Tramp: “İranla müharibəni istədiyimiz vaxt bitirə bilərik”
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp İranla davam edən müharibə ilə bağlı açıqlama verərək, müharibəni istənilən vaxt dayandıra biləcəklərini bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tramp "The New York Post” qəzetinə müsahibəsində İranla müharibəni dəyərləndirib. O, 2027-ci ilin yanvarında Konqresdə çoxluğu əldə edəcək Demokrat Partiyasının hərbi əməliyyatların davam etdirilməsinə mane ola biləcəyini qeyd edib.
ABŞ lideri Demokratların mövcud üstünlüyü itkiyə çevirəcəyini iddia edərək, "Bir qazancı götürüb itkiyə çevirəcəklər”, – deyə bildirib.
Tramp İrana qarşı hərbi əməliyyatların maliyyələşdirilməsi üçün 2027-ci ilin yanvar ayının sonunadək vəsaitin olduğunu vurğulayıb. O, "Bu müharibəni istədiyimiz vaxt bitirə bilərik”, – deyə əlavə edib.
ABŞ-ın fevralın 28-də başlatdığı hücumların ilk saatlarında İranın Minab şəhərindəki qız ibtidai məktəbinə endirilən zərbə ilə bağlı isə Tramp İranın təzminat tələbinə münasibət bildirib. O, "Mən də onların öldürdüyü insanlara görə təzminat istəyirəm”, – deyə qeyd edib.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 25 Noyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















