Icma.az
close
up
RU
Söyüşə görə həmkəndlisini öldürən yeniyetməyə hökm oxundu

Söyüşə görə həmkəndlisini öldürən yeniyetməyə hökm oxundu

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən A.Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Abbasov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2024-cü il oktyabrın 1-də, saat 19:20-də, Şəmkir rayonu, Mahmudlu kəndi, "ikinci küçə" yaxınlığında baş verib.

Belə ki, yetkinlik yaşına çatmayan, 2009-cu il təvəllüdlü A.Abbasov əvvəlki günlərdə aralarında yaranmış şəxsi münaqişəyə görə həmkəndlisi, zərərçəkmiş İlham Abdullayevə qisas almaq niyyəti ilə evdə olan bıçağı götürərək görüşə gəlib. Görüş zamanı təqsirləndirilən şəxs İlham Abdullayevin özünə və ailəsinə qarşı nalayiq ifadələr işlətməsindən hiddətlənərək üzərindəki bıçaqla bir dəfə döş qəfəsinin sol arxa yan səthinə zərbə vurub. Nəticədə zərərçəkmişin sol ağciyəri və ürəyi zədələnib, kəskin qanitirmə səbəbindən ölümünə gətirib çıxarıb.

Hadisə zamanı İlham Abdullayev yerə yıxılaraq əlavə olaraq sağ diz oynağında sıyrıq və çənəaltı nahiyəsində əzilmiş-sıyrılmış xəsarətlər alıb.

Beləliklə, təqsirləndirilən Abbasov şəxsi münasibətlər zəminində baş vermiş mübahisəyə görə qisas məqsədilə İlham Abdullayevi qəsdən öldürüb.

Hadisəni törətməkdə şübhəli bilinən A.Abbasov şübhəli şəxs qismində saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Sentyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri