Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

“Söz verdi ki, Polad Həşimovun yolunu davam etdirəcək” Şəhid gizirin həyat yoldaşı

“Söz verdi ki, Polad Həşimovun yolunu davam etdirəcək” Şəhid gizirin həyat yoldaşı

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şəmkir, 28 sentyabr, Vüsalə Cənnətova, AZƏRTAC

Beş il bundan öncə, sentyabrın 27-də başlayan Vətən müharibəsi cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun böyük Qələbəsi ilə başa çatdı. Vətənin mərd övladları bəşər tarixində misli görünməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirib, dünya hərb sahəsində yeni döyüş təcrübəsi yaratdılar. İşğaldan azad olunan torpaqların hər daşında bir şəhidin izi qaldı. Canını Vətənə fəda edənlərdən biri də gizir Emin Alməmmədov oldu.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Emin Akif oğlu Alməmmədov 1989-cu il fevralın 27-də Şəmkir şəhərində anadan olub. 1996-cı ildən 2007-ci ilədək Cahangir Rüstəmov adına tam orta məktəbdə təhsil alıb. Şəhidin anası Xədicə Abdullayevanın sözlərinə görə, Emin məktəbi bitirdikdən sonra ancaq hərbi sahəyə yönələciyini deyib. 2012-ci ildə Şəmkir şəhər N saylı hərbi hissəyə MAHHXHQ əsgər kimi işə qəbul olub. Həmin müddətdə göstərdiyi xidmətlərinə görə çavuş rütbəsinə layiq görülüb. 2018-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində gizir rütbəsi ilə fəaliyyət göstərib və idarəetmə maşın heyəti rəisi ixtisası kursunu bitirib. “Ən yaxşı top komandiri” adı uğrunda keçirilən yarışlarda yüksək nəticələr göstərən Alməmmədov fəxri fərmanla təltif olunub. Gizir 2020-ci ilin sentyabrına kimi Şəmkir, Tovuz, Goranboy, Ağstafa və Daşkəsən rayon hərbi hissələrində xidmət edib.

“Atası hərbçi idi. 1992-ci ildə cəbhəyə könüllü yollanmışdı, döyüşlərdə yaralanmışdı. Emin deyirdi ki, mən də hərbçi olacağam. Balam arzusuna çatdı, ancaq axıradək davam edə bilmədi. Sentyabrın 26-da digər oğlum gəlib dedi ki, Emin zəng edib. Dedim aşağı enəcəksənmi? “Enməyəcəyəm, gedəcəyəm” - dedi və güldü. O gülüşü ölənədək unutmayacağam. Bilsəydim sonuncu danışığımızdır, telefonu qardaşıma verməzdim”, - deyə şəhid anası bildirir.

Azərbaycan Ordusunun giziri Emin Alməmmədov 2020-ci il sentyabrın 27-də Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid sentyabrın 29-da Şəmkir şəhərində torpağa tapşırılıb. Həyat yoldaşı Mələk Alməmmədova deyir ki, Emin hər zaman Vətənə, torpağa bağlı olub, övladları Əbəlfəz və Xədicəyə də daim bu sevgini aşılayıb. Ailəsi, dostları, qohumları onunla həmişə fəxr edib. “Heç nədən qorxmazdı, Aprel və Tovuz döyüşlərində iştirak edib. Tovuz döyüşlərindən gələndə evdə ağladı, dedi biz Polad Həşimov kimi bir qəhrəmanı itirmişik. Söz verdi ki, onun yolunu davam etdirəcək. Elə də oldu. Sentyabrın 26-da zəng edib dedi ki, narahat olmayın, sadəcə üçünüz də baş-başa durun, sizi doyunca görüm. Emin son mesajında da uşaqları mənə əmanət edib və deyib ki, getdiyi yolun dönüşü yoxdur”, - deyə Mələk Alməmmədova xatırlayır.

Gizir Emin Alməmmədov Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see221

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see184

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see153

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see148

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see145

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see140

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see138

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see136

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see132

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see130

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see130

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see129

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see129

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri