Söyüş söymək fiziki dözümlülüyü artırır Tədqiqat
Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu nəticəyə Amerikan Psixoloqlar Assosiasiyasının jurnalında dərc olunmuş araşdırma gəlib.
Tədqiqatın müəllifi, Böyük Britaniyanın Kil Universitetindən psixoloq Riçard Stivens bildirir ki, bir çox hallarda insanlar şüursuz olaraq özlərini məhdudlaşdırır və fiziki potensiallarını tam istifadə etmirlər. Onun sözlərinə görə, söyüş söymək bu daxili əngəlləri aşmağa kömək edir, fokuslanmanı və özünəinamı gücləndirir.
Əvvəlki təcrübələr göstərmişdi ki, söyüş işlədən insanlar fiziki sınaqlara daha uzun zaman dözə bilir – məsələn, buzlu suda əllərini daha uzun müddət saxlaya bilir və ya məşq zamanı bədən çəkisini daha uzun müddət daşıya bilirlər. Yeni tədqiqat isə bu effektin psixoloji mexanizmini araşdırmağa yönəlmişdi.
İki eksperimentdə 192 nəfər iştirak edib. İştirakçılar “stuldan əyilmə” məşqini edərkən ya seçdikləri söyüşü, ya da neytral sözləri təkrar edirdilər. Tapşırığı bitirdikdən sonra öz vəziyyətlərini – özünəinam, fokus, emosiyalar və psixoloji “axın” hissi – qiymətləndirdilər.
Nəticələr göstərdi ki, söyüş işlədən iştirakçılar yükü xeyli uzun müddət daşıya biliblər. Alimlər müəyyən ediblər ki, bu fərq özünəinamın artması, diqqətin dağılmasının azalması və axın vəziyyətinin güclənməsi ilə izah olunur – bunlar psixoloji sərbəstliyin əsas göstəriciləridir.
Stivensin sözlərinə görə, söyüş sadə və əlçatan vasitədir: onlar xüsusi şərtlər tələb etmir, maddə qəbuluyla bağlı deyil və enerji sərfiyyatı tələb etmir. Tədqiqatçılar hesab edirlər ki, məhz bu səbəbdən söyüş stressli və yarışma situasiyalarında geniş yayılıb.
Gələcəkdə alimlər bu effektin fiziki fəaliyyət xaricində də işləyib-işləmədiyini öyrənməyi planlaşdırır – məsələn, ictimai çıxış zamanı və ya insanların özünəinam və daxili əngəllərlə üzləşdiyi sosial vəziyyətlərdə.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 22 Dekabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















