:

“Hətta keçmişdə “Lider” televiziyasının efirində bəzi jurnalistlər belə ritorikadan istifadə ediblər. Bu, heç bir halda doğru deyil, çünki söyüş və təhqir Azərbaycanın milli və mənəvi dəyərlərinə uyğun deyil. Bizim partiyadan belə kimsə kimisə təhqir etsə, biz bu məsələyə ciddi yanaşırıq və həmin şəxsin partiyadan uzaqlaşdırılmasını gündəmə gətiririk. Çünki bu, küçə davranışı deyil, siyasətdir və siyasətdə mədəniyyət, üslub, yüksək etik normalara riayət edilməlidir

Sabah, kimsə kiməsə səs vermədiyi üçün onu təhqir edirsə, bu, siyasətə uyğun deyil. Bizim tariximizdə belə nümunələr mövcuddur. Məsələn, Qaçaq Kərəm və İsrafil ağanın düşmənçiliyi haqda əfsanə var. Qaçaq Kərəm, İsrafil ağanı öldürmək istəsə də, onun ailəsinin yanında bunu etməyib. O, bilirdi ki, ailə və yaxınların qorunması hər şeydən önəmlidir. Bu, kişilik, yüksək dəyərlər və mədəniyyət məsələsidir”.

T. Abbaslı əlavə edib ki, siyasətdə, ümumiyyətlə, düşmən anlayışı yoxdur, əksinə, rəqib anlayışı vardır:

“Hər kəsin məqsədi qalib gəlmək, amma rəqibini məhv etməmək olmalıdır. Təəssüf ki, bəziləri bunu dərk etmir və siyasətdə bu cür yanaşma problemlər yaradır. Biz təhqir etməyi, hər növ təhqiri və söyüşü qəbul etmirik. Hansı tərəfdən gəlsə də, istər müxalifət, istərsə də bitərəf şəxslərdən, biz bu cür davranışlardan uzaq dururuq. Bundan başqa, hansısa siyasi qurumun, məsələn, “Xalq parlamenti” yaratması mümkündür, amma bu, yalnız Azərbaycan Respublikasının qanunvericiliyi və milli mənəvi dəyərlər çərçivəsində həyata keçirilməlidir. Əgər hansısa qurum bunu etmək istəyirsə, bu, normaldır, amma etik normaları pozmamalıdır. Hər kəs öz fikrini bildirməkdə, kimisə bəyənmək və ya bəyənməməkdə azaddır”.

“Bizim fəaliyyətimizi bəyənməyənlərə gəlincə, onların real həyatda fəaliyyət göstərməkdə nə qədər çətinliklərlə üzləşdiklərini çox yaxşı başa düşürük. Bir çoxları virtual aləmdə müxalifətçilik edirlər, amma real həyatda cəsarət tapıb küçələrə çıxmaq çox çətindir. Bu, yalnız internetdə bəyənilən bir şey deyil, həm də real həyatda hərəkətə keçirmək tələb edir. Bir çoxları Azərbaycanda siyasi fəallıq göstərməyib, amma xaricə gedib müxalifətçilik edir. Bu, inandırıcı deyil. Real siyasət yalnız tənqid və müxalifətçilikdən ibarət deyil, həm də konkret addımlar atmağı tələb edir. Hər hansı bir fəaliyyətdə təhqir, qanunsuzluq, xəyanət olmamalıdır. Bu cür əməllər qəbul edilməzdir. Ancaq xəyanət etməyən və sadiq qalan hər kəs öz fikrini sərbəst şəkildə ifadə edə bilər. Hər kəs öz ideologiyasını həyata keçirə bilər, amma əgər bu, yalnız təhqir və xəyanətə dayanmırsa… Heç bir şəxsin başqa birini təhqir etməsi, yaxud xüsusi sifarişlər yerinə yetirməsi qəbul edilə bilməz. Hər kəs öz ideyalarını daha da inkişaf etdirib, cəmiyyətin inkişafına töhfə verə bilər.

Mən onların bir çoxunu tanıyıram, hətta onların bəziləri müəyyən bir müddət bizimlə olmuşdular. Amma bilirsiniz, əgər özünüz bir monitorinq aparsanız, görərsiniz ki, hazırda Avropadan xaricdən müxalifətçi olduğunu iddia edənlərin 10-15%-i siyasi fəallıqlarını göstəriblər və ya müxalif mövqeləri olub. Lakin 80-85%-i Azərbaycanda olarkən heç bir siyasi fəaliyyətdə olmamış, heç bir iddia qoymamış, müxalifət fəaliyyətində yer almamışdır. Mən 25 illik müxalifətdə olmuşam, amma burada olarkən onların çoxunun Yeni Azərbaycan Partiyasını, dövləti, iqtidarı və liderini dəstəklədiyini görmüşəm. İndi isə onlar müxalifətçi olaraq insanları küçələrə çağırır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 14 Yanvar 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri